Ölkənin Səhiyyə Nazirliyi ötən ilin noyabr ayından etibarən siqareti tərgitmə klinikalarını onlayn formatda fəaliyyəti üçün tədbirlər görür. 20 iyul bazar ertəsi günündən etibarən bu xidmət ölkənin 81 əyalətində və penitensiar müəssisələrdə fəaliyyətə başlayacaq. Hər əyalətdə ən azı biri yaradılacaq onlayn (məsafədən) siqareti tərgitmə klinikaları sayəsində proqrama çıxış imkanları yaranacaq, xüsusilə də həbsxanalardakı asılılığı olan şəxslər üçün də əlçatan olacaq.
Sistemdə həbsxanalardan daxil olan müraciətlər üçün xüsusi yerlər nəzərdə tutulmaqla yanaşı, pasiyentlər MHRS və ya "ALO 171" qaynar xətti vasitəsilə özlərinə uyğun vaxtda qəbula yazıla və tibb müəssisəsinə getmədən mütəxəssislərlə videobağlantı vasitəsilə məsləhətləşə biləcəklər. Müalicə planları müəyyən edildikdən sonra "ALO 171" xətti vasitəsilə 24/7 psixoloji və tibbi dəstək təmin olunacaq, pasiyentlər isə bir il müddətində nəzarətdə saxlanılacaqlar.
Bu ayın əvvəlinə olan məlumata görə siqareti tərgitmə klinikalarının ümumi sayı 1577-yə çatıb.
Mütəxəssislərin fikrincə, xarakter və zəka bir valideyndən dəyişməz şəkildə ötürülə bilməz...