Son yüzillikdə insanların yaşayış səviyyəsi dəyişdikcə, inkişaf etdikcə turizmə rəğbət artıb. İstirahətin ən geniş yayılmış növlərindən biri olan turizm qloballaşan dünyada insan həyatının bir hissəsinə çevrilib. Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən, turizmin inkişafına təkan verəcək "Azərbaycan Respublikasında Turizmin İnkişafına dair 2008-2016-cı illər üçün Dövlət Proqramı", "2010-2014-cü illərdə Azərbaycanda turizmin inkişafına dair Dövlət Proqramı" və s. turizm sahəsində böyük uğurlara səbəb olub. Eyni zamanda, Prezidentinin Sərəncamı ilə təsdiq edilən regionlarının sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramları əsasında turizm sahəsi üzrə bəndlərinin tələbləri çərçivəsində sahibkarlığın inkişafı üçün kreditlər ayrılıb, turizm obyektlərinin inşasının dəstəklənməsi, bir sıra hüquqi sənədlərin hazırlanması sahəsində işlər görülüb. Turizm sahəsində beynəlxalq standartlara cavab verən mehmanxanalar tikilib, ölkəyə bir sıra aparıcı beynəlxalq investisiya şirkətləri cəlb olunub, respublikamıza gələn turistlərin sayı artıb. Yeni turizm zonaları yaradılıb. Bununla yanaşı, hələ də bir çox turizm mərkəzlərinin yaradılması və bərpası da nəzərdə tutulub. Azərbaycan Prezidenti İlham Əliyevin dediyi kimi, "Turizmin inkişafı ilə bağlı böyük addımlar atılmışdır. Xüsusilə, bölgələrdə bir neçə beşulduzlu otel istifadəyə verilmişdir. Yeni turizm mərkəzləri açılır. Azərbaycanın turizm potensialı artıq ölkəmizin inkişafına, xalqımızın rifah halının yaxşılaşmasına xidmət göstərir".
Qeyd etdiyimiz kimi, turizm sahəsi yeni iş yerlərinin açılmasında önəmli rola malikdir. Bu, dünya təcrübəsində də özünün göstərir. Turizm sahəsi dünyada ən çox iş yeri təklif edən sahələrdən biridir. BMT-nin Ümumdünya Turizm Təşkilatının hesablamalarına əsasən, 2029-cu ilə qədər bu sahədə çalışanların sayı 296 milyona çatmalıdır. Nəzərə alsaq ki, hazırda bu sahədə 300 milyon nəfərə yaxın insan çalışır və hesablanan işçi sayına çatılması daha qısa müddət ərzində baş verə bilər.
Bu gün Azərbaycanda turistlərin zövqlərinə uyğun böyük həcmdə istirahət imkanları mövcuddur. Son dövrlərdə ölkəmizdə turist sayının artması turizm sferasına cəlb olunan maddi, əmək və maliyyə resurslarının həcmini də artırmışdır. Bu da iqtisadiyyata öz təsirini göstərir. Azərbaycan Prezident İlham Əliyevin vurğuladığı kimi, qeyri-neft sektoru bu gün Azərbaycan iqtisadiyyatının əsas hissəsini təşkil edir. Biz buna nail olmuşuq və gələcəkdə, əlbəttə, çalışmalıyıq ki, qeyri-neft sektoru bizim ixrac strukturumuzda da daha böyük çəkiyə malik olsun.
Dövlət başçısının 2016-cı il 1 sentyabr tarixli "Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında" Sərəncamına və 2016-cı il 6 dekabr tarixli "Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi"nin təsdiq edilməsi haqqında Fərmanına əsasən, ölkəmizin turizm sektorunun inkişafını təmin etmək məqsədilə, bir sıra mühüm işlər görülməsinə artıq başlanılıb. "Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi"ndə sektorun inkişafının dəstəklənməsi, beynəlxalq və yerli bazarlarda yüksək keyfiyyətli və rəqabətə davamlı turizm xidmətlərinin təmin edilməsi, milli dəyərlərə uyğun turizm təcrübəsinin formalaşdırılması xüsusi yer alır.
Azərbaycan Prezidentinin imzaladığı "Azərbaycan Respublikasına turist axınının sürətləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" Sərəncamı da bu istiqamətdə görülən növbəti addım oldu. Sərəncama əsasən, sərhədkeçmə prosedurları sadələşdirilib. Görülən ardıcıl tədbirlərin nəticəsi olaraq, ölkəmizə səfər edən xarici turistlərin sayı artmaqdadır.
Verilən son məlumata görə, hər il təxminən 30-35 min insan buraya müalicə almağa gəlir. Biz Qalaaltı kurortunu bərpa etmişik, özü də yüksək səviyyədə. Sovet vaxtında orada olan vətəndaş indi görür ki, burada yerlə göy qədər fərq var. Biz digər müalicəvi turizm zonalarını yaratdıq, yeni turizm obyektləri istifadəyə verildi. Qusarda Şahdağ və Qəbələdə Tufandağ xizək kompleksləri ən müasir turizm infrastrukturudur. Bunlar olmasaydı, ölkəmizə kim gələrdi? İkincisi, ölkəmizdə mövcud olan sabitlik. İndi turistlər də baxırlar ki, hara getsinlər, riskli yerlərə getmək istəmirlər. Bilirlər ki, Azərbaycanda onların təhlükəsizliyi qorunacaq. Bilirlər ki, Azərbaycan sabit ölkədir. Bu da önəmli amildir".
Onu da qeyd edək ki, ölkəmizdə bir sıra beynəlxalq tədbirlərin keçirilməsi xarici turistlərin ölkəmizə marağını yüksək səviyyədə artırıb. Bir aydan sonra, artıq Bakıda İslam Həmrəyliyi Oyunları, daha sonra isə "Formula-1" yarışları keçiriləcək ki, bu da turistin ölkəmizə axınını artıracaq. Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdyi kimi, biz beynəlxalq yarışlar keçirdik, dünyanın diqqətini cəlb etdik. Biz "Eurovision", Avropa Oyunları, 500 milyon auditoriyası olan "Formula-1" keçirdik. Biz İslam Həmrəyliyi Oyunlarını keçirəcəyik. Bunlar olmasaydı, kimsə gələrdimi?"
Əlbəttə, həyata keçirilən bu və ya digər tədbirlər turizmin inkişafına daha da təkan verəcək.
ZÜMRÜD