Siyasət

  • 3 569

Rusiya-Ukrayna gərginliyi fonunda Türkiyənin mövqeyi necə olacaq? - ŞƏRH ÖZƏL

image

“Türkiyə ilk gündən Krımın Rusiya tərəfindən ilhaqını tanımayıb və bütün hallarda Krımın Ukraynanın ayrılmaz hissəsi olduğunu dəstəkləyib. Zelenskinin Türkiyə ilə apardığı danışıqlarda məqsəd növbəti dəfə Türkiyədən bu siyasi dəstəyi almaqdır. Əlbəttə, Türkiyə tərəfi ilə aparılan danışıqlarda həm də məlum Qarabağ müharibəmizdə əldə etdiyimiz Qələbədə Bayraqdar PUA-ları faktoru vardı. Heç şübhəsiz ki, həmin qələbənin əldə edilməsində Bayraqdarın oynadığı rol Ukrayna hərbiçilərinin də diqqətindən yayınmayıb. Bu mənada Türkiyə ilə aparılan danışıqlarda hərbi əməkdaşlığın genişləndirilməsi məsələsi müzakirə obyekti olub”. Bunu SİA-ya açıqlamasında politoloq Elşən Manafov deyib.Ekspertin fikrincə, Rusiya ilə Ukrayna arasında hal-hazırda yaşanan gərginlik hər halda müharibə həddinə çatmayacaq: “Çünki hər iki tərəf hələki bir-birinə əzələ nümayiş etdirir. Ukrayna Rusiyanın bölgədə təhlükəsizlik maraqlarını nəzərə almalıdır. Ukraynanın NATO-ya üzv olmaq istəyi sözsüz ki, Rusiya tərəfindən adekvat addımların atılmasının başlıca səbəblərindən biridir. Belə ki, Ukrayna NATO-ya üzv olarsa, Ukrayna ərazisində yerləşdiriləcək NATO raketləri birbaşa Rusiyanın təhlükəsizliyini ciddi təhlükə altında qoyacaq. NATO raketlərinin Moskvanı vurmaq imkanları 2-3 dəqiqə ərzində reallaşa bilər. Bu isə Rusiyanın illərdən bəri özünün hava hücumundan müdafiə qüvvələrinin təkmilləşdirilməsi üçün sərf etdiyi milyardlarla vəsaitin itirilməsi gətirib çıxaracaq. Ona görə də Rusiya heç bir vəchlə buna getməməlidir və getməyəcək. Rusiyanın mövqeyi bundan ibarətdir ki, bu problem danışıqlarla öz həllini tapsın”.E.Manafov güman edir ki, Türkiyə Rusiya ilə əməkdaşlığın genişləndirilməsində maraqlıdır: “Çünki Rusiya ilə münasibətlərdə yarana biləcək problemlər Türkiyə üçün Suriya və Cənubi Qafqazda xoşagəlməz vəziyyətin yaranmasına gətirib çıxara bilər. Türkiyə də Rusiya kimi ən azından Zəngəzur dəhlizi açılmasında və bu dəhliz vasitəsilə Çinlə iqtisadi-ticarət münasibətlərinin genişləndirilməsində, ümumiyyətlə bölgənin ticarət mənzərəsini əhəmiyyətli dərəcədə dəyişdirilməsində maraqlıdır. Bütün bunlara görə Türkiyə NATO üzvü olmasına baxmayaraq Ukraynanın indiki iqtidarını Rusiya ilə müharibəyə bu və ya digər formada sürükləmiş olsun. Hər halda Ukrayna və Türkiyə arasında hərbi əməkdaşlığın genişləndirilməsi və Ukraynanın Türkiyıdən ala biləcəyi Bayraqdarlarla bağlı məsələdə Türkiyə-Rusiya münasibətlərində ciddi problem yaratmamalıdır. Çünki hər iki tərəf münasibətlərin bundan sonra da qarşılıqlı maraqlar müstəvisində inkişaf etdirilməsində maraqlıdır. Hər iki tərəfin dünyanın ayrı-ayrı bölgələrində maraqları üst-üstə düşür. Həmçinin istisna etmirəm ki, Türkiyə Rusiya ilə Ukrayna arasındakı gərginliyin aradan qaldırılmasında öz rolunu oynaya bilər. Fikrimcə, Ukrayna Rusiya münasibətlərindəki gərginlik Türkiyə Rusiya münasibətlərinə siraət etməyəcək”.

sia.az

Digər xəbərlər