Qərbi Azərbaycan

  • 42 831

Qərbi Azərbaycana qayıdış planı təsdiqləndi TƏHLİL

image

Tarixi araşdırmalar, mövcud faktlar təsdiq edir ki, Azərbaycan qədim tarixə malik dövlətlərdəndir. Azıx mağarasında aparılan qazıntılar və aşkarlanan insan skletləri, saxsı qablar və digər vasitələr də bunu təsdiq edir. Sübüta yetirilir ki, Azərbaycan ərazisində erkən insan məskunlaşmaları olub. Bu baxımdan Azərbaycan Avropada erkən insanın yaşayış xəritəsinə daxil olunub. Dövlətçilik tariximizin yaşı isə 5 min illik dövrü əhatə edir, ərazisi isə 400 min kvadrat kilometrdən çox olub. Ərazilərimiz şimalda Dərbəndə, cənubda Həmədana, şimal-qərbdə isə Borçalı ellərinə qədər uzanırdı. Təəssüf ki, son iki yüz il də xalqımızın başına olmazın müsübətlər gətirildi. Ərazilərimiz parçalandı, şəhərlərimiz dağıdıldı, iki milyon insan həyatını itirdi. Ən faciəlisi ondan ibarət oldu ki, qonşuluğumuzda erməni kimi vəhşi, barbar təfəkkürlü terrorçu toplumu yerləşdirdilər. Bu vəhşi toplum böyük güclərin hərbi siyasi dəstəyinə arxalanaraq azərbaycanlılara qarşı dünyada görünməmiş və heç bir xalqın üzləşmədiyi dəhşətli faciələr, vəhşiliklər törətdilər. Yəni öz evimizdə, öz yurdumuzda özümüzə qarşı vəhşiliklər törətdilər. Min illər yaşadığımız indiki Ermənistan adlanan torpaqlarda azərbaycanlılar malından-mülkündən, torpağından, nəhayət canlarından oldular.Tarixi mənbələrə istinad etsək, bu torpaqlarda yaşamış azərbaycanlıların ulu əcdadları e.ə. 1-ci minillikdə fəaliyyət göstərmişlər. E.ə. 8-7 əsrlərdə Urartu ərazisinə daxil olan indiki Ermənistan adlanan ərazisi şimaldan gələn Kimmerlərə, Skiflərə, Saklara, Quqarlara, Şiraklara aid olmuşdur. Urartu qaynaqlarında bu ölkə Emoxi, Etuni, İrpuni və digər bölgələrin adları ilə adlanmışdır. Bizim eranın əvvəllərinə doğru bu ərazidə türkdilli hunlar, kəngətlər, bolqarlar, xəzərlər və digər soylar məskunlaşmışlar.

