Siyasət

  • 7 416

Bəhruz Quliyevin təklifi ekspert tərəfindən dəstəkləndi ÖZƏL-RƏY

image

Ötən gün SƏS Media Qrupunun rəhbəri, siyasi ekspert Bəhruz Quliyev Respublikamızda yol infratsrukturunun təkmilləşdirilməsi, yeni körpülərin, yeraltı və yerüstü piyada keçidlərinin və yolayrıcılarının tikilməsi, magistral yolların salınması fonunda piyadaların səhlənkar hərəkətindən gileylənib və Azərbaycan Respublikasının Milli Məclisinə səslənərək piyadalarla bağlı müvafiq qanuna dəyişiklik edilməsinin vacibliyini önə çəkmişdir.Qurum rəhbəri SİA-ya açıqlamasında bildirmişdir ki, yolda piyada zolağı olsa belə, bundan istifadə etməyən hansısa piyada həmin zolağa 200-300 metr qalmış daha yaxın yerdən yolu qeyri-qanuni keçir: "İcazə olunmayan yerdən keçərək öz həyatını təhlükəyə atır və sürücülərin də qəza şəraiti törətməsinə şərait yaradır. Piyadaların yolun qadağan edilmiş, hərəkətli hissələrindən keçməsi, işıqforlara əhəmiyyət, yerüstü və yeraltı keçidlərə önəm verməməsi piyadaların vurulması ilə nəticələnən qəzaların sayını artırır. Nəticədə məsuliyyətə cəlb edilən isə sürücülər olur. Vurulan piyadanın sağlamlığının bərpa xərcləri, əmək qabiliyyəti bərpa edilənə qədər maddi təminatı sürücü tərəfindən ödənilir. Bu mənada hesab edirəm ki, əgər əvvəllər Milli Məclis tərəfindən İnzibati Xətalar Məcəlləsində "Piyadalar və yol hərəkətinin başqa iştirakçıları tərəfindən yol hərəkəti qaydalarının pozulması" maddəsində piyadalarla bağlı müvafiq qanunda üstünlüyü piyadalara verirdisə və haqsız yerə sürücülər cərimələnirdisə və yaxud həbs olunurdusa, hazırda yeni qanunun qəbul olunmasına zərurət var. Həmin qanunla qəza anı yaradan piyadalar inzibati qaydada yüksək məbləğdə cərimələnməlidir. Eyni zamanda müvafiq ayrılmış yerdə piyadaya görə qəza törətmiş sürücüyə qarşı bürokratik əngəllər, süründürməçilik, məhkəmə proseslərinə, polis idarələrinə mütəmadi gedib-gəlmələri kimi məsələlər aradan qaldırılmalıdır.Gəlin biz bir anlıq dünyada tətbiq olunan piyada-sürücü mədəniyyətinə nəzər salaq. Əgər orada yolu səhv keçən piyada qəza anı yaradırsa, dərhal hadisə yeri ekspertlər tərəfindən araşdırılır və günahkarın kim olduğu müəyyənləşir. Bu mənada hesab edirəm ki, yol bir mədəniyyətdir və piyadalarda sürücülərə qarşı bu mədəniyyət olmalıdır. Piyadalar kefləri hardan istədi yolu keçə bilməzlər. Piyadalar yolu yalnız onlar üçün ayrılmış müvafiq yerlərdən keçməlidirlər. Axı nəyə görə piyadanın səhlənkarlığı ucbatından sürücülər ittiham olunur və ya həbs edilirlər? Hesab edirəm ki, Milli Məclis piyadalarla bağlı müvafiq qanuna ciddi şəkildə dəyişiklik etməlidir və piyada keçidləridən istifadə edilmədiyi hallarda məsuliyyət piyadaların üstündə olmalı sürücülər isə təkcə inzibati qaydada cərimələnməlidirlər. Bir sözlə, bu cür qəzalarda üstünlük sürücülərə