Siyasət

  • 9 907

Tofiq Yaqublu məsələsində məqsəd umanlar kimlərdir? REALLIQ

image

Adlar daha əvvəldən bəlli olsa da, növbəti faktlar həmin gerçəkliyi təsdiq edir

Daha əvvəldən də məlum idi ki, “Milli Şura”nın koordinasiya mərkəzinin üzvü Tofiq Yaqublunun bəlli cinayəti üzərindən xal toplamağa çalışanların başında ilk növbədə AXCP sədri Əli Kərimli, onun ardınca isə Gültəkin Hacıbəyli, Sevinc Osmanqızı, Qənimət Zahid, Cəmil Həsənli və s. şəxslər dayanıb. Əslində, bu oyunbazlıq reallığı radikal düşərgədə ilk dəfədir ki, oynanılmır. Biz elə də uzağa getməyərək, “Milli Şura”nın digər üzvü Oqtay Gülalıyev olayını xatırlaya bilərik. Sadəcə, ehtiyatsızlığı üzündən ağır xəsarət alaraq xəstəxanaya düşən O.Gülalıyevin guya hakimiyyət tərəfindən “sui-qəsdə” məruz qaldığını iddia edənlər bu ssenarilərində də yanıldılar. Çünki sonradan müxalifətçinin müalicə xərclərini və sağlamlığına qovuşmasını Heydər Əliyev Fondu həyata keçirdi. İctimai rəydə çaşqınlıq yaratmağa cəhd edən AXCP sədri Əli Kərimli və qeyd edilən ətrafı isə ifşa olundular. Halbuki, onlar 11 min manatlıq “marafon” təşkil edib, bu oyun üzərindən “məzlumluq” sərgiləyirdilər. Nəticədə isə ifşa olundular.
Adil Qeybulla həqiqəti üzə çıxardı
İndi də Tofiq Yaqublunun üzərində eyni oyunbazlığı sərgiləyənlər, əslində onun keçirdiyi aclıq aksiyasının faciəvi bitməsinin tərəfdarları olduqlarını açıq-aşkar büruzə verirlər. Buyurun, bu gün artıq həmin şəxlər ifşa olunmaqdadırlar. Tanınmış həkim, bir müddət əvvəl Tofiq Yaqublunu şəxsən müayinədən keçirmiş Adil Qeybulla Əli Kərimlinin adını çəkməsə də, onun barmağı ilə idarə olunan Gültəkin Hacıbəylinin, Sevinc Osmanqızının adını çəkir və onları Oqtay Gülalıyev məsələsindəki maraqlarını ifşa edir. Nəticə etibarı ilə ictimaiyyət də görür ki, Əli Kərimli və onun siyasi polyaçilər truppası açıq-aşkar Tofiq Yaqublunun həyatının təhlükədə qalmasını arzu edirlər. Daha dəqiq desək, hər an qurbanlıq axtarır, necə ki bu gün Tofiq Yaqublunu sözün həqiqi mənasında öldürmək niyyətindədirlər.Yeri gəlmişkən, bir vaxtlar qol-qola girdiyi və icazəsiz aksiyalarda iştirak etdiyi Tofiq Yaqublunun məhkəməsinə qatılmayan Əli Kərimli heç bunun da əsl səbəblərini nəyə görəsə açıqlamamışdı...
Sərdar Cəlaloğlu Əli Kərimlinin və Arif Hacılının Qubad İbadoğlunun təşəbbüsünə nəyə görə imza atmadıqlarının əsl tərəfini açıqladı
Bu arada, ADP sədri Sərdar Cəlaloğlunun da sözügedən məsələdəki fikirləri maraqdoğurucudur. O, deyib ki, Tofiq Yaqublunun azadlığa buraxılması ilə bağlı Prezidentə müraciət ünvanlanması üçün Qubad İbadoğlu təşəbbüs irəli sürsə də, AXCP və Müsavat həmin sənədi imzalamaqdan imtina etdilər.
Beləliklə də, daha bir fakt ortaya çıxdı ki, Tofiq Yaqublunun hətta həyatının itirilməsində maraqlı olan tərəflər yalnız Əli Kərimli və yuxarıda adları çəkilənlər deyil, eyni zamanda, Müsavat başqanı Arif Hacılıdır.Eləcə də, “GünAZ” TV-nin rəhbəri Əhməd Obalı da Tofiq Yaqublu məsələsinə toxunub. O isə öz çıxışında üzdə Tofiq Yaqublunu müdafiə edənlərin, əslində, onun ölümünü, fiziki zərər görməsini istədiklərini deyib.Beləliklə də, aydın olur ki, Əli Kərimlinin "Yaqublu oyunu" adlı uğursuz sirk tamaşası ifşa olunur və əsl məqsədin, niyyətin Tofiq Yaqublu üzərindən siyasi və maddi mənfəət qazanmaq olması üzə çıxır. Əvvəllər olduğu kimi, bu dəfə də eyni vəziyyət, eyni kirli maraqlar ortadadır.

sia.az

Digər xəbərlər