PDF Oxu

Sosial

  • 3 462

VIII yuxu Əməkdar idman ustası Ələkbər Məmmədov

image

Mən Ələkbər Məmmədovla 1959-cu ildə ilk dəfə Moskvada görüşmüşdüm. Atam Muxtar kişi Naxçıvan MSSR Nazirlər Soveti yanında Yol İstsimar İdarəsinin rəisi idi. O da mənim kimi futbol oyununu çox xoşlayırdı. Xüsusilə, Moskvanın "Dinamo" futbol komandasında çıxış edən azərbaycanlı hücumçu Ələkbər Məmmədovun azarkeşi idi. 1959-cu ilin futbol mövsümü yadımda şirin xatirə kimi qalıbdır. Atam mənə dedi ki, məni Moskvaya ezamiyyətə göndərirlər. Səni də özümlə aparacağam. Moskvanın "Dinamo" komandası son görüşünü "Spartak"la keçirəcək. Əgər oyun heç-heçə qurtarsa, dinamoçular SSRİ çempionu olacaqlar. Oktyabr ayının sonları idi. Həmin ili Dövlət Universitetinin filologiya fakultəsinə 16 balla düşə bilməmişdim. Ancaq iki il stajı olanlar universitetə 14 balla qəbul olmuşdular. Mən ədəbiyyatın həm yazılı, həm də şifahi imtahanından 5 qiymət almışdım. Rus dili və tarixdən 3 qiymət almaqla kənarda qaldım. Mənə hər iki 5 qiymətini rəhmətilik Bəxtiyar Vahabzadə və bu gün həyatda yaşayan Pənah Xəlilov vermişdilər. Atam mənim sıxıntımı nəzərə alaraq, özü ilə Moskvaya apardı. Bizimlə, həmçinin, atamın yanında mühəndis işləyən Abbasəli Bağırov da getdi. Biz Moskavda Azərbaycan nümayəndəliyində yer aldıq. Sabahısı gün futbol oyununa baxmağa getdik. Stadionda iynə atsaydın, yerə düşməzdi. Hər iki komandanın azarkeşləri çox çılğın görünürdülər. Oyun 1:1 hesabı ilə yekunlaşdı. Çempionluq topunu da Ələkbər Məmmədov vurdu. Bütün azarkeşlər meydançaya axışıb Ələkbəri və məşqçi Yakuşini atıb-tuturdular. Atamın mühəndis dostu təkid etdi ki, geyinib-soynma otağına girib Ələkbəri təbrik edək. Atamın dövlət məmuru vəsiqəsi bizə kömək etdi. Mən ilk dəfə Ə.Məmmədovla görüşdüm. Səhərisi gün "Pravda" qəzetində belə bir xəbər dərc olunmuşdur. "Zalatoy qol Mamedova". Ələkbər Məmmədov hələ "Neftçi" komandasında oyanayın vaxt (1948-53-cü illərdə). "Dinamo" komandasının baş məşqçisi Yakuşin onun texnikalı oynuna heyran qalmış və onu Moskva "Dinamo" komandasına dəvət etmişdir. O, dörd dəfə SSRİ çempionu olmuş, Avropa kubokunu qazanmış, İtaliyanın ən məşhur "Milan" komandasının qapısından öz meydançalarında dörd top keçirmiş, Braziliya jurnalistlərinin "Futbol oynunun incisi" adına layiq görülmüş, 1960-61-ci illərdə yenidən "Neftçi" futbol komandasının formasını geymiş, Azərbaycanda uşaq futbolunun inkişafına böyük təkan vermişdir.

O, mənimlə səmimi söhbətə başladı və dedi ki, bugünkü Azərbaycan futbolu məni çox narahat edir. 25 il müstəqillik qazanmışıq və pul vəsaitimiz də yetərincədir. Nə üçün sən gedib bu işə rəhbərlik etmirsən? Özün də bilmədiyin sahədə institut direktoru işləyirsən. Bəs sən bu vəziyyəti görüb, niyə ürəyin yanmır? Axı sən Naxçıvan MSSR Nazirlər Soveti yanında Bədən Tərbiyəsi və İdman Komitəsinin sədri olanda, elə ilk futbol mövsümündə birinci dövrəni Naxçıvanın "Araz" futbol komandası lider kimi başa vurmuşdur. İkinci yerdə gedən Lançxiti şəhərinin "Quriya" komandasından 7 xal yuxarıda idi. Nə vaxta qədər yaşı ötmüş, pul naminə Azərbaycana axışan bu legionerlərdən xilas olacağıq.

