"Azərbaycan Prezidenti İspan kanalına verdiyi müsahibədə bizim bölgədə sülh, əmin-amanlıq, dostluq istəyimizi ifadə edib". Bunu SİA-ya açıqlamasında deputat Asim Mollazadə deyib.Onun sözlərinə görə, Ermənistanın hazırda şansı var ki, Azərbaycana qarşı ərazi iddialarına, revanşist hərəkətlərinə son qoyub bölgədə əməkdaşlıq yolu seçsin.Asim Mollazadə bu barədə fikrini belə izah edib: "Azərbaycan hazırda belə bir sabitliyin, əməkdaşlığın olması üçün bölgədə müxtəlif layihələr həyata keçirir. Ermənistan da normal dövlətə çevrilərək bu istiqamətdə işlər görməlidir. Azərbaycana qarşı ərazi iddialarına son qoymaqla, Ermənistan məhz öz sosial-iqtisadi problemlərinin həlli üçün əməkdaşlıq yolunu seçərək bu bölgədə sülhün yaranmasına töhfə verə bilər. Azərbaycanın da istəyi budur. Bu həm də Ermənistanın yeganə çıxış yoludur".
sia.az