verilməlidir".Məsələ ilə bağlı SİA-ya açıqlamasında Avtosfer.az saytının baş redaktoru, ekspert Elməddin Muradlı SƏS Media Qrupunun rəhbərinin təkliflərini düzgün dəyərləndirərək qanuna dəyişikliklərin önəmini qeyd edib: "Ümumiyyətlə yol-nəqliyyat hadisələrində piyadanın və yaxud da sürücünün günahkar olması məsələsi sırf istintaqa aid olan bir məsələdir. Amma çox təəssüf ki, bu istiqamətdə ürəkaçan nəticələrdən danışmaq çətindir. Çünki piyadavurma hadisələrində adətən əllərdə sürücünün "yaxası" qalır. Yəni istintaq orqanları nədənsə sürücüləri məhşər ayağına çəkir. Hesab edirəm ki, artıq bu istiqamətdə bir dönüş yaratmaq zamanıdır. Təkcə ötən il yüzlərlə sürücünün imzası ilə cənab Prezidentə, hüquq-mühafizə orqanları rəhbərlərinə müraciət olundu ki, bu məsələ ilə bağlı ciddi tapşırıq verilməlidir. Nə üçün müstəntiq, tədqiqatçı piyadavurma hadisəsində piydanı deyil, sürücünü həbs etmək, ağır xərcə salmaq üçün məqamlar axtarır? Axı niyə soruşan yoxdur ki, piyada orada nə gəzirdi, əgər piyada keçidi yoxdursa niyə yoxdur, bəlkə elə piyada sərxoşdur, dəlidir və s. Digər tərəfdən intihar xarakterli yol-nəqliyyat hadisələri olur. Bunun da fərqinə varmadan sonda sürücülər günahlandırılır. Əgər də dərindən araşdırma aparılsa müəyyən olunar ki həbsdə indiyədək nə qədər cəza çəkən sürücülər var. Bəlkə də onların törətdiyi yol-nəqliyyat hadisələrini təhlil etsək məlum olar ki, onların vurduğu piyada sadəcə özünü öldürmək istəyirmiş.Axı niyə bunları araşdıran yoxdur? Bəlkə elə ailə üzvləri də bilirdiki həmin piyada məktub yazıb və intihar etmək qərarına gəlib. Sadəcə ailə üzvləri sürücünü soymaq, ondan pul almaq üçün o məktubu da gizlədirlər və həmin adamı da "qəhrəman" kimi qələmə verirlər. Beləcə sürücünün taleyini qaraltmağa başlayırlar. İllərlə onun pulu alırlar ki, uşağımı böyütmək istəyirəm, məktəbə qoymaq istəyirəm, evdə suyun kranı xarab olub gəl onu dəyişdir və s. Amma bəzi vicdanlı insanlar da var ki, təsadüfi qəzalarda bəri başdan ərizə yazaraq sürücüdən şikayətçi olmadığını bildirirlər. Digər insanlar da var ki, sanki dənizdən qızıl balıq tutaraq üç arzusunu yerinə yetirmək istəyir. Onlardan bəziləri sürücüdən gah ev istəyir, gah maşın almasını istəyir, gah da ailə üzvlərinin müalicəsini tələb edir. Bütün bunların da baş verməsinə də səbəb odur ki, istintaq orqanları hadisədə məhz sürücünü günahkar çıxarmağa çalışır. Əgər piyada bilsə ki, onu səhvi ucbatından baş verən qəzada onun məsuliyyəti var, onu həbs, ağır cəza gözləyir o zaman piyada heç belə hərəkət etməz və hadisədən sonra özü qaçıb gizlənər ki polisə düşməsin. Bu gün Azəbaycan Prezidentinin yeraltı və yerüstü piyada keçidlərinin açılışında iştirakı belə cəmiyyətə bir çağırışdır ki, keçidlərdən istifadə edin. Bu da təbliğatın bir növüdür".

sia.az

Digər xəbərlər