Siyasət

  • 3 324

Şuşa Bəyannaməsi Azərbaycanın təhlükəsizliyində Türkiyənin rolunu artırcaq - DEPUTAT ŞƏRH ETDİ

image

“15 iyun 2021-ci ildə Azərbaycan və Türkiyə prezidentlərinin Şuşada imzaladıqları bəyannamə tarixə Şuşa Bəyannaməsi kimi düşəcək və 100 illər bundan sonra da öz əhəmiyyətinə görə vacib sənəd hesab olunacaq. 100 il əvvəl, 13 oktyabr 1921-ci ildə tarixi Qars müqaviləsi imzalanıb və bu sənəd müddətsiz təsdiq olunub. Qars müqaviləsinə görə Naxçıvanın muxrariyyət statusu təsdiq olunub. Naxçıvan Azərbaycanın əsas torpağından ayrı düşdüyünə görə Naxçıvanın bütövlüyünü, təhlükəsizliyini, dövlətçiliyini, muxtariyyətini gələcəkdə təmin etmək üçün Qars müqaviləsi bizim üçün çox böyük, əvəzi olmayan bir sənəd rolunu oynayıb”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin üzvü Azər Badamov deyib.Deputatın sözlərinə görə, 15 iyunda imzalanmış Şuşa Bəyannaməsi isə bütövlükdə Azərbaycanın təhlükəsizliyində və regionda təhlükəsizliyin təmin olunmasında əsas rol oynayacaq: “Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyənin yeni işbirliyi dövrünə qədəm qoyması deməkdir. Bəyannamənin tərkibindəki maddələrə diqqət yetirəndə görürük ki, sənəd çox şaxəlidir. Burada hərbi əməkdaşlıqdan başalamış iqtisadi əməkdaşlığına və regional əməkdaşlığına xidmət edəcək kommunikasiyaların açılmasına qədər bütün istiqamətlər özündə ehtiva edib. Əslində Şuşa Bəyannaməsi regionda altılıq platformasında, yəni Azərbaycan, Türkiyə, Rusiya, İran, Gürcüstan və Ermənistanın iqtisadi əməkdaşlığının genişləndirilməsinə də hesablanıb. Regional əməkdaşlıq dərinləşdikcə regional təhlükəsizlik də möhkəmlənəcək. Bəyannamədə müdafiə sənayesi sahəsində əməkldaşlığına xüsusi yer verilib. Bu o deməkdir ki, Türkiyənin dəstəyi ilə ölkəmizdə müasir texnoloji hərbi sənayesi məhsulların istehsalı genişlənəcək. Türkiyənin bu istiqamətdə təcrübəsi çox böyükdür”.A.Badamov vurğulayıb ki, Türkiyə silahlı qüvvələrinin silahlanmasının 70%-dən çox hissəsi Türkiyənin istehsalı olan müasir silahlardır: “Eyni təcrübə Azərbaycanda da tətbiq olunacaq və nəticədə hərbi vasitələrin idxalından asıllığımızı minimuma endirə biləcəyik. Müqavilədə nəzərdə tutulan əsas məqamlardan biri də ordumuzun təkmilləşdirilməsi və Türkiyə standartlarına uyğunlaşdırılmasıdır. 44 günlük Vətən müaharibəsində türk təcrübəsindən istifadə etməklə qələbəmizi təmin edə bilmişik. Bundan sonra isə Türkiyə ilə birlikdə Azərbaycan ordusunun daha gücləndirilməsi nəzərdə tutulur. Türkiyə ordusu gücünə görə NATO-da ABŞ-dan sonra ikinci yerdədir. Türk əsgərləri dünyanın müxtəlif ölkələrində baş verən müharibələrin tənzimlənməsində iştirak edir və daima döyüş meydanında olduğuna görə böyük təcrübə qazanıb. Ordunun gücü nəzəri biliklərlə ölçülmür. Ordu müharibə meydanlarında daha da güclənir və özünü təsdiq edir. Ona görə də Türkiyə ordusu dünyanın ən güclülüləri arsında öndə sıralanır. Bəyannamədə Azərbaycan ordusunu da Türkiyə ordusunun standartlarına uyğunlaşdırılması nəzərdə tutulur. Düşünürəm ki, bu bizim NATO-ya girməyimizi yaxınlaşdırır anlamına gətirmir. Amma Türkiyə NATO ölkəsidir və NATO təcrübəsinin Azərbaycan ordusuna gəlişi kimi başa düşmək olar. Ümumiyyətlə, Şuşa Bəyannaməsi böyük tarixi sənəddir və 100 il əvvəl qəbul olunmuş Qars müqaviləsinin analoqu olaraq bütün Azərbaycanın təhlükəsizliyinin təmin olunmasında Türkiyənin rolunun artmasına imkan verəcəkdir”.

sia.az

Digər xəbərlər