PDF Oxu

Sosial

  • 743

Cəmiyyətin döyünən qəlbi, düşünən beyni...

image

Bu dediklərim Azad Abdullayevə və Xurşid Teymurova çox yaraşır. Astara elinin qeyrətli oğulları 65 yaşını yola saldılar. Hər iki ziyalı özünü bilən gündən Vətəni, mənsub olduqları xalqı düşünmüş, el-obanın xoş güzəranı naminə çalışmış, xeyirxah əməlləri hesabına yaxşılıq gözündə ucala-ucala ömrünün müdriklik çağına çatmışlar. İndinin özündə də nüfuzu, hörməti dillərdən düşməyən Azad və Xurşid müəllimin ürəyi, odu-alovu yüzləri isidə bilən hisslər, duyğular ocağı kimidir. Onların yüksək siyasi düşüncələri, vətəndaşlıq mövqeləri, təşkilatçılığı və qayğıkeşliyi astaralıları yalnız yaxşı gələcəyə doğru aparır. Yeni Azərbaycan Partiyasına üzv olmaqda da məqsədləri xalqın maddi rifah halına, rayonun tərəqqisinə xidmət etmək olub.
Yeni Azərbaycan Partiyası (YAP) Astara rayon təşkilatında partiyanın veteran üzvləri Azad Abdullayev və Xurşid Teymurovun 65 illik yubileyi münasibətilə keçirilən görüşdə çıxışlar zamanı yubilyarların uzun illər ərzində rayonun ictimai-siyasi həyatında, Yeni Azərbaycan Partiyasının fəaliyyətində və gənc nəslin vətənpərvərlik ruhunda formalaşmasında göstərdikləri xidmətlərdən danışılıb, onların səmərəli fəaliyyətinə yüksək qiymət verilib. Xüsusi olaraq bildirilib ki, Azad Abdullayev və Xurşid Teymurov daim dövlətçiliyimizə, Ulu Öndər Heydər Əliyevin siyasi ideyalarına və Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətə sadiqlik nümayiş etdirən nümunəvi partiya fəalıdırlar.
YAP Astara rayon təşkilatının sədri Həbib Cəfərov yubilyarları təbrik edərək onlara möhkəm cansağlığı, uzun ömür və gələcək fəaliyyətlərində yeni uğurlar arzulayıb . Sonunda yubilyarlara xatirə hədiyyələri təqdim olunub.
Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Digər xəbərlər