Siyasət

  • 3 920

Azərbaycanın təklif etdiyi beş prinsip sülh sazişinin hazırlanmasında əsas götürülməlidir ŞƏRH

image

Ermənistan-Azərbaycan münaqişəsi milyonlarla insanın taleyinə ciddi təsir göstərən, ən faciəli münaqişələrdən biri kimi tarixin yaddaşına həkk olunacaq.Xarakterinə və miqyasına görə beynəlxalq sülh və təhlükəsizlik üçün ciddi təhdid mənbəyinə çevrilən münaqişə ötən dövr ərzində beynəlxalq təşkilatlar çərçivəsində ciddi müzakirə edilmiş, münaqişənin həlli istiqamətində bir sıra mühüm sənədlər qəbul edilmişdir. Bir çox beynəlxalq təşkilatların vasitəçiliyi və təşəbbüsü ilə keçirilmiş görüş və danışıqlarda Ermənistanın beynəlxalq hüququn norma və prinsiplərindən, habelə mövcud qərarlardan boyun qaçırması, nəticə etibarı ilə danışıqların gedişində irəliləyişin əldə edilməsinə imkan vermədi. Nəticə verməyən danışıqlar taktikası Azərbaycanı qane edə bilməzdi. 2020-ci ilin sentyabrın 27-də Azərbaycan ordusunun başladığı uğurlu əks-hücum əməliyyatları nəticəsində və noyabrın 10-da imzalanan üçtərəfli Bəyannamə ilə azad olunan torpaqlar üzərində Azərbaycanın suverenliyi bərqərar olunmuş, Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa edilmişdir.Üçtərəfli Bəyannamə ilə Ermənistan götürdüyü öhdəlikləri tam yerinə yetirmədiyi üçün 2021-ci ildən Rusiya və Avropa İttifaqının vasitəçiliyi ilə sülh danışıqları aparılır. Azərbaycan sülhə, təhlükəsizliyə və sabitliyə sadiqlik nümayiş etdirərək sülh müqaviləsinin hazırlanması məqsədi ilə beş baza prinsipini təqdim edib və Ermənistan bu prinsipləri qəbul edib.Azərbaycanın təqdim etdiyi beş baza prinsipi, güc tətbiq etməmək və ya güclə hədələməmək, dövlətlərin suveren bərabərliyi, sərhədlərin toxunulmazlığı, dövlətlərin ərazi bütövlüyü, əməkdaşlıq və bir-birinin daxili işlərinə qarışmamaq kimi beynəlxalq hüququn əsas prinsiplərinə tam uyğundur.Təqdim edilən baza prinsiplərinin biri də sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlıdır. Ermənistan digər əsas prinsiplərlə yanaşı, ilk öncə bu şərti yerinə yetirməklə sülh müqaviləsini imzalamağa hazır olduğunu nümayiş etdirə bilər.Azərbaycan Prezidentinin sülh sazişinin bağlanması üçün irəli sürdüyü təkliflər hər iki xalqın istəklərini əks etdirir. Bununla yanaşı, diplomatik münasibətlərin qurulması və regionda kommunikasiya xətlərinin bərpası reallaşarsa, bu həm Azərbaycana, həm də Ermənistana iqtisadi səmərə gətirəcək. Azərbaycanın sülh müqaviləsi imzalamağa hazır olduğuna dair ən yüksək səviyyədə bəyanatlarına baxmayaraq, Ermənistan siyasi və hərbi təxribatlarla sülhün yaranmasına əngəl olmağa çalışır. Ermənistanı məhvə sürükləyən siyasi və iqtisadi böhrandan xilas yolu Azərbaycanla və paralel olaraq Türkiyə ilə münasibətləri normallaşdırmaqdan keçir. Azərbaycanın təqdim etdiyi məhz bu baza prinsipləri əsasında ikitərəfli sülh müqaviləsi bağlamaqla Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasına nail olmaq mümkündür.

Akif Əliyev,
YAP Ağcabədi rayon təşkilatının mühasibi

Digər xəbərlər