Qədim şəhərimiz İrəvan
Azərbaycanın qədim şəhəri olan İrəvan şəhəri zamanın keşməkeşli dövrlərini yaşamışdır. Elə İrəvan xanlığının əsasını 1746-cı ildə qoyan Mir Mehdi xanın hakimiyyəti heç də sakit keçməyib. Ağı vadisinin və Göycə gölünün ətrafında qurulan İrəvan xanlığı, çox keçmir ki, bölgənin böyük iqtisadi və siyasi qüdrətə malik xanlığına çevrilir. Məhz bu da Gürcüstan, Rusiya və erməni məliklərinin ciddi narahatlığına səbəb olurdu. Narahatlıq keçirən bu qüvvələr İrəvan xanlığını zəiflətmək üçün hər cür təxribatlardan, eləcə də yeri gələndə, xanlığı işğal etmək arzusu ilə bölgəyə hücumlar etməkdən çəkinmirdilər. Amma bütün hallarda Mir Mehdi xan qətiyyət göstərir və birləşmiş düşmən qüvvələrini yerlərində oturmağa müvəffəq olurdu. Yüksək hərbi, siyasi təcrübəyə malik Mir Mehdi xan İrəvanı möhkəmləndirmək üçün geniş məhəllələr yaratmış, keçilməz qalalar tikdirmişdir. O dövrün məlumatlarına görə xan İrəvanda 20-yə yaxın məhəllə yaratmışdır. Bu məhəllələri isə naiblər idarə edirdilər. Onlar məhəllələrin inkişafına, əhalinin yaşayışlarının təminatına xüsusi diqqət yetirirdilər. İrəvan xanlığının mərkəzi hərtərəfli sıldırım qayalarla əhatə olunmasına və bununla paralel olaraq Azərbaycan xanlıqları ilə, xüsusi ilə də, Şəki, Quba xanlıqları ilə dostluq əlaqələri qurmuş düşmənə qarşı birgə müharibə aparmaq haqqında birgə hərbi razılaşma əldə etmişdir. Sonradan İrəvan xanı olan Hüseynəli xan Osman sultanı ilə əlaqələr quraraq İrəvan xanlığı ilə Osmanlı imperiyasının şəhərləri arasında iqtisadi-ticarət əlaqələrinin qurulmasına nail olmuşdur. Təəssüf ki, xanlıqda baş qaldıran daxili çəkişmələr Hüseynəli Xanın Xanlıqla bağlı geniş planlarının həyata keçirilməsinə problemlər yaratmışdır. Daxili çəkişmələrdən yararlanan erməni məlikləri də xanlıq üçün təhlükə Qafqazda imperiyalar və ermənilərin Azərbaycan arazilərinə köçürülməsi mənbəyi olan hücumlar təşkil etmişlər. Xüsusilə də, ermənilər gürcülərdən İrəvan xanlığına qarşı birgə mübarizədə istifadə etməyə çalışmışlar. İrəvan xanlığının ərazisində ermənilərin əsas dini mərkəzlərindən biri - Eçmiədzin monastırı (Üçkilsə) yerləşmişdir. Eçmiədzin kilsəsi İrəvan xanlığında çox pozucu rol oynamışdıır. Regionda bu kilsə azərbaycanlılara qarşı düşmən mövqe tutmuş “beşinci kolonna” rolunu oynamışdır. XVII əsrin 60-cı illərindən başlayaraq Eçmiədzin kilsəsinin katolikosları daim Rusiya imperiyasına müraciət edərək Azərbaycan torpaqlarında erməni dövlətinin yaranmasına yardım etməyi xahiş edirdilər. Erməni katolikosları özlərini humanist mövqeli tərəf kimi göstərərək vaxtaşırı İrəvan xanlığına hücumlar təşkil edib, qarətlər, yanğınlar törədən Kartli Kaxetiya çarlığı ilə İrəvan xanlığı arasında vasitəçilik etməyə çalışıblar. Məkrli məqsədləri elə hər iki tərəfdə ermənilərin sakit yaşayışını və xarici ölkələrdən köçürülməsini təmin etməkdən ibarət olub. Müəyyən hallarda çarlığa təlimatlar və satqınlıqları hesabına Karte-Kaxetiya çarlığının İrəvan xanlığına hücum etməsinə nail olmuşlar. Məhz 1780-ci ildə Karte-Kaxetiya çarlığının İrəvan xanlığına hücum etməsində erməni kilsəsinin xüsusi rolu olmuşdur. Nəticədə, İrəvanın məhv edilməsinin qarşısını almaq üçün xanlığın Karte-Kaxetiyada siyasi asılılıqda olmasına razılıq verməklə yanaşı, hər il çarlığa vergi verməyə vəd verilmişdir. Yalnız Osmanlı imperiyasının yardımından sonra düşmənə çevrilən qonşular İrəvan üzərində iddialarından əl çəkmişlər. Bundan sonra İrəvan xanlığı əvvəlki iqtisadi qüdrətini bərpa edə bilmişdir. İrəvan xanlığında yaranan sakitlik bir qədər sonra İran şahlarının xanlığa olan hücumları ilə pozulmuşdur. 1795-ci ildə Ağa Məhəmməd xan Qacar İrəvan xanlığına hücum edərək Mirmehdi xanın nəvəsi Məhəmməd xanı hakimiyyətdən devirərək onun yerinə Əliqulu xanı İrəvan xanı təyin etmişdir. Amma Əliqulu xanın da hakimiyyəti uzun çəkməmişdir. 1979-cu ildə Ağa Məhəmməd xan Qacarın öldürülməsindən sonra Məhəmməd xan Əliqulu xanı devirərək İrəvanda hakimiyyəti ələ almışdır. O dövrün tarixi sənədlərinə əsasən, demək olar ki, İrəvan xanlığında yaşayan əhalinin 90 faizi azərbaycanlılar, 10 faizini isə erməni, gürcü və digər xalqların nümayəndələri təşkil etmişlər. 