Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin, Lerik Rayon İcra Hakimiyyətinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran regional bölməsinin və Lerik rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Gənclər və müasir dövrün ideoloji çağırışları: milli-mənəvi dəyərlərin qorunması və sağlam düşüncənin formalaşdırılması” mövzusunda maarifləndirici görüş keçirilib.
Mərkəzdə baş tutan görüşdə Lerik Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Nurlan Nəciyev, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin Lerik rayonu üzrə gənclər və idman sektorunun əməkdaşları,
Mərkəzinin əməkdaşları və digər qurumlar, fəal gənclər iştirak ediblər.
Çıxışlar zamanı müasir dövrdə gənclərin qarşılaşdıqları ideoloji çağırışlar, milli-mənəvi dəyərlərin qorunmasının əhəmiyyəti, dini radikalizm və zərərli ideoloji təsirlərə qarşı mübarizə, eləcə də sağlam dünyagörüşünün formalaşdırılması məsələlərdən söhbət açılıb.
Bildirilib ki, qloballaşma və informasiya texnologiyalarının sürətlə inkişaf etdiyi müasir dövrdə gənclərin milli kimliyə, tarixi köklərə və mənəvi dəyərlərə bağlılığının gücləndirilməsi, onların düzgün informasiya seçimi və tənqidi düşünmə bacarıqlarının inkişaf etdirilməsi xüsusi əhəmiyyət daşıyır.
İnteraktiv müzakirə şəraitində davam edən görüşdə gəncləri ən çox düşündürən suallara cavabverilib, mövzu ətrafında fikir mübadiləsi aparılıb.
Tural Əliyev,
Lerik rayonu Dəstər kənd məktəbinin müəllimi
700.000 dollarlıq superkar cəmi 499 nüsxədə istehsal olunacaq...
Xüsusilə qadınlarda...