Siyasət

  • 5 524

Ağalar Vəliyev: Çox yaxın zamanlarda hər bir azərbaycanlı üçün müqəddəs məkan sayılan Qarabağ bölgəsi büsbütün yeni simada olacaq

image

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu günlərdə mədəniyyətimizin paytaxtı elan olunmuş Şuşaya səfəri ədalətin bərpası və qalibiyyətin təntənəsi olmaqla yanaşı işğaldan azad edilmiş torpaqlarımızda böyük quruculuq işlərinin başlamasından müjdə verən tarixi hadisəyə çevrildi.

Bu barədə KİV-ə açıqlama verən Milli Məclisin deputatı Ağalar Vəliyev qeyd edib ki, son aylar ərzində ölkəmizin həyatında çox ciddi dəyişikliklər baş verib, Azərbaycan öz tarixinin yeni mərhələsini yaşamaqdadır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətliordumuz işğal altında olan torpaqlarımızı, Qarabağımızı azad etdi.
Ölkəmizin qarşısında yeni reallıqların dayandığını bildiriən Milli Məclisin üzvü söyləyib ki, işğaldan azad edilmiş Qarabağ torpaqlarında həyatın canlandırılması, infrastrukturun qurulması və insanların bu torpaqlara köçürülməsi üçün zəruru şəraitin yaradılmasıqarşımızda duran dövr ərzində həyata keçirməli olduğumuz vacib vəzifələrdir. Bu günlərdə böyük quruculuq işlərinin ilk layihəsi olan Füzuli-Şuşa yolunun təməlqoyma mərasimində çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev bəyan edib ki, bütövlükdə müharibədən cəmi iki ay vaxt keçib, ancaq böyük quruculuq işlərinə start verilib. Prezidentimizin inamla söylədiyi kimi, necə ki, düşməni qısa müddət ərzində torpaqlarımızdan qovduq, bizim tarixi dədə- baba torpağımız olan Qarabağı da qısa müddətdə bərpa edəcəyik.

yap.org.az

Digər xəbərlər