"Şəhərsalma və Memarlıq İli" çərçivəsində Cəlilabad rayonunda da böyük abadlıq-quruculuq işləri görülür. Həyata keçirilən tədbirlər çərçivəsində şəhər və kəndlərin siması yenilənir, sosial infrastrukturun yaxşılışması istiqamətində ardıcıl addımlar atılır, nəticədə əhalinin rahatlığı yüksək səviyyədə təmin olunur.
Bu günlərdə rayonunun Alar kəndində Alar bələdiyyəsinin təşəbbüsü ilə yeni park salınaraq sakinlərin istifadəsinə verilib. Parkın ərazisində abadlıq işləri görülüb, yaşıllıq zolaqları salınıb, müxtəlif növ dekorativ ağac və gül kolları əkilib, oturacaqlar, müasir işıqlandırma sistemi, fəvvarə, eləcə uşaqların əylənməsi üçün yerlər düzəldilib. Yeni yaradılan istirahət məkanı kənd sakinlərinin asudə vaxtının səmərəli təşkili, sağlam həyat tərzinin təşviqi və sosial fəallığın artırılması baxımından mühüm əhəmiyyət daşıyır.
Parkın ərazisində olan rayon icra başçısı Rafiq Cəlilov burada aparılan abadlıq işləri ilə yaxından tanış olub, görülən işlərə yüksək qiymət verib və kəndlərdə belə layihələrin bundan sonrada davamını nəzərdə tutulduğunu deyib .
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Alimlər 2015-ci ildən bəri qlobal istiləşmənin kəskin sürətlənməsini aşkar ediblər...
Texnologiya bizə yuxunu, ürək döyüntüsünü, stress səviyyələrini və daha çoxunu izləməyə imkan verir. Bəs bu, gəncliyi uzatmağa necə kömək edə bilər?