Siyasət

  • 4 180

Rusiya istintaq orqanları ermənilərin rus hərbçilərinə qarşı törətdikləri cinayətləri “görmür”? ANALİTİKA

image

Yaxud, “vurulan” helikopter ətrafında oyunbazlığa ehtiyac yoxdur!

Məlum olduğu kimi, Rusiya hərbi müstəntiqləri, Ermənistan-Azərbaycan sərhədində rus hərbi helikopterinin “vurulması” (burada müəyyən şübhələr qalmaqda davam edir – R.R.) ilə əlaqədar cinayət işini daha ağır bir maddəyə (qəsdən adam öldürmə) aid edib. Məhz bu məqamda xatırlada bilərik ki, əvvəlcə Rusiya Federasiyası Cinayət Məcəlləsinin 351-ci maddəsi (uçuş qaydalarının pozulması və ya onlara hazırlıq, ehtiyatsızlıqdan ölümlə nəticələnmə) açılan cinayət işi yenidən daha ağır bir maddəyə - 105-ci maddənin 2-ci hissəsinə (iki və ya daha çox şəxsin qəsdən öldürülməsi) uyğun olaraq qaldırılıb.SİA xəbər verir ki, rus tərəfindən məlumatlı mənbənin bildirdiyinə görə, birinci halda yeddi ilə qədər həbs cəzası nəzərdə tutulurdusa, ikinci halda ömürlük həbs cəzası tələb edilir. O cümlədən, qeyd edilib ki, bu qərar iş çərçivəsində aparılmış istintaq və əməliyyat tədbirlərinin nəticələrinə əsasən verilib. "Cinayətin dəlilləri nə qədər aşkar görünsə də, müstəntiqlər əvvəlcə bu cür hadisələrin araşdırıldığı maddəyə əsasən, cinayət işi başlamalı idilər. Ardınca hadisənin daha dəqiq qiymətləndirilməsi üçün materiallar toplanmalı idi", deyə mənbə bildirib.Məlumata əsasən, iş Gümrüdəki (Ermənistan) Rusiya bazasındakı hərbi müstəntiqlər tərəfindən araşdırılır.Rusiya tərəfinin hələ də hadisə üzərindən siyasi maraqlarının təmin olunması üçün istifadəyə əl atması, baş vermiş hadisənin cinayət tərkibini ağırlaşdırması üzərində verilən qərar növbəti sualları ortaya çıxarır.Xatırladaq ki, RF Müdafiə Nazirliyinin nümayəndəsi İqor Konaşenkovun daha əvvəl də bildirdiyinə görə, Mi-24 hücum helikopteri keçən il 9 noyabr axşamı Ermənistanın hava məkanında, döyüş bölgəsindən kənarda vurulub və hadisə zamanı iki rus hərbçisi ölüb, biri isə yaralanıb.Həmin günün axşamı Rusiya Federasiyası, Azərbaycan və Ermənistan liderlərinin Qarabağ münaqişəsi zonasında atəşkəsə dair üçtərəfli bəyanatı imzalanıb. Azərbaycan Xarici İşlər Nazirliyi Mi-24-ün Azərbaycan hərbçiləri tərəfindən Ermənistan ərazisi üzərində təsadüfən vurulduğunu bildirib. "Azərbaycan tərəfi qəza xarakteri daşıyan və Rusiya tərəfinə qarşı yönəlməyən bu faciəli hadisə ilə əlaqədar Rusiya tərəfindən üzr istəyir" deyə XIN-in bəyanatında qeyd edilib. Eyni zamanda, Azərbaycan tərəfi müvafiq təzminat ödəməyə hazır olduğunu da açıqlayıb.Lakin söz yox ki, bütün bunların təfərrüatları yaxın gələcəkdə daha geniş şəkildə bəlli olacaq. Ancaq bütün bunlara rəğmən, Rusiya tərəfinin hələ də bu hadisə üzərindən siyasi maraqlarının təmin olunması üçün istifadəyə əl atması, daha dəqiq desək, baş vermiş hadisənin cinayət tərkibini ağırlaşdırması üzərində verilən qərar növbəti sualları ortaya çıxarır.
Bu gün rus pilotların xatirələrinə pravoslav xaçı dikən ermənilər vaxtilə rus hərbçilərinə qarşı amansız cinayətlər törədiblər
