PDF Oxu

Cəmiyyət

  • 460

Narkomanlığa qarşı mübarizə birgə fəaliyyət tələb edir - FOTOLAR

Narkomanlığa qarşı mübarizə birgə fəaliyyət tələb edir - FOTOLAR

Masallı Rayon İcra Hakimiyyəti başçısının yanında fəaliyyət göstərən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Rayon Komissiyasının növbəti iclası “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın Tədbirlər Planının 8.4.11-ci bəndinin icrasına həsr olunmuşdu.
İclasda çıxış edib narkomanlığın yaranma və yayılma səbəblərinin araşdırılmasının, risk qrupuna daxil olan yeniyetmə və gənclər arasında profilaktik və maarifləndirici işlərin gücləndirilməsinin vacibliyini vurğulayan Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Komissiyanın sədri Tohid Hüseynov onu da bildirdi ki, narkomanlığa qarşı mübarizə yalnız hüquq-mühafizə orqanlarının deyil, həm də təhsil, səhiyyə, gənclər və idman, sosial müdafiə qurumlarının və ictimaiyyətin birgə fəaliyyətini tələb edir. Gənclərin zərərli vərdişlərdən qorunması, sağlam həyat tərzinin təbliği və valideynlərlə maarifləndirici söhbətlərin aparılması əsas vəzifəmiz olmalıdır.
İclasda aidiyyəti qurumlara konkret tapşırıq və tövsiyələr verildi. Rayon Polis Şöbəsinə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin gücləndirilməsi və risk qrupuna daxil olan gənclərlə profilaktik söhbətlərin aparılması, Rayon Təhsil Sektoruna məktəblərdə maarifləndirici görüşlərin təşkili, Rayon Mərkəzi Xəstəxanasına isə narkoloji xidmətin təşkili və tibbi maarifləndirmənin genişləndirilməsi tapşırıldı.
Bununla yanaşı, Rayon Gənclər və İdman Sektoruna idman yarışları, intellektual oyunlar və digər tədbirlər vasitəsilə sağlam həyat tərzinin təbliğini gücləndirmək, Dövlət Sosial Müdafiə Fondunun müvafiq regional filialına sosial risk qrupuna daxil olan şəxslərin müdafiəsi və məşğulluq imkanlarının artırılması tövsiyə olundu, Yerli ərazi icra nümayəndəliklərinə isə əhali, xüsusilə valideynlər arasında maarifləndirmə işinin genişləndirilməsi deyildi, aidiyyəti qurumların fəaliyyətinin əlaqələndirilməsi, görülən işlərin mütəmadi təhlili və Dövlət Proqramının icra vəziyyəti barədə Komissiyaya hesabatların təqdim edilməsi məsələləri diqqətə çatdırıldı, həm də kütləvi informasiya vasitələrinin və sosial şəbəkələrin imkanlarından istifadə etməklə narkomanlığa qarşı təbliğat, eləcə maarifləndirmə işlərinin daha da genişləndirilməsinin vacibliyi bildirildi.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Digər xəbərlər