Siyasət

  • 5 217

YAP Ağsu rayon təşkilatı hesabat yığıncağı keçirib

image

Yeni Azərbaycan Partiyası Ağsu rayon təşkilatının 2020-ci ildəki fəaliyyətinin yekunlarına həsr olunmuş videokonfrans formatında hesabat yığıncağı keçirilib. Hesabat yığıncağında YAP Ağsu rayon təşkilatının sədr müavini, Ağsu rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini Füzuli Kərimli, Yeni Azərbaycan Partiyası İcra Katibliyinin Təşkilatlarla iş şöbəsinin baş məsləhətçisi Emil Abasov, YAP Ağsu rayon təşkilatının Şura üzvləri, ilk partiya təşkilat sədrləri iştirak ediblər. İlk öncə Yeni Azərbaycan Partiyasının qurucusu, Ümummilli Lider Heydər Əliyevin ruhunu bir dəqiqəlik sükutla yad ediblər. Həmçinin hesabat dövründə respublikada, rayonumuzda vəfat etmiş partiya üzvlərinin, o cümlədən torpaqlarımızın azad olunması uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi yad olunub.Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Ağsu rayon təşkilatının sədri Əli Hüseynov geniş hesabat məruzəsi ilə çıxış edərək, rayon təşkilatının 2020-ci il ərzində Yeni Azərbaycan Partiyasının Proqram və Nizamnaməsi əsasında fəaliyyət göstərərək işini rayon təşkilatının iş planına, YAP Mərkəzi Aparatının təlimat və göstərişlərinə uyğun qurduğunu bildirib və keçirilməsi nəzərdə tutulan tədbirlər barədə danışıb.Bundan başqa, 27 sentyabr 2020-ci il tarixində başlanmış 44 günlük Vətən müharibəsi dövründə Yeni Azərbaycan Partiyası İcra Katibliyinin təlimat və tapşırıqlarına əsasən, rayonun şəhid ailələrinə, qazilərinə, eləcə də ordumuza, həmçinin Vətən Müharibəsində iştirak üçün səfərbərliklə orduya çağırılmış hərbçi ailələrinə yardımlar çatdırıldığını bildirib.Əli Hüseynov onu da qeyd edib ki, ərazilərdə gənclərlə və qadınlarla aparılan iş Yeni Azərbaycan Partiyası Ağsu rayon təşkilatı Aparatının, Gənclər Birliyi və Qadınlar Şurasının daim diqqət mərkəzində saxlanılıb.Daha sonra müzakirələr aparılıb. Çıxışlarda YAP Ağsu rayon təşkilatının Qadınlar Şurasının sədr müavini Sevil Mirzəliyeva, Gənclər Birliyinin sədri Elnur Fərzəlizadə, Ağsu şəhər 4 saylı tam orta məktəbin direktoru Günay İnayətova, Təhsil işçiləri ilk partiya təşkilatının sədri Tahir Xasi görülən işlərdən danışıblar, təşkilatın üzvlərinin rayondakı ictimai-siyasi proseslərdə öz fəallıqları ilə fərqləndiklərini qeyd ediblər və 2020-ci ildə rayon təşkilatının fəaliyyətinin qənaətbəxş qəbul edilməsini məqsədəuyğun hesab ediblər.YAP İcra Katibliyinin məsul əməkdaşı Emil Abasov çıxış edərək bildirib ki, Ağsu rayon təşkilatı 2020-ci ildə geniş tədbirlər keçirib. Milli Məclisə keçirilən seçkilər zamanı, pandemiya dövründə, Vətən müharibəsi vaxtı rayon təşkilatının həyata keçirdiyi tədbirlər təqdirəlayiqdir. E.Abasov qeyd edib ki, rayon təşkilatı 2021-ci ildə öz fəaliyyətini daha da aktivləşdirməli, partiyamızın Sədri, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən tədbirlərin rayon sakinləri arasında geniş təbliğ olunmasını təmin etməli, sosial şəbəkələrdə fəallığı daha da gücləndirməlidir.Yığıncaqda YAP Ağsu rayon təşkilatının 2020-ci ildəki fəaliyyəti qənaətbəxş hesab olunub, 2021-ci il üçün Fəaliyyət Planı qəbul edilib.

sia.az

Digər xəbərlər