Ələkbər Məmmədovun bu sözlərindən keçmiş bir əhvalat yadıma düşdü. 1978-ci ilin iyul ayı idi. Mən onda Naxçıvan MSSR Mədəniyyət Nazirliyinin Xalq Yaradıcılığı Evinin direktoru vəzifəsində işləyirdim. Axşam üstü məni Naxçıvan Vilayət Partiya Komitəsinə çağırdılar. Məni ideoloji katib Vahid Bağırov özü ilə birlikdə o vaxt Naxçıvan Vilayət Partiya Komitəsinin birinci katibi işləyən Kamran Rəhimovun kabinetinə apardı. Onun yanında Azərbaycan KP MK-nin şöbə müdiri Fikrət Əhmədov əyləşmişdi. K.Rəhimov dedi: Nağıyev, Naxçıvanın "Araz" futbol komandası 21-ci yerdən yuxarı qalxa bilmir. Buna görə də, yoldaş Heydər Əliyev çox narahatdır. Yoldaş Fikrət Əhmədovu bu məqsədlə Naxçıvana göndərib ki, idman komitəsinə elə bir sədr tapın ki, "Araz" futbol komandasını sonuncu yerdən çıxara bilsin. İdeoloji katib Vahid Bağırov səni məsləhət görüb. Bizi inandırır ki, sən bu işin öhdəsindən gələ biləcəksən. Özün də yaradıcı adamsan və həm də dama üzrə SSRİ idman ustasısan. Nə deyirsən, bu işin öhdəsindən gələ biləcəksən, yoxsa yox?

Dedim ki, yoldaş Rəhimov, bu etimadınıza görə, sizə öz minnətdarlığımı bildirirəm. Lakin mənim iki xahişim olacaq. Əgər yerinə yetirilsə, söz verirəm ki, gələn 1979-cu il futbol mövsümündə "Araz" futbol komandasını orta sıralara qaldıra bilərəm.

- Nədir o iki xahişin?

Dedim, birinci xahişim budur ki, Naxıvan MSSR Futbol Federasiyasına ya Baş prokuror, ya da ki, Daxili İşlər nazirin rəhbərlik etsin. Bu söz ağzımdan çıxan kimi Kamran Rəhimov dövlət telefonu ilə baş prokuror general Həbib Rzayeva zəng vurdu.

- General Rzayev, sizi təbrik edirəm. Bu gündən oldunuz Naxçıvan Respublikasının futbolunun rəhbəri. Həbib Rzayev bu vəzifənin mahiyyətini bilmədiyinə görə, Kamran müəllimə nə isə dedi. Kamran müəllim generala dedi ki, sabah komitənin sədri Nağıyev yanınıza gələcək, onunla söhbət edərsiniz.

- İkinci xahişin nədir?- deyə Kamran müəllim səsləndi.

Dedim, icazə versəniz Əhməd Ələsgərovu Odessadan Naxçıvana baş məşqçi dəvət edərdim. Mənim bu sözümdən Fikrət Əhəmdov dilləndi: Əhməd Ələsgərovu Heydər Əliyev Azərbaycandan qovub. Mən gərək sabah yoldaş Heydər Əliyevə məsələni bildirərəm. Sonra nəticəsini Kamaran müəllimə zəng vurub deyərəm. Sabahısı gün Kamran Rəhimov məni yanına çağırıb dedi: Heydər Əliyev Əhməd Ələsgərovun Naxçıvana gəlməsinə razılığını verdi. Kamran müəllim məndən soruşdu: Heydər Əliyev səni hardan tanıyır? Dedim, Kamaran müəllim, biz o ailə ilə ta qədimdən yaxın olmuşuq. Yoldaş Heydər Əliyev anamla həm orta məktəbdə, həm də Pedaqoji Texnikomda bir oxuyublar. Həm də Naxçıvan MSSR-nin yığma voleybol komandasının üzvləri olublar. Atam Muxtar Nağıyevlə böyük dostluq əlaqəsi var idi. Mən 1976-cı ildə SSRİ idman normasını yerinə yetirən zaman atamla Onun qayınanası Leyla xanımgildə görüşəndə, mənim idman ustası adı almağıma çox sevindi. Həmin il oktyabr ayında SSRİ nümayəndə heyətinin rəhbəri kimi Yuqoslaviyaya gedəndə, məni də Azərbaycan gənclərinin nümayəndə heyətinin tərkibinə daxil etdi.

