PDF Oxu

Sosial

  • 1 124

Səhiyyə Nazirliyinin tabeliyində olan institut tibb isçisinin şəhadətnaməsini girov saxlayır

image

Vətəndaş Ramin Abıyev Səhiyyə Nazirliyinin Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun ona məxsus şəhadətnamənin girov götürməsindən şikayətçidir. Redaksiyamıza ünvanlanan oxucu məktubunda Ramin Abıyev bildirir ki, sertifikasiya imtahanının keçirilməsinə və buna nəzarət funksiyasını həyata keçirən qurum Səhiyyə Nazirliyidir. Lakin tibb işçisinin sertifikasiya imtahanı verməsini məhdudlaşdıran da elə nazirliyin tabeçiliyində olan Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutudur. Yəni, yenə Səhiyyə Nazirliyidir.

Vətəndaş şikayətində qeyd edir ki, “Buta Farm” MMC-nin aptekində əczaçı vəzifəsində işləyir. İş yeri onu sertifikasiya şəhadətnaməsi üçün Səhiyyə Nazirliyinin tabeçiliyində olan Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna 26.05.25 - 06.06.25-ci il tarixlər aralığında kursa cəlb edib. Kursu bitdikdən sonra 3-4 gün ərzində şəhadətnamələr (kursu bitirmək haqqında) Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutun rəsmi sayıtında yerləşdirilib. Lakin Ramin Abıyevin şəhadətnaməsi sayta yüklənməyib.

Ramin Abıyev məsələni aydınlaşdırmaq üçün Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Əczaçılıq kafedrasına və mühasibatlıq şöbəsinə yaxınlaşıb və hər iki yerdən bildirilib ki “Buta Farm” MMC kurs ödənişini (300 azn) həyata keçirmədiyi üçün şəhadətnamə sistemə yüklənməyib: “Yəni ortaya çıxan mənzərə odur ki, mənim şəhadətnaməm girov olaraq saxlanılır. Deməli institut şəhadətnaməni girov saxlamağı qanuni hesab edir. Mən isə bunun qanunsuz olduğunu bildirməklə növbəti sertifikasiya imtahanı vermək hüququmun məhdudlaşdırdığını bildirdim. Nəzərinizə çatdırım ki, bu hal 23 il Səhiyyə Nazirliyinin müavini postunu tutmuş Elsevər Ağayevin rəhbərlik etdiyi Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna Əczaçılıq kafedrasında baş verir. Bu isə çox utancverici bir mənzərədir.”

Ramin Abıyev Səhiyyə Nazirliyinə bəzi suallarının olduğunu deyir:

“1. Tibb işçisinin şəhadətnaməsini tabeçiliyinizdə olan İnstitut hansı qanuna əsasən girov saxlayır? Bu sənədin girov saxladığının qanunsuz olduğunu niyə izah etmirsiz və ya niyə bu günə kimi izah etməmisiz?

2. Tabeçiliyinizdə olan İnstitut, yəni Səhiyyə Nazirliyi tibb işçisinin sertifikasiya imtahanına buraxılmasını hansı qanuna əsasən məhdudlaşdırır? Buna səlahiyyətiniz varmı?

3. Deyək ki, iş yerim həmin 300 manat məbləği İnstitutun hesabına köçürməyib. Bu zaman İnstitut sənədimi girov saxlamaq əvəzinə işlədiyim müəssisədən ödənişi tələb etsin. İşlədiyim müəssisə ödənişi etmirsə Səhiyyə Nazirliyi məhkəməyə müraciət niyə etmir?”

Vətəndaşın şikayətinə hüquqi baxışı hüquqşünas Rahim Abıyev belə verir: “Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun vətəndaşa məxsus şəhadətnamənin girov götürməsi, saxlanması qanunsuzdur. Əgər həqiqətən də işəgötürən 300 manat məbləği köçürmə etməyibsə bu zaman İnstitut mülki qaydada pozulmuş hüququnu MPM-nin 4.1-ci maddəsini rəhbər tutub məhkəmə müstəvisində mübahisələndirməlidir. İnzibati orqan şəhadətnaməsini girov saxlamaqla vətəndaşın sertifikasiya imtahanı verməsi hüququnu məhdudlaşdırıb.

İnzibati Xətalar Məcəlləsinə əsasən, Sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə, cərimə etmə funksiyasına nəzarəti Səhiyyə Nazirliyi edir, amma vətəndaşın imtahan verməsini də elə Səhiyyə Nazirliyi məhdudlaşdırır. Ümumiyyətlə, vətəndaşların şikayətlərinə baxdıqda görürük ki, inzibati orqanlar inzibati icraat haqqında qanuna riayət etmirlər. Bu halda vətəndaşın tək çıxış yolu inzibati orqandan imtina alıb məhkəməyə müraciət etməkdir.”

Digər xəbərlər