Siyasət

  • 5 534

“SƏS”-30: DÖVLƏTÇİLİK UĞRUNDA FƏDAKARLIQ VƏ MÜBARİZLİK RƏMZİ! YUBİLEY

image

Artıq bu gün 30 yaşına qədəm qoyan “SƏS” qəzeti Azərbaycan mətbuatında özünəməxsus yeri olan, zəngin inkişaf tarixi keçmiş bir qəzet kimi böyük oxucu auditoriyasını öz ətrafına toplayan ilk müstəqil mətbu orqanlardandır. Əbəs deyil ki, milli-müstəqil Azərbaycan mətbuatının formalaşmasında “SƏS” qəzetinin xidmətlərinin danılmazlığı barədə vurğulanır və ölkə jurnalistikasının inkişafına xidmət göstərən bir qəzet olaraq dəyərləndirilir. Təkcə “SƏS” qəzetinə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin verdiyi tükənməz dəyər, eləcə də Onun layiqli davamçısı və siyasi varisi, ölkə Prezidenti cənab İlham Əliyevin verdiyi qiymət bu mətbu orqanın 30 illik fəaliyyəti dövründəki fədakarlıqlarını, mübarizliyini, ədalət uğrunda çarpışmasını, dövlətçilik uğrunda külüng vurmasını böyük mənada təsdiq etmişdir.O da sirr deyil ki, “SƏS” qəzeti ölkəmizin çox çətin bir şəraitində fəaliyyətə başlayıb. Ən azından, nəzərə almaq lazımdır ki, 1991-1993-cü illərdə söz demək, həqiqəti müdafiə etmək, ədalətin tərəfində durmaq, Heydər Əliyev tərəfkeşi olmaq az qalsın cinayət hesab olunurdu, Onu sevənlər təqiblərə, təzyiqlərə, hətta sui-qəsdlərə məruz qalırdılar. Məhz o dövrün mürəkkəb siyasi prosesləri içərisində “SƏS” qəzeti cəsarətlə öz sözünü dedi, mövqeyini ortaya qoya bildi, daim ədalətin zəfər çalması uğrunda mübarizə apardı. Eyni zamanda, Azərbaycan xalqının düşmənlərə qarşı birləşməsində, birlik yaranmasında bu qəzetin də rolu böyük danılmazdır. Bu da söz yox ki, Azərbaycan mətbuatı tarixində bir qəhrəmanlıq salnaməsidir.Daha bir fakt budur ki, bu gün gözümüzü açıb hara baxsaq, vaxtilə “SƏS” qəzetində çalışan, təcrübə qazanan, Heydər Əliyevçilik, Azərbaycançılıq ideologiyasını mənimsəyən, ölkəmizin milli maraqlarına xidmət etməyi öyrənən jurnalistləri görmək mümkündür. Bu, “SƏS” qəzetinin ölkə mətbuatına töhfə etdiyi böyük bir jurnalist ordudur.Bəli, “SƏS” qəzeti işıq üzü gördüyü gündən bu günə qədər heç bir halda, heç bir məsələdə tərəddüd etməyib. Bu baxımdan da “SƏS” qəzeti öz sözünü cəsarətlə deyən, haqqı-haqq, nahaqqı isə nahaq deyən mətbu orqan olaraq dövlət maraqları kontekstində xalqın dilində danışır, xalqın sözünü deyir.“SƏS” qəzeti indiyə qədər inkişaf edib, bugünkü səviyyəyə çatıb və eyni zamanda, öz inkişaf arealını genişləndirir. Qəzetin balansında “SƏS” İnformasiya Agentliyinin (Sia.az), “SƏS” İnternet Televiziyasının (Sestv az) fəaliyyəti dünya miqyasında işıqlandırılır, sosial şəbəkələrdə maraqla izlənilir. Bütün bunlar bir daha təsdiq edir ki, qarşıda “SƏS” qəzetini daha böyük uğurlar və qələbələr gözləyir. 30 yaşın mübarək, doğma və dəyərli “SƏS”imiz!

sia.az

Digər xəbərlər