Bir neçə gündən sonra təsdiq üçün Mərkəzi Komitənin Bürosuna çağrıldım. Mən içəri daxil olanda, Heydər Əliyev büro üzvlərinə dedi. Mən Nağıyevi və onun ailəsini çox yaxşı tanıyıram. Gəlin, vaxtı itirməyib, onu təsdiq edək. Bütün büro üzvləri kabineti tərk etdilər. Heydər Əliyev o vaxtkı Azərbaycan Bədən Tərbiyəsi və İdman Komitəsinin sədri Gennadi Rzayevi, şöbə müdiri Fikrət Əhmədovu və məni kabinetdə saxladı. Hər ikisinə göstəriş verdi ki, Nağıyevə yaxından göməklik edin. 1979-cu ilin avqust ayında Naxçıvanın "Araz" komandası birinci dövrəni lider kimi başa vurdu. Bu vaxt dövlət teleqramsı ilə məni və Əhməd Ələsgərovu Mərkəzi Komitənin Bürosuna çağırdılar. Əhməd Ələsgərov komanda ilə birlikdə Orenburq şəhərində idi. Mən onunla təcili telefon əlaqəsi saxladım və dedim ki, sabah mütləq Bakıya uçsun. Hələ Əhməd Ələsgərov gəlib çatmamış, mən Mərkəzi Komitəyə Fikrət Əhmədovun yanına gəldim və nə məqsədlə çağrılmağımızı soruşdum. Fikrət Əhmədv dedi ki, Nağıyev "Neftçi" futbol komandasının baş məşqçisi İqor Netto komandanı tərk edib gedib, "Neftçi"nin qrupdan çıxmaq təhlükəsi var. Belə qərara gəldi ki, Əhməd Ələsgərov təcili "Neftçi" komandasına baş məşqçi postuna gəlsin. Mən çox pis oldum. Fikrət Əhmədov mənim məyusluğumu nəzərə alıb, bildirdi ki, sənin büroda iştirakını mən məsləhət görmürəm. Oturub Tələt Qasımovla söhbət edin. Büroda Heydər Əliyev "bəs Nağıyev özü hardadır?" deyə Fikrət Əhmədovdan soruşub. Fikrət müəllim isə, o, mənim kabinetimdə əyləşibdir,- deyib.

- Nağıyevə deyərsən ki, ağlamasın. Bizi "Araz"dan qabaq "Neftçi"nin taleyi maraqlandırır. Beləliklə, Əhməd Ələsgərov, Sapojnikov, Pavlenko, Maşallah Əhmədov, Oleq Axanov, Oktay Abdullayev, Vaqif Sadıqov və əlavə iki nəfər futbolçu Əhməd Ələsgərovla birlikdə Neftçiyə gəldi. Çox çətinliklə olsa da, Əhməd Ələsgəov bu işin öhdəsindən gəldi. "Neftçi" A qrpunda qaldı. Naxçıvanın "Araz" komandası isə ikinci dövrəni zəif keçirsə də, Naxçıvan tarixində ilk dəfə 6-cı yer tutmaqla kifəyətləndi.

Ələkbər Məmmədov mənə dedi ki, get inistitut direktoru açarını təhvil ver. Sənin təşkilatçılıq qabiliyyətini bütün Azərbaycan futbolçuları bilir. Mən inanıram ki, sən iki ildə Azərbaycan futbolunda böyük dönüş yarada bilərsən.

