Siyasət

  • 3 236

"Qırğızıstan əvvəlki Qırğızıstan deyil" AÇIQLAMA

image

“Tacikistan və Qırğızıstan arasında olan qarşıdurmanın əsas səbəbi Qırğızıstanın Orta Asiyada bir türk respublikası kimi həddindən artıq fəal olmasıdır”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.

Politoloqun sözlərinə görə, Qırğızıstan Qazaxıstan, Özbəkistan və Türkmənistandan fərqli olaraq, Türkiyə ilə münasibətlərə daha çox can atır. “Ümumilikdə Turançılıq ideyasına xidmət edən respublikadır. Bu da Rusiya və İranı narahat etməyə bilməz. Taciklər bilirsiniz ki, farsdillidir. Tacikistanda rus dili 2-ci dövlət kimi qəbul olunub. Eyni zamanda Tacikistan ərazisində Rusiyanın hərbi bazası yerləşir. Bütün bunların fonunda taciklərlə qırğızların qarşıdurmasından yararlanan təbii ki, Rusiyadır. Bu birmənalıdır. Rusiya yenə də Türkiyənin Qafqazdan sonra Orta Asiyanın siyasi müdaxiləsinin qarşısını almağa can atdı. Qırğızıstan zaman-zaman Özbəkistan, Qazaxıstan və Tacikistan tərəfindən təcavüzə məruz qalıb, bu ölkəni sanki bir tort hesab ediblər. Bu ölkənin torpaqları həddindən artıq məhsuldardır. Subtropik iqlim olduğuna görə, yüksək keyfiyyətli məhsullar yetişir. Ona görə də zaman-zaman müdaxilələr edirlər. Rusiya öz maraqlarını həyata keçirməyə çalışdı. Bəzi siyasi nəticələr də əldə edildi. Amma bu Qırğızıstan və Tacikistan arasında artıq qarşıdurma sona çatıb. Çünki Qırğızıstan əvvəlki qədər zəif deyil. Bunu da başa düşdülər ki, artıq Qırğızıstan əvvəlki Qırğızıstan deyil”.

Politoloq həmçinin qeyd edib ki, bu qarşıdurmada əsas səbəb də Azərbaycan Prezidentinin inadla Zəngəzur dəhlizini açmaq məsələsini gündəmə gətirməsidir: “Bilirsiniz ki, Zəngəzur dəhlizi açılandan sonra Azərbaycan təkcə Naxçıvana deyil, həm də Türkiyəyə qovuşur. 100 illik ayrılıqdan sonra Azərbaycan Naxçıvana qovuşur. Həmçinin Türkiyəyə birbaşa quru sərhədi açılır. Artıq Ermənistanda da bu məsələ kimləri narahat etsə də hər halda Paşinyanın dünənki çıxışından sonra da məlum oldu ki, müharibədəki istehkamlar yerinə Zəngəzur dəhlizinin açılmasına üstünlük verir. Bu artıq Ermənistan dövləti səviyyəsində qəbul olunan bir ideyadır. Bu ideya Rusiyanın da maraqlarına zidd olmadığına görə, Rusiyada bu və digər formada bunu dəstəkləmək məcburiyyətindədir. Ona görə də Qırğızıstan-Tacikistan məsələsi məhz Zəngəzur dəhlizinin açılması ilə də bağlıdır. Burada, dediyim kimi, Rusiyanın Orta Asiya maraqları, daha doğrusu, yeni Turan dövlətinin formalaşacağı maraqları var. Bu da İranın, xüsusilə farsların maraqlarına tamamilə ziddir. Həmçinin bunu Rusiyanın parçalanması kimi də qəbul edirlər”.

sia.az

Digər xəbərlər