PDF Oxu

Sosial

  • 4 915

Tər düşməni olan təhlükə - Xərçəngə dəvətnamə

image

Qoltuqaltına yığılan tər bədəndən xaric olmadıqda tərkibindəki toksinlər xərçəng yaradır

Kainatdakı hər şeyin – xoşagələn, ya da xoşagəlməz bir qoxusu var. Bu səbəbdən qoxusuz bir həyatı və insanı düşünmək mümkün deyil. Amma bir çox insanda xəstəlik və ya başqa bir səbəbdən pis bədən qoxusu yaranır. Bu qoxu daha çox tərləyəndə ortaya çıxır. Bu cür insanlar pis qoxudan yaxa qurtarmaq üçün tər əleyhinə kimyəvi vasitələrdən və ətirlərdən istifadə edir. Olduqca isti günlər keçirdiyimiz yay aylarında isə bir çoxumuz antiperspirantsız qala bilmirik.

Ümumdünya Səhiyyə Təşkilatı antiperspirantları dərman olaraq xarakterizə edir. Çünki bu maddələr bədənin normal inkişaf və irəliləmə tempinə təsir edərək orqanizmi dəyişikliyə uğradır. Tərləmək olduqca normal, təbii bir prosesdir. Bədən temperaturunun qorunmasını və zərərli maddələrin atılmasını təmin edən tərləmə həm də içdiyimiz dərmanlardakı toksinlərin atılmasına imkan yaradır. Maye və qatı antperspirantlar tər məsamələrini bir növ suvayaraq tərin axımına mane olursa dezodorantlar bu zaman ortaya çıxan kəskin qoxunu aradan qaldırır. Maraqlıdır, bu tər düşmənlərinin tərkibi nədir?

Antiperspirantların çoxunda olan aluminium duzu tər kanallarını tıxayaraq tərin dəri xaricinə çıxmasını 20-40 % nisbətində azaldır. Əslində, bu məhsullar tərləməyi ortadan qaldırmır, sadəcə daxildən çıxmasını önləyir ki, bu da insan orqanizminə olduqca zərərlidir.

Mütəxəssislər bunu insanın sidiyə getməsi kimi bir təbii ehtiyacla müqayisə edirlər. Tibb biliciləri hesab edir ki, insanın normal sidiyə getməmək üçün onu daxilində uzun müddət saxlaması ilə tərin antiperspirantlar tərəfindən dəri altına göndərilməsi eynidir. Sidik kisəsinin dolaraq insana verəcəyi zərər ilə tər kanallarının ağzının tər əleyhinə vasitələrlə bağlanması nəticəsində bədənə dəyən zərər də eynidir.

Tər əleyhinə istifadə edilən vasitələr, əslində, bakteriyaların çox sevdiyi pis iyin dəri altına yığılmasına kömək edir. Çünki tər kanalları istilənən bədənin sərinləməsi üçün xaricə tər ifraz etməlidir. Əgər bu tər orqanizmdən çıxa bilmirsə, dəri altında qalaraq pis qoxu yaradır.

Antiperspirantların son zamanlar dəri xərçənginə təsiri ilə bağlı olduqca çox məlumatlar yayılır. Dünyanın bir çox nüfuzlu tibb ocaqlarında bu barədə araşdırmalar hazırlanır. İngiltərənin Reading Universitetinin alimləri daha dərindən araşdırma apararaq süd vəzisində şiş olan 20 qadını müayinə ediblər. Araşdırmanın başladılmasına səbəb isə ölkədə sağlamlıq mərkəzlərinin antiperspirantların tərkibində “paraben” adlı kansorogen maddənin olması barədə iddialar olub. Alimlər çox maraqlı bir nəticə əldə edib. 20 qadından 18-də daha çox antiperspirantların hazırlanmasında istifadə edilən “paraben” adlı təhlükəli maddə təsbit edib.