Düzü, futbolun inkişafı üçün mənim böyük proqramım var. İlk növbədə, hər komandada üç nəfərdən artıq legioner olmamalıdır. İkinci, Azərbaycanın bütün rayonlarında və kəndlərində futbolu inkişaf etdirmək üçün böyük məşqçilər qrupu fəaliyyət göstərməlidir. Rayonlarda işləyən futbol məşqçilərinə ən azı 600-800 manat əmək haqqı verilməlidir və hər məşqçidən tələb olunmalıdır ki, ilin sonunda bir nəfər futbolçunu baxışa gətirsin. Əgər məşqçi o istedalı futbolçunu gətirə bilməsə, onda onun əmək haqqı köhnə tariflə verilsin. Üçüncü seçmə uşaqlar bütün futbol ləvazimatları ilə təmin olunsun. Hər futbolçunun özünün evdə futbol topu olsun və həyətdə çiləməklə öz oyun texnikasını artırsın. Necə olur ki, bizim uşaqlır 14-15 yaşlarında olanda, xarici ölkələrin komandaları ilə oyunu udur, heç-heçə edir, ancaq 18 yaşına çatanda, onlar heç nəyə yaramırlar. Ona görə 15 yaşında olan uşanlar bir yerə cəm olmalıdırlar. Təcrübəli məşqiçilərdən futbolun sirlərini öyrənməlidirlər. Həkim nəzarətində olub, güclü kalorili yeməklərlə təmin olunmalıdırlar və gündə video ilə dünya ulduzlarının iştirak etdikləri komandaların oyunlarına baxıb, öz aralarında oyunların təhlilinə qulaq asmalıdırlar. İstedadlı yeniyetmə uşaqları həvəsləndirmək üçün onlara təqaüd verilməlidir. Onda Azərbaycan futbolu 4-5 il ərzində öz inkişaf mərhələsinə qədəm qoyar. Necə olur ki, əhalisi bizdən qat-qat az olan Hollandiyada futbol oyunu yüksək vüsət alıbdır. Bizim zəngin ölkəmizdə isə biz bunu qaydaya sala bilmirik. Azərbaycanın hansı komandasının tərkibinə baxırsan adamın ürəyi ağrıyır. Əsas oyunçuların 70 faizini gəlmələr təşkil edir. Bu gedişlə bizim Azərbaycanda futbolun inkişafı qalıb Allahın ümidinə.

Sonra Ələkbər Məmmədov dedi: Ramiq Muxtar, Azərbaycanın bu günədək ən məşhur futbolçusu mən olmuşam. Dörd dəfə SSRİ çempionu, Avropa kubokunun sahibi, əməkdar idman ustası Ələkbər Məmmədov kənarda qalıb, 35 min nəfərlik tamaşaçı tutan o böyüklükdə stadiona Tofiq Bəhramovun adını vermisiniz. O adın verilmə komissiyasına rəhbərlik edən adamlar heç bilmirlər ki, Tofiq Bəhramov "A" qrupunda heç vaxt oynamayıb və heç bir yerdə də futbolçu kimi tanınmayıb. Onun bir xidməti olub, 1966-cı ildə İngiltərədə keçirilən dünya çempionantında kənar hakim kimi ingilislərin vurduğu topun qapıdan keçməsini sayıblar. Yəqin ki, topu almanlar vursaydı, Tofiq Bəhramov o topu saymayacaqdı. Yerli azarkeşlərin rəğbətini qazanmaq üçün o mərkəzi göstərdi. Necə oldu ki, qapının yanında olan baş hakim topun qapıdan keçməsini görmədi, Tofiq Bəhramov isə 40 metr məsafədən onu gördü. Bu xidmətə görə də, o böyüklkdə stadiona onun adını verərlər. Ya mənim adıma o stadion olmalıdır, ya da ki, Azərbaycanımızın müdaifəsində qəhrəman kimi şəhid olmuş bir vətən oğlunun.

IX yuxu-YAR

Digər xəbərlər