Siyasət

  • 2 667

Onlar Azərbaycanın dünyada artan nüfuzuna xələl gətirməyə çalışırlar - CAVİD OSMANOV

image

“44 günlük Vətən müharibəsində əldə etdiyimiz tarixi qələbədən sonra xüsusən müəyyən qüvvələr tərəfindən Azərbaycana qarşı qərəzli mövqe aparmaqdadırlar”. SİA-nın veridyi məlumata görə, bu sözləri Milli Məclisin bu gün keçirilən növbəti plenar iclasında deputat Cavid Osmanov deyib.Onun sözlərinə görə, bunun tərkib hissəsi olaraq bu gün hansısa xırda məişət problemini qabardaraq ölkəmizdə əldə olunmuş çox böyük əhəmiyyətli, ictimai-siyasi sabitliyə ziyan vurmağa çalışırlar: “Eyni zamanda bununla bir teatr səhnəsi düzəldərək Azərbaycanın dünyada artan nüfuzuna xələl gətirməyə çalışırlar. Bunun üçün müəyyən mənada bəzi ermənipərəst qüvvələr tərəfindən qrantlar ayrılıb. May ayında da qrantlar ayrılması planlaşdırılır. Bunun nəticəsi olaraq mayın 14-də Bakıda və ayrı-ayrı regionlarda sabitliyi pozmaq üçün çağırışlar olacaq. Bununla ölkəmizin artan nüfuzuna zərbə vurmağa çalışırlar. Bu günə kimi olduğu kimi, onların sabaha olan bu niyyəti də iflasa uğrayacaq. Xalq Prezident İlham Əliyevin uğurlu siyasətini dəstəkləyir və onun ətrafında birləşib”.

Müəllif: Arzu Qurbanzadə

Digər xəbərlər