Sirr deyil ki, Qarabağ münaqişəsi başlayan zamandan hazırkı dövrə qədər, daha dəqiq desək, istər birinci Qarabağ müharibəsi dövründə, istərsə də atəşkəs dövründə, yəni ikinci Qarabağ müharibəsi başlayan zamana qədər Ermənistanda və Qarabağda kifayət qədər rus hərbçiləri erməni silahlıları tərəfindən qətlə yetiriliblər. Bu haqda kifayət qədər faktlar, dəlillər mövcuddur. Bu mövzunu isə gündəmə gətirilməyin səbəblərindən biri budur ki, məhz sözügedən helikopterin düşdüyü yerdə ermənilər öz yaltaqlıq ənənələrinə sadiq qalaraq bir daha ruslardan nə qədər asılı olduqlarını nümayiş etdirdilər. Onlar həmin ərazidə pravoslav xaçı dikərək, rus pilotlarının xatirələrinin əbədiləşdiriləcəyini bəyan ediblər. Söz yox ki, burada hər hansı bir səmimiyyətdən söhbət belə gedə bilməz. Bu, ən yumşaq desək, ermənilərin rusların ayaqlarına növbəti əyilmələrinin aşkar nümunəsidir, tarixən də belə olub.Ancaq maraqlıdır ki, Rusiya nəyə görə ermənilər tərəfindən öldürülmüş və hələ də açılmamış, başa çatdırılmamış cinayət tərkibli işləri xatırlamır? Axı ermənilərin əllərinə fürsət düşər-düşməz onlar yenidən öz qanlı əməllərinə həyata keçirə bilərlər. Bu baxımdan, ermənilər tərəfindən qətlə yetirilmiş rus hərbçiləri barədə bir neçə faktları diqqətə çatdıraq.
1992-ci ildə Leninakanda rusları güllələtdirən Ermənistan MN: “Bu, rus hərbçilərinin cinayətkar davranışlarına cavab idi”
Bəli, hazırda helikopterin “vurulması” ətrafında Rusiyanın istintaq orqanlarının işləməsi, cinayətkarları tapıb cəzalandırmaq istəyi görünə bilər...Amma nəyə görə Rusiya Federasiyasının hərbçisi Dmitri Yalpayevin boğazının kəsilərək qətlə yetirilməsinə görə Ermənistanda həbs edilmiş cinayətkarı elə ermənilərdən tələb etmir?Yaxud, ermənilər tərəfindən asılaraq öldürülən İvan Novikovun qatilləri barədə Rusiya Federasiyasının istintaq orqanları niyə susur?Və ya 1992-ci ildə Leninakanda (İndiki Gümrü) beş rus hərbçisinin insanların gözləri önündə güllələnərək öldürülməli faktının sonu necə oldu? Halbuki, həmin rus əsgərləri 1989-cu ildə baş vermiş zəlzələ dağıntılarından erməniləri çıxaran adamlar olublar! Hələ bu da azmış kimi, həmin hadisəni malalayan o zamankı erməni müdafiə nazirinin müavini “Bu, rus hərbçilərinin cinayətkar davranışlarına cavab idi” deyə bəyan etmişdi. Qətlə yetirilən həmin hərbçilərin də adlarını xatırlada bilərik – Aleksandr Şapalov, Yevgeni Poddubnyak, Oleq Yudinstsev, Miaxil Karpov, Nikolay Maslennikov. Bu insanlar bilavasitə Gümrünün (ozamankı Leninakanın) şəhər mərkəzində, sakinlərin gözləri qarşısında gülləborana məruz edilərək vəhşicəsinə öldürülmüşdülər. Maraqlıdır, Ermənistan üzərində açıq-aşkar qəsdən, bilərəkdən, Qarabağdakı proseslərə təsir edilməsi üçün “vurulan” helikopter pilotları ətrafında oyunbazlıq edən rus istintaqçıları nəyə görə qeyd edilən erməni vəhşiliklərinin üzərindən bu qədər susqun keçirlər? Yoxsa sərf etmir?

sia.az

Digər xəbərlər