PDF Oxu

Sosial

  • 897

İşıqlı ömür sahibi

image

Güləli Ağalı oğlu Şəfəqqətov Lerik rayonunda ən çox nüfuz və hörmətə layiq olan dəyərli ziyalılardandır. Həyat kredosu yaxşılıq, xeyirxahlıq, səxavət olan Güləli müəllimin uzun müddət gənc nəslin təlim-tərbiyəsinə həsr etdiyi zəhməti öz gözəl nəticələri ilə nümunə göstərilib. Çalışdığı peşədə, ictimai fəaliyyətində Güləli müəllim həmişə müstəqil Azərbaycanımıza gözəl töhfələr verib, ləyaqətli övlad olaraq xalqının, Vətəninin maraqlarını müdafiə edib.
Ömrü boyu cəmiyyəti üçün dəyərli, faydalı işlər görən, ürəkdən bağlandığı müəllimlik peşəsi ilə özünü xoşbəxt sayan, Yeni Azərbaycan Partiyası Lerik rayon təşkilatının ən fəal üzvü kimi tanınan Güləli müəllimin 65 yaşı tamam oldu. Bu münasibətlə onunla partiya qərargahında görüş keçirildi.
Tədbirdə Yeni Azərbaycan Partiyası Lerik rayon təşkilatının sədri Malik Mirzəyev çıxış edərək Güləli müəllimin uzun illər ərzində həm təhsil sahəsində, həm də partiya fəaliyyətində göstərdiyi xidmətləri yüksək qiymətləndirdi. Bildirildi ki, Güləli müəllim illər boyu öz sevimli peşəsində həvəslə, vicdanla çalışaraq yüzlərlə şagirdin yetişməsində əvəzsiz rol oynamış, xalqının mədəni, mənəvi dünyasına yadda qalan naxışlar vurmuşdur.

Görüş zamanı yubilyarın həyat və fəaliyyəti barədə fikirlər səsləndirildi, Yeni Azərbaycan Partiyasının sıralarında səmərəli fəaliyyəti və rayonun ictimai həyatındakı xidmətləri xüsusi vurğulandı və ona möhkəm can sağlığı, uzun ömür və gələcək fəaliyyətində uğurlar arzuladılar.
Sonda yubilyara Yeni Azərbaycan Partiyası Lerik rayon təşkilatı tərəfindən fəxri fərman və xatirə hədiyyəsi təqdim olundu.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Digər xəbərlər