DSX hava limanında yeni elektron qapılar quraşdırıb

Azərbaycan Prezidentinin “Azərbaycan Respublika¬sında turist axının sürətləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 20 fevral 2017-cı il tarixli sərəncamına əsasən dövlət sər¬hədindən hərəkət edən şəxslərin sənədlərinin daha operativ və surətlə rəsmiləşdirilməsi məqsədilə dövlət sərhədindən buraxılış məntəqələrində yeni texnologiyaların tətbiqi davam etdirilir.Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən SİA-ya verilən məlumata görə, bu məqsədlə pilot layihə olaraq Heydər Əliyev Beynəlxalq Aeroportunun birinci terminalının gəl¬mə zalında yeni 2 ədəd elektron qapı (e-gates) quraşdırılıb.Bir sıra inkişaf etmiş ölkələrinin dövlət sərhədindən buraxılış mən¬tə¬qə¬lə¬rində istifadə olunan elektron qapılar sərhəd nəzarətində tətbiq olunan qa¬baqcıl texnologiyaların ən effektiv nümunələrindəndir.Elektron qapıdan yalnız 16 yaşı tamam olan, biometrik sənədlərə malik Azərbaycan vətəndaşları istifadə edə biləcəklər.Vətəndaşlar elektron qapılar vasitəsilə sərhəd nəzarətindən aşa¬ğıdakı ardıcıllıqla keçə biləcəklər:

- dövlət sərhədindən hərəkət edən vətəndaş sənədlərini elektron qa¬pının skan yerinə daxil edir.
- sənədin məlumatları və vətəndaşın elektron qapıda çəkilmiş bio¬met¬rik fotoşəkili avtomatik məlumat bazasına daxil olur, məhdudiyyət siyahıları ilə yoxlanılır və pozuntu olmadığı halda vətəndaş 30 saniyə ərzində dövlət sərhədindən avtomatik buraxılır.
- vətəndaşın sənədi və ya məhdudiyyəti ilə bağlı pozuntu aşkar¬lan¬dıq¬da sistem siqnal verir.
206 ölkənin 2897 növ biometrik sənədini yoxlaya bilən elektron qa¬pı¬lar şəxslərin dövlət sərhədindən sürətli keçidini, sərhəd nəzarətinin da¬ha effektiv həyata keçirilməsini təmin etməyə imkan verəcək.

sia.az