Siyasət

  • 4 125

Məşhur Məmmədov: Azərbaycan dövləti işğaldan azad edilmiş ərazilərdə intensiv şəkildə bərpa-quruculuq işləri həyata keçirməkdədir

image

“Azərbaycan Prezidenti cənab İlham Əliyevin işğaldan azad olunmuş rayonlara səfərləri və ən əsası, bu səfərlər zamanı həmin ərazilərdə aparılan quruculuq işləri çərçivəsində inşa edilən yeni strateji obyekt və müəssisələrin təməlinin dövlətimizin başçısı tərəfindən qoyulması həm siyasi, həm iqtisadi, həm də mənəvi cəhətdən mühüm əhəmiyyət kəsb edir. Hərbi əməliyyatların bitməsindən sonra Prezident İlham Əliyevin mütəmadi olaraq işğaldan azad edilmiş rayonlara səfər etməsi dövlət başçısının bu məsələlərə nə dərəcədə həssas yanaşdığını sübut edir”. Bu fikirləri Milli Məclisin deputatı Məşhur Məmmədov deyib.
Məşhur Məmmədov bildirib ki, Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva fevralın 14-də Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarına səfər etməklə bu ərazilərin Azərbaycana aid olduğuna, xalqımızın bu torpaqlara artıq əbədi döndüklərinə dair növbəti dəfə bütün dünyaya açıq şəkildə mesaj ünvanlamış oldular. Görülən işlərin, həyata keçirilən layihələrin siyasi və iqtisadi əhəmiyyəti öz yerində, ancaq Ermənistanda revanşist qüvvələrin bəyanatları, çağırışları da Azərbaycan Prezidentinin diqqətindən kənarda qalmır. Dövlət başçısı Ermənistanda məğlubiyyətlə barışmaq istəməyən, qisasçılığa, müharibəyə, revanşa səsləyən qüvvələrə növbəti dəfə xəbərdarlıq edərək, onları xam xəyallar qurmaqdan çəkinməyə çağırıb. Dövlət başçısı bir daha öz sərt mesajını verərək deyib ki, onlar anlamalıdırlar ki, biz hər şeyə diqqət yetiririk, hər şeyə nəzarət edirik və heç vaxt imkan verə bilmərik ki, erməni faşizmi bir daha baş qaldırsın. Revanşist qüvvələrə torpaqların azad edilməsi zamanı ordumuzun apardığı döyüşləri, Ermənistan ordusunun darmadağın edildiyini, Azərbaycanın prinsipial mövqeyinin qələbə qazandığını xatırladıb, bu ölkənin iqtidarlı-müxalifətli bütün qruplarına keçmişdən dərs çıxarmağı məsləhət görüb.
Millət vəkilinin sözlərinə görə, hazırda Azərbaycan dövləti işğaldan azad edilmiş ərazilərdə intensiv şəkildə bərpa-quruculuq işləri həyata keçirməkdədir: “Bu işlər çərçivəsində inşasına başlanılan mühüm strateji obyektlərin, müəssisələrin təməlinin Prezident İlham Əliyev tərəfindən şəxsən qoyulması görülən işlərin xüsusi diqqət mərkəzində saxlandığından xəbər verir. Bu gün mən azad edilmiş torpaqlara yenidən gəlmişəm. Bu gün bu torpaqlarda bir neçə tədbir keçirilir. Bu tədbirlərin məqsədi azad olunmuş torpaqları tezliklə bərpa etməkdir ki, insanlar buraya qayıtsınlar və bu torpaqlara həyat gəlsin”.
Bərpa işləri arasında elektrik enerjisinin xüsusi yer tutduğunu deyən M.Məmmədov vurğulayıb ki, Prezident İlham Əliyev səfər zamanı bu məsələyə xüsusi diqqət yetirildiyini deyərək bildirmişdir ki, ilk növbədə Şuşa şəhərini elektrik enerjisi ilə təchiz etmək üçün əməli addımlar atılır və birinci mərhələ başa çatıb və Şuşanı dayanıqlı elektrik enerjisi ilə təmin etmək üçün "Azərenerji" Səhmdar Cəmiyyəti də yüksəkgərginlikli xətlər çəkir və şəhərdə elektrik yarımstansiyası inşa edir. Dövlət başçımız Güləbird kəndində Su Elektrik Stansiyasının açılışı zamanı bildirib ki, işğaldan azad edilmiş rayonlarda "yaşıl enerji" zonasının yaradılması məqsədilə ilkin olaraq pilot layihələr qismində bəzi yerlərdə "ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyalarının da tətbiqi baş tutacaq: "İşğaldan azad edilmiş bütün şəhər və rayonların baş planlarının hazırlanması ilə bağlı cənab Prezidentin tapşırığının icrası hazırda yüksək surətlə davam etməkdədir. Eyni zamanda, işğaldan azad edilmiş rayonlarda "yaşıl enerji" zonasının yaradılması məqsədilə ilkin olaraq pilot layihələr qismində bəzi yerlərdə "ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyalarının da tətbiqi baş tutacaq. Ağıllı kənd layihəsi ilkin olaraq Zəngilan rayonunun Üçüncü Ağalı kəndində icra olunacaq".

yap.org.az

Digər xəbərlər