Siyasət

  • 4 923

"“İsgəndər M”-in qalıqlarının Şuşada tapılması çox ciddi məsələdir" EKSPERT MÜNASİBƏT BİLDİRDİ

image

“İsgəndər M” raketlərinin qalıqlarının Şuşada tapılması çox ciddi məsələdir. Əlbəttə ki, burada həm istehsalçı ölkə, həm də bunu istifadə edən ölkənin hərbi-siyasi rəhbərliyi məsuliyyət daşıyır. Ermənistan və onun siyasi rəhbərliyi “İsgəndər” raketləri ilə bağlı bir-birinin ardınca ziddiyətli açıqlamalar verdi, Ermənistan kimi məsuliyyətsiz ölkədən bundan başqa nəsə gözləmək əbəsdir. Rusiya tərəfi isə susur, baxmayaraq ki, ölkə ziyalıları, jurnalistlər bu məsələ ilə bağlı rəsmi Moskvaya, Rusiyanın Azərbaycandakı səfirinə rəsmi sorğu da göndəriblər”. Bunu SİA-ya Azərbaycan-Amerika Gəncləri İctimai Birliyinin sədri Vüqar Əhmədov deyib.Onun sözlərinə görə, bu kifayət qədər ciddi bir məsələdir, bu silahların necə bir dağıdıcı qüvvəyə malik olması və 44 günlük müharibə dövründə Gəncəyə atılan raketin hansı faciələrə gətirib çixarmasını heç kim unutmayıb: “İstisna edilmir ki, orada da bu raketlərdən istifadə olunub. Ona görə bu elə məsələ deyil ki, bunun üstündən rahatlıqla ötüb keçəsən. Əgər Azərbaycan bu məsələnin üstündən keçsə və bu qadağan edilmiş raketlərdən istifadə edənlər layiqli cəzasını almasa, sabah region üçün yeni təhlükələr yarana bilər. Azərbaycan beynəlxalq təşkilatlar çərçivəsində də bu məsələni qaldırmalıdır. Dünyada qadağan edilmiş silahlardan istifadəyə dair konvensiya mövcuddur. Rusiya da bu sazişlərə qoşulan və bu sahədə dünya birliyi ilə fəal əməkdaşlıq edən ölkələrdəndir və Rusiyanın hazırkı siyasi rəhbərliyi buna önəm verir. Lakin biz nədənsə Rusiya və Ermənistan müttəfiqlərinin 44 günlük müharibədə bu qanunları ciddi şəkildə pozduğunun şahidi olduq. Bunu edənlər heç şübhəsiz ki, aşkar olunmalı və layiqli cəzasını almalıdır. Şuşaya qalıqları düşən “İsgəndər M” raketlərinin daha geniş miqyasda partlayacağı halda hansı faciələrə gətirib çıxaracağını təsəvvür etmək belə çətindir. Özünü dövlət adlandıranlar gərək belə şeylərə getməsin”.

sia.az

Digər xəbərlər