Siyasət

  • 3 253

"Erməni vəhşiliyinin sərhədi yoxdur" - DEPUTAT AÇIQLADI

image

“Qəbiristanlqlarda səngələrin qazılması növbəti erməni vəhşiliyidir”. Bu sözləri SİA-ya açıqlamasında deputat Ceyhun Məmmədov deyib.Onun sözlərinə görə, ermənilər ilk dəfə vəhşilik törətmir: "Artıq bu bir neçə dəfədir ki, ermənilər tərəfindən baş verir. Bu həm də ermənilərin azərbaycanlılara qarşı kin-küdurətinin bir göstəricisidir. Törətdikləri vəhşiliklər nə onların mənsub olduğu dinə, nə də beynəlxalq hüquqa uyğun deyil. Bununla bağlı beynəlxalq hüquq, beynəlxalq təşkilatlar və qurumlar kifayət qədər reaksiya vermədiyinə görə, təəssüf ki, bu kimi əməlləri törətməyə yenə də davam edirlər. Biz erməni vəhşiliyini dünya ictimaiyyətinə çatdırmaq üçün daha da çalışmalıyıq. Onların bizim qəbirlərimizə qarşı, ölülərimizə qarşı törətdikləri vəhşilikləri aktlaşdıraraq, şəkillərini çəkərək, və video çəkilişləri həyata keçirərək bu vəhşiliyi dünya ictimaiyyətinin diqqətinə çatdırmalıyıq və göstərməliyik ki, sizin müdafiə etdiyiniz, sizin həmişə dəstəklədiyiniz ölkə bax budur. Onlar insanlığa, bəşəriyyətə qarşı bax belə vəhşilikləri törədirlər".Deputat həmçinin qeyd edib ki, cənab Prezident İlham Əliyev də bu məsələyə bir çox hallarda xüsusilə toxunub: "Yəni dəmir yumruq hər zaman hazır olmalıdır və hansısa kiçik bir təxribat baş verdiyi halda onun qarşısı qətiyyətlə alınmalıdır. Bu gün də dövlətimiz bunu həyata keçirir. Bu onu göstərir ki, erməni vəhşiliyinin sərhədi yoxdur. Bu vəhşiliklər, bu kin-küdurət davam edəcək. Ona görə də biz bir tərəfdən bu vəhşilikləri ifşa etməliyik, dünya ictimaiyyətinə çatdırmalıyıq, digər tərəfdən isə bu kimi halların qarşısını çox ciddi şəkildə qətiyyətlə almalıyıq. Bu gün də biz erməni təxribatlarının şahidiyik. Ona görə də bu istiqamətdə səylərimiz mütləq davam etməlidir".

sia.az

Digər xəbərlər