Siyasət

  • 3 886

Agentliyin yarandılması media sahəsində mövcud olan geridə qalmışlığı aradan götürəcək - ŞƏRH ÖZƏL

image

"Azəbaycan Prezidentinin mətbuata diqqəti barədə hər zaman danışmışıq və Azərbaycan mətbuatı Prezident İlham Əliyevin həmişə Azərbaycanda müstəqil mətbuatın mövcudluğunun vacib olduğu ilə bağlı fikirlərini dərc edib. Eyni zamanda mətbuatımız dövlət Başçısının qayğısını hər zaman hiss edib. Cənab Prezidentin mətbuatda islahatların dərinləşməsi haqqında sərəncamının ilk bəndlərində də Azərbaycanda son illər söz, mətbuat azadlığı sahəsində görülən işlər vurğulanıb. Bu sahədə hər hansı mövcud problemin aradan qaldırılması sahəsində dövlətin gördüyü işlər də sadalanıb. Həmçinin Azərbaycan mətbuatının həm Azərbaycan həqiqətlərini dünyaya çatdırmaqda, həm də ölkə əhalisini etibarlı və obyektiv informasiya ilə təmin etməkdə olan rolu qabardılıb". Bunu SİA-ya açıqlamasında "525-ci qəzet"-in Baş redaktoru Rəşad Məcid deyib.Onun sözlərinə görə, son illər informasiya texnologiyalarının sürətli inkişafı və yeni innovativ təkamül şəraiti medianın fərqli formalarını üzə çıxarıb: "Hər birimiz yeni media forması olan onlayn media barədə danışırıq. Həmçinin audiovizual media subyektləri də meydana çıxıb. Bu, artıq yeni reallıqlardır və yeni reallıqlara uyğun olaraq həm dövlətin idarəetməsi, həm də KİV haqqında qanun yaradılmalıdır. Fərmanın imzalanması ilə bu Agentliyin yarandılması media sahəsində mövcud olan geridəqalmışlığı aradan götürəcək, problemlərin həllinə şərait yaradacaq. Medianın İnkişafı Agentliyinin (MEDİA) üzərinə çox geniş səlahiyyətlər qoyulub. Bildiyiniz kimi KİVDF indiyə qədər yalnız çap mediasını dəstəkləyirdi, lakin artıq onun təsir dairəsi genişlənəcək və orada onlayn media, agentliklər, audiovizual media təmsil olunacaq. Eyni zamanda həm də jurnalistlərin təhsillərinin artırılması, xaricdə təcrübə keçməsi, həmçinin hər hansı media orqanına məsələ ilə əlaqədar irad tutulması kimi hallar da var. Bu, yeni medianın fəaliyyətinə geniş imkanlar açacaq".R.Məcid vurğulayıb ki, sənəddə media haqqında qanuna baxılması üçün iki ay ərzində yenidən təkliflər verilməsi qeyd olunub: "Hesab edirəm ki, media haqqında qanun ictimaiyyətlə, mütəxəssilər və jurnalistlərlə müzakirə edilməlidir. Məsələn, sosial şəbəkələr, bloggerlər hansı mediaya aiddir? Hansılar mediaya aid olunmalıdır? Agentlik bu məsələdə hansı prinsipləri həayata keçirəcək? Qanunla bunlar necə müəyyən olunacaq? Çünki audiovizual informasiya televiziya və radio yayımı haqqında qanunda nəzərdə tutulub. Orada səslə müşaiyət olunan görüntülü informasiya adlanırdı. Bu, KİV haqqında qanunda nəzərdə tutulmalıdır. Bu baxımdan həm Agentliyin, həm də deputatların bu məsələlərlə bağlı xeyli işləri olacaq. Güman edirəm ki, bütün bunlar Azərbaycan Prezidentinin mətbuata verdiyi önəmin davamı olacaq və Azərbaycan mətbuatı zamanın tələbləri ilə ayaqlaşacaq".

sia.az

Digər xəbərlər