Məlumat üçün bildirək ki, hazırda bütün inkişaf etmiş ölkələrdə tərkibində “paraben” olan kosmetik vasitələr, əsasən də ətirlərin və antiperspirantların satışına qadağa qoyulub. Bu maddə insan DNK-sını pozur, xərçəngə səbəb olur. Avropa ölkələrində istehlakçıların saha məlumatlı olması səbəbindən tərkibində “paraben” olan antipersperantlar satılmır.

İngiltərənin məşhur tibb jurnalı “Lancet” də belə bir araşdırma aparıb. Əldə edilən nəticələrə görə qadınlarda süd vəzisi xərçənginin yaranmasına elə tər əleyhinə vasitələr səbəb olur. Məntiqlə qoltuqaltının döşə yaxın məsafədə olması bu nəticənin doğru olduğunu təsdiqləyir.

Jurnalın araşdırmasına görə, antiperspirant dezodorantlar və digər tər əleyhinə olan vasitələr qoltuq altlarındakı tər kanallarını tıxayaraq insan orqanizmində xərçəngə səbəb olan zərərli toksinlərin bədəndən atılmasının qarşısını alır və beləcə tərdəki toksinlər süd vəzilərinə yaxın məsafədə toplanır və bu da getdikcə döş xərçənginin yaranmasına səbəb olur.

Həkimlərin fikrincə, kişilər bu barədə daha şanslıdır, çünki onlar qadınlar qədər bu kosmetik məhsula həvəsli deyillər. Qadınlar qoltuqaltını təraş etdikdən sonar antiperspirant istifadə etdikdə isə təhlükə iki dəfə çoxalır. Çünki təraş dərinin qoruyucu təbəqəsini zədələdiyi üçün kimyəvi maddələr bu məsamələrdən asanlıqla orqanizmə daxil olur.

Xüsusən də, uşaq və yeniyetmələrə bu vasitələrdən istifadə etmək qətiyyən yolverilməzdir. Onların orqanizmi tam formalaşmadığından belə ultrakimyəvi vasitələr inkişaflarına ciddi problemlər yaradır.

Bu gün istifadə olunan antiperspirantların bəzilərinin üzərində tərkibi haqqında heç bir məlumat yoxdur. Amma antiperspirantların demək olar ki, hamısının tərkibinə aliminium ( Al ) elementi vurulduğu məlumdur. Bədəndə istənməyən tər qoxularının qarşısını təbii vasitələrlə də almaq mümkündür. Üstəlik, bu yolla tərin orqanizmdən xarış olmasının qarşısı da alınmır. Hətta təbii vasitələrlə hazırlanmış firma məhsullarının da tərkibində aliminium var. Yazımızda qeyd etdiyimiz xəstəliklərdən uzaq olmaq üçün satılan antipespirantlardan yox, təbii antipesperantlardan istifadə etmək lazımdır.

Bunun üçün bizə 2 x.q. düyü nişastası, 1x.q. soda , 3-4 x.q. kakao yağı, 1-2 damcı lavanda yağı, 1 ədəd kapsula şəklində E vitamini lazımdır. Kakao yağını isti su vannasında əridib digər elementləri əlavə edərək qarışdırmaq lazımdır. Lavanda yağının əvəzinə nanə yağı və ya darçın da istifadə etmək olar. Bütün maddələr həll olunduqdan sonra alınan qarışıq buz dolabına qoyulur, bərkidilir və sizin ev üsulu təbii antipesperantınız hazırdır.

Ev üsulu antiperspirantı toz-pudra kimi də hazırlamaq olar. Bunun üçün 1x.q. soda, 2 x.q. uşaq pudrası, 1 ç.q. üyüdülmüş lavanda çiçəyini qarışdırıb, yumşaq kist ilə qoltuqaltına tətbiq etmək etmək olar. Yaxud antiperspirant əvəzi iydə yağından istifadə oluna bilər. Onu da qeyd edək ki, təklif etdiyimiz ev üsulu antiperspirantlar paltarda və qoltuqaltında heç bir iz qoymur.

Lalə Mehralı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti çərçivəsində hazırlanıb.

Digər xəbərlər