PDF Oxu

Sosial

  • 412

“Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti: humanizm, sosial qayğı və xalqa xidmət nümunəsi” - FOTOLAR

“Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti: humanizm, sosial qayğı və xalqa xidmət nümunəsi” - FOTOLAR

Masallı Rayon İcra Hakimiyyətinin inzibati binasında keçirilən “Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti: humanizm, sosial qayğı və xalqa xidmət nümunəsi” adlı tədbir Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətinə həsr olunmuşdu.
Masallı Rayon İcra Hakimiyyəti başçısı aparatının əməkdaşlarının, inzibati ərazi dairələri üzrə nümayəndələrinin və bələdiyyə sədrlərinin iştirak etdikləri tədbir Ulu Öndər Heydər Əliyevin, eləcə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən övladların əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlandı.
Tədbirin açılışında çıxış edən Masallı Rayon İcra Hakimiyyəti başçısı aparatının Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini – sektor müdiri Nahid Həsənov Mehriban xanım Əliyevanın ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında oynadığı mühüm roldan, dövlətçilik ənənələrinin qorunması və inkişafı, təhsil, səhiyyə, mədəniyyət, xeyriyyəçilik və humanitar sahələrdə həyata keçirdiyi çoxşaxəli fəaliyyətindən danışaraq dedi:- Heydər Əliyev Fondunun ölkəmizdə sosial layihələrin reallaşdırılması, milli-mənəvi irsin qorunması, təhsil və səhiyyə infrastrukturunun inkişafı, aztəminatlı və xüsusi qayğıya ehtiyacı olan şəxslərə dəstək göstərilməsi istiqamətində gördüyü işlər xalq tərəfindən böyük qazılıqla qarşılanır. Fondun Prezidenti Mehriban xanım Əliyevanın fəaliyyəti humanizm, mərhəmət, vətənə və xalqa xidmət kimi ali dəyərlərə əsaslanır və bu nümunə hər bir dövlət qulluqçusu üçün mühüm örnəkdir.
Natiq, həmçinin çıxışının axırında yerli icra hakimiyyəti nümayəndəliklərinin və bələdiyyələrin qarşısında duran vəzifələrə toxunaraq vətəndaş müraciətlərinə diqqət və həssaslıqla yanaşılmasının, qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həllinin, yaşayış məntəqələrində abadlıq və quruculuq işlərinin davam etdirilməsinin vacibliyini vurğuladı.
Masallı Rayon İcra Hakimiyyəti başçısı aparatının Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin İctimai-siyasi və humanitar məsələlər sektorunun müdir vəzifəsini müvəqqəti icra edən Nuranə Muradova çıxış edərək bildirdi:- Mehriban xanım Əliyevanın fəaliyyəti yalnız Azərbaycan Respublikasının Birinci vitse-prezidenti kimi dövlət idarəçiliyindəki məsuliyyətli fəaliyyəti ilə məhdudlaşmır. Onun fəaliyyəti dövlətçilik, xeyriyyəçilik, mədəniyyət, təhsil, səhiyyə, idman və beynəlxalq humanitar əməkdaşlıq kimi geniş sahələri əhatə edir. Bu çoxşaxəli fəaliyyətin əsas istiqamətlərindən biri 2004-cü ildən Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələrdir. Fond fəaliyyətə başladığı ilk gündən ölkəmizin sosial-iqtisadi və mədəni inkişafına, milli-mənəvi dəyərlərimizin qorunmasına və insanların rifahının yüksəldilməsinə mühüm töhfələr verib. Fondun tərəfindən “Yeniləşən Azərbaycana yeni məktəb” və “Təhsilə dəstək” proqramları çərçivəsində Masallı rayonunda həyata keçirilən layihələr nəticəsində rayonda yeni məktəb binaları, əlavə tədris korpusları və sinif otaqları inşa edilib. Belə ki, şəhər 1 saylı Uşaq bağçası, şəhər 4 saylı və Səmədxanlı kənd körpələr evi-uşaq bağçaları üçün yeni binalar tikilib. Mədəni irsin qorunması və təbliği istiqamətində görülən işlər də çoxdur. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın Musaküçə kəndində həsirçilik sənəti ilə məşğul olan qadınlarla görüşü və onlar üçün yaratdığı şərait bu sahəyə göstərilən diqqət və qayğının bariz nümunəsidir.
Humanizm və sosial qayğı sahəsində həyata keçirilən layihələr toxunan natiq “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində rayonda hər il talassemiyalı xəstələr üçün könüllü qanvermə aksiyalarının təşkil olunduğunu diqqətə çatdırdı, Fondun dəstəyi ilə sağlamlıq imkanları məhdud şəxslərə göstərilən humanitar yardımlardan danışdı. Bu baxımdan Babaküçə kənd sakini, iki yaşlı Səccad Əliyevin Heydər Əliyev Fondunun təşəbbüsü ilə cərrahi əməliyyat olunmasını xüsusi qeyd etdi . Onun Birinci Qarabağ müharibəsi iştirakçısının nəvəsi olması bu qayğının həm uşağın sağlamlığına, həm də müharibə iştirakçısının ailəsinə göstərilən diqqətin nümunəsi kimi dəyərləndirdi.

Digər natiqlər- RİHB-nin Təklə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Musa Qubadov, Göyəçöl kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Cəmilə İmanova və Hişkədərə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin Baş məsləhətçisi Gülyanaq Ağayeva tədbirdə çıxış edərək Mehriban xanım Əliyevanın ölkəmizin inkişafı, milli-mənəvi dəyərlərimizin qorunması, təhsilin, səhiyyənin və mədəniyyətin tərəqqisi istiqamətində gördüyü işlərin əhəmiyyətindən söz açdılar. Onlar bu fəaliyyətin cəmiyyətimizdə humanizm, xeyriyyəçilik və Vətənə xidmət ənənələrinin möhkəmlənməsinə mühüm töhfə verdiyini bildirdilər .

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Digər xəbərlər