Siyasət

  • 3 489

146 illik kotanı paslanmayan “ƏKİNÇİ” - MƏQALƏ

image

Həsən bəy Zərdabi, bu şəxsin adını eşidən hər kəsin fikrinə ilk öncə mətbuat, ədibiyyat, şeyriyyat və ən əsası isə üzərindən 146 il keçməsinə baxmayaraq, azərbaycanlılar tərəfindən heç zaman unudulmayacaq “Əkinçi” qəzeti gəlir.Bəli, 22 iyul 1875-ci il, Azərbaycan mətbuatının təşəkkülündə böyük rolu olacaq tarixi bir hadisə baş verdi. Həmin dövrdə ana dilində qəzetə böyük ehtiyac olduğunu dərk edən Həsən bəy Zərdabi qəzet çap etmək üçün hökumətə müraciət etdi və xeyli zəhmətdən sonra Bakıda qubernator mətbəəsində Azərbaycan dilində “Əkinçi” qəzetinin nəşrinə müvəffəq oldu. Cəmi 56 sayının işıq üzü görməsinə baxmayaraq, bu qəzetlə Həsən bəy Azərbaycan xalqının şüuruna təsir etmək, onu avamlıq və xurafat buxovlarından azad etmək, kütlədə milli mənlik şüurunu inkişaf etdirmək məsələlərinə böyük əhəmiyyət verdi.Dövrünün bir çox öndə gedən, ədəbiyyatşünaslarının - Nəcəf bəy Vəzirovun, Əsgər ağa Goraninin Moskvadan, Heydərinin Dərbənddən göndərdikləri məktubları, Məhəmmədtağı Əlizadə Şirvaninin Şamaxıdan, Mirzə Fətəli Axundovun “Vəkili-naməlumi millət” imzası ilə məqalələri, Seyid Əzim Şirvaninin şeirləri və s. dərc olundu.Belə bir tərəqqipərvər qəzet işğalçı Çar Rusiyası kimi bir rejimin əsarəti altında çox yaşaya bilmədi. Qəzetin insanların maariflənməsində, ictimai-siyasi proseslərə daha yaxından bələd olmasındakı rolundan çəkinməyə başladı və sonda 1877-ci ilin sentyabrında qəzetin nəşrini dayandırdı. Azərbaycan tarixində ilk mətbu orqan olan "Əkinçi" sonrakı illərdə yerini "Kəşkül" (1883), "Ziya" (1884) qəzetlərinə verdi. “Kaspi” (1880-90-cı illər) qəzetləri nəşrə başlayıb. XX əsrin əvvəllərində isə C.Məmmədquluzadə, M.Şahtaxtinski, S.Hüseyn, Ö.Faiq Nemanzadə, Ü.Hacıbəyli və başqaları yeni demokratik mətbuatın yaranması uğrunda mübarizə apardılar. Bu gərgin mübarizə nəticəsində “Molla Nəsrəddin” (1906), “Şərqi-rus” (1903), “Həyat” (1905), “Açıq söz” (1915), “Azərbaycan” (1918) kimi demokratik ruhlu, milli qayəli qəzetlər nəşrə başladı.Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra bir çox milli-mənəvi dəyərlərə qayıdışla mətbuat sahəsində də özünü göstərdi. Bu gün Azərbaycanda yüzlərlə mətbu orqan - qəzet və jurnal fəaliyyət göstərir. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Əkinçi" qəzetinin nəşrə başladığı gün - 22 iyul Milli Mətbuat və Jurnalistika Günü kimi qeyd olunmağa başladı.1997-ci ildən Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi “RUH” “Jurnalistlərin Dostu” mükafatını təsis etdi. Məqsəd, cəmiyyətdə söz və mətbuat azadlığı prinsiplərini təbliğ və inkişaf etdirmək, bu məqsədlə dövlət məmurlarımızın, ictimai-siyasi təşkilatların tanınmış nümayəndələrinin kütləvi informasiya vasitələri ilə əlaqələrinin möhkəmlənməsinə nail olmaq, bununla da mediaya qayğı ənənələrini stimullaşdırmaq oldu. Ümummilli liderimiz Heydər Əliyevin 2002-ci ildə “Jurnalistlərin dostu” mükafatının qalibi kimi çıxışı, Azərbaycan mediasının dünəni, bu günü və sabahı ilə bağlı fikirlərini bölüşməsi hamımız üçün böyük şərəf və hər zaman fərəhlə anılan, unudulmaz xatirə kimi yaddaşlarımıza həkk oldu.Prezident İlham Əliyevin 2008-ci il 31 iyul tarixli “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinə birdəfəlik maliyyə yardımı göstərilməsi haqqında”, eləcə də “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi konsepsiyasının təsdiq edilməsi haqqında” sərəncamları bunu göstərdi ki, mətbuata göstərilən dövlət qayğısı davamlı və sistemli səciyyə daşıyır. Dövlət başçısının 2009-cu il 3 aprel tarixli “Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması haqqında” Sərəncamı da məhz ölkəmizdə kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi konsepsiyasında əksini tapmış məsələlərin gerçəkləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdi. Bütün bunları yüksək qiymətləndirən Azərbaycan mətbuatı Prezident İlham Əliyevi üçüncü dəfə “Jurnalistlərin dostu” elan etdi. “RUH” Jurnalistləri Müdafiə Komitəsi tərəfindən aparılan rəy sorğusunda Prezident İlham Əliyev ən yüksək səs çoxluğu ilə “Jurnalistlərin dostu” seçildi. Mükafatı qəbul edən Prezident İlham Əliyev ölkəmizdə mətbuatın inkişafı istiqamətində mühüm addımların atıldığını deyərək vurğuladı ki, demokratik cəmiyyətin qurulması istiqamətində azad mətbuatın rolu danılmazdır.44-günlük II – Qarabağ müharibəsi zamanı Azərbaycan Respublikasının müzəffər Ali Baş Komandanı İlham Əliyev cənabları, ərazisində müharibə gedən ölkənin başçisi olaraq, hər gün, gecə-gündüz, istirahət etmədən döyüş əməliyyatlarını nəzarətdə saxlayır, bununla bərabər dünya mətbuatınada xüsusi diqqət göstərərək, dəyərli vaxtını sərf edib, jurnalistləri qəbul edir, saatlarla, yorulmadan, çəkinmədən, mərdi-mərdanə onların sualları cavablandırır, Azərbaycan həqiqətlərini dünyaya çatdırırdı.Daha sonra, dünyanın bir çox tanınmış jurnalistlərinin dediyi kimi Azərbaycan Prezidentinin rekorda imza atdığı, 4 saat 4-dildə (Azərbaycan, Türk, İngilis və Rus) dünyanın nüfuzlu 35 media qrumununu qarşılamaqla, 44-günlük müharibədən zəfərlə ayrılmış Müzəffər Ali Baş Komandan olaraq onların 50-dən çox suallarını dolğun, səlis və ən əsası tam şəffavlığı ilə cavablandırdı. Ölkəmizə, vətənimizə qarşı ədalətsizlik edərək, yanlış siyasət aparan, dövlətimizə, millətimizə ikili standartlarla yanaşan bəzi ölkələrin üzərindən 146 – il tarixi olan “əkinçi”-nin kotanları ilə sevgi, ədalət və demokratiya şumu çəkdi.

Mürsəl Mürsəlov
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Sanator-Kurort Reabilitasiya Mərkəzinin Baş direktoru

sia.az

Digər xəbərlər