Siyasət

  • 6 936

"Dostluq" yatağı üzrə memorandum əməkdaşlığımızı daha da genişləndirəcək" Məşhur Məmmədov

image

"2020-ci ilin yekunlarına dair müşavirədə Prezident İlham Əliyev Azərbaycanın neft-qaz hasilatı, nəqli, ölkəmizin enerji potensialının daha da yüksəldilməsi istiqamətində yeniliklərin olacağı ilə bağlı anons etmişdi. Ötən gün Azərbaycanla Türkmənistan arasında enerji sahəsində əməkdaşlığa dair Memorandumun imzalanması bu yeniliklərin ilk nümunəsidir. Çünki zəngin karbohidrogen ehtiyatlarına malik Azərbaycan ilə Türkmənistan arasındakı münasibətlərin, əməkdaşlığın inkişafı təkcə bu ölkələr üçün deyil, həm də bütün Mərkəzi Asiya, Xəzər, Qafqaz regionları üçün böyük əhəmiyyət kəsb edir". Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Məşhur Məmmədov bildirib.M.Məmmədov qeyd edib ki, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan Azərbaycanın enerji strategiyası uzaqgörənlik, effektiv qərar qəbuletmə və koordinasiyalı fəaliyyət planı üzrə Prezident İlham Əliyev tərəfindən uğurla icra olunur: "Yanvar ayının 21-də Azərbaycanla Türkmənistan arasında yüksək səviyyədə əldə olunmuş razılaşmaya əsasən, Aşqabad şəhərində "Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində "Dostluq" yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumu" imzalanması bunun realllığıdır: "Tarixi Anlaşma Memorandumunun imzalanması ölkələrimiz arasında əlaqələrin yeni mərhələyə qədəm qoyduğunu təsdiqləyir. Anlaşma Memorandumunun imzalanması ilə bağlı keçirilən videokonfrans formatında görüşdə hər iki ölkənin prezidenti ikitərəfli dostluq əlaqələrinin, qarşılıqlı faydalı tərəfdaşlığın yüksələn xətt üzrə genişlənməkdə olduğunu qeyd etdilər. Azərbaycan Prezidenti İlham Əliyev bugünkü sənədi tarixi sənəd adlandıraraq deyib: "Azərbaycan və Türkmənistan ilk dəfə olaraq Xəzər dənizindəki yatağın mənimsənilməsi üzrə birgə işə başlayır və bu yataq, həmin yataqdakı iş ölkələrimizi və xalqlarımızı daha da yaxınlaşdıracaq, həm Türkmənistan, həm də Azərbaycan xalqlarına xeyir gətirəcək".Millət vəkili onu da vurğulayıb ki, yatağın "Dostluq" adlandırılması hər iki ölkə arasında dostluğun, qardaşlığın, qarşılıqlı əlaqələrin həm də tarixi etnik-dini ənənələrə söykənməsinin bariz nümunəsidir: "!Anlaşma Memorandumunun imzalanması hər iki ölkə üçün mühüm tarixi hadisədir. Azərbaycanın "Kəpəz", Türkmənistanın isə "Sərdar" adlandırdığı» bu yatağın dünən imzalanmış Anlaşma Memorandumu ilə "Dostluq" adlandırılması bir daha bu birliyin rəmzi məna daşıdığını təsdiqləməklə iki ölkələr arasında formalaşmış dostluğun, qardaşlığın, birgə əməkdaşlığın və dialoqun simvolu olmaqla yanaşı, bu sənədin imzalanması yataqdan hasil olunacaq neft və qaz Azərbaycanın mükəmməl və əhatəli infrastrukturu və ixrac kəmərləri vasitəsilə daşınacaq. Həmçinin, neft və qaz ixracatçısı olan Azərbaycanın həm tranzit ölkə kimi əhəmiyyətini, həm də Azərbaycanla Türkmənistan arasında energetika və nəqliyyat-kommunikasiya sahələrində əməkdaşlığın yeni mərhələyə qaldırılmasında da çox önəmli olacaq. Bir sözlə, bu tarixi sənəd Xəzər dənizinin sülh, mehriban qonşuluq və dostluq dənizi olması ideyasını möhkəmləndirir, Xəzərdə əməkdaşlıq və qarşılıq etimad mühitinin gücləndirilməsinə töhfə verməklə yanaşı, hər iki ölkə üçün pozitiv iqtisadi təsirləri olacaq.Azərbaycan Prnezidenti İlham Əliyev cənablarının dediyi kimi: "Əminəm ki, biz milli maraqlarımızın təmin edilməsi üçün gələcəkdə də beynəlxalq arenada fəal qarşılıqlı əlaqə saxlayacağıq".

sia.az

Digər xəbərlər