1897-ci ildə Rusiya imperiyasının Qafqazda, eləcə də, İrəvanda əhalinin siyahıya alınması zamanı əldə olunan məlumatlarda Qarabağda əsasən azərbaycanlıların yaşadıqları təsdiq olunub. Belə ki, siyahıya alınmaya görə, xanlıqda 313 min 178 azərbaycanlı 11 min 317 nəfəri ermənilər yaşamışdı. 1817-ci və 1819-cu illərdə İrəvanda olmuş ingilis arxeoloqu və səyyahı Robert Kerr Ports yazırdı ki, İrəvan xanlığının uzunluğu 200 mil, eni isə 100 mildir. Müasir erməni tarixçisi T.Akopyan da İrəvan xanlığının əhalisinin əsasən azərbaycanlılardan ibarət olduğunu və ərazisinin 24 min kvadratmetr olduğunu yazırdı. İrəvan şəhəri inzibati cəhətdən 3 məhəlləyə bölünürdü: şəhər məhəlləsi, Topbaşı məhəlləsi və Dəmirbulaq məhəlləsi. İrəvan xanlığında türkdilli azərbaycanlıların yerli xalq olması sübuta yetirilmiş faktdır. Bunu Qafqazın ali baş komandanı general Paskeviç rəsmi məlumatlarda da qeyd etmişdir. İrəvan qalasını çox çətinliklə alan general Paskeviç İrəvan xanlığında əhalinin milli tərkibi haqda verdiyi məlumatda burada 10 min azərbaycanlı, 3 min erməni ailəsinin yaşadığını qeyd etmişdir. ABŞ-dan olan professor Castin Makkarti Rusiya işğalına - 1828-ci ilə qədər İrəvan xanlığı əhalisinin 80 faizinin azərbaycanlı olduğunu göstərir. S.Şopen 1828-1832-ci illərə qədər İrəvan xanlığında əhalinin mütləq çoxluğunu müsəlmanların, yəni azərbaycanlıların təşkil etdiyini yazmışdır. Onun hesablamalarına görə, İrəvan əyalətində 16.075 ailə (81.749 nəfər) müsəlman, 4.428 ailə (25.151 nəfər) isə erməni idi. Müsəlman dedikdə S.Şopen azərbaycanlıları və müsəlman kürdləri nəzərdə tutur.
Erməni vəhşilyi dünyanı dəhşətə gətirib
Türkmənçay və Gülüstan müqavilələri imzalandıqdan sonra ermənilər kütləvi şəkildə Azərbaycan ərazilərinə köçürülməyə başladı. XIX əsrin birinci on illiyində 350 mindən artıq erməni başqa ərazilərdən Azərbaycana köçürülüb. Qarabağ, Zəngəzur, İrəvan quberniyalarına köçürülən ermənilər burada məskunlaşdıqdan az sonra azərbaycanlıları qonşu ərazilərdən sıxışdırıb çıxarmaq üçün silahlı dəstələrə cəlb olunurdular. Ümumiyyətlə azərbaycanlılar 4 dəfə-1905-1906-cı, 1918-1921-ci, 1948-1953-cü və 1987-1991-ci illərdə Qərbi Azərbaycandan deportasiya olunublar. Azərbaycanlıların didərgin salınması ilə oraya xaricdən gətirilən ermənilər yerləşdiriliblər. Qanunsuz məskunlaşma siyasətinin aparılmasına baxmayaraq yenə də ermənilər azrbaycanlılarla müqayisədə azlıq təşkil edirdilər. Misal üçün 1823-cü ildə çar Rusiyası Qarabağda əhalinin siyahıya alınmasını apararkən məlum olub ki, ərazidə azərbaycanlıların sayı 48.896 nəfər olduğu halda ermənilər cəmi 3 246 nəfər təşkil edirlər. Erməni quldur dəstələri müxtəlif xarici qüvvələrə arxalanmaqla azərbaycanlılara qarşı soyqırımı siyasəti həyata keçirməyə çalışmışlar. Bununla ermənilərin sayını artırmağa və ərazi iddialarını genişləndirməyə ümid bəsləmişlər. Xüsusi amansızlıq 20 -ci əsrin əvvəllərində daha kütləvi və amansız xarakter daşımışdır. Erməni quldur dəstələri 1918-ci ilin martınadək İrəvan qəzasının 199 azərbaycanlı kəndini, 1919-cu ilin oktyabrınadək isə Eçmiədzin qəzasına məxsus 62 azərbaycanlı kəndini yerlə-yeksan etmişlər. Minlərlə insan isə vəhşiliyin qurbanı olmuşdur. Ötən əsrdə Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra Zaqafqaziyanın sovetləşməsindən öz çirkin məqsədləri üçün istifadə edən ermənilər 1920-ci ildə Zəngəzuru və Azərbaycanın bir sıra digər torpaqlarını Moskvadakı himayədarlarının dəstəyi ilə Ermənistanın xəritəsinə daxil etməyə çalışıblar, təəssüflər olsun ki, məkrli istəklərinə qismən də olsa, nail olublar.
Tarixi torpaqlara qayıdış uzaqda deyil
Erməni –daşnak qüvvələri 20-ci əsrin sonlarında yenidən azərbaycanlılara qarşı qəsbkar siyasətlərini işə saldılar. Xarici himayədarlarının hərbi siyasi dəstəyini qazanmaqla 300 minə yaxın azərbaycanlını Qərbi Azərbaycandan didərgin saldılar, evlərini qarət edib, mülklərini dağıtdılar, minlərlə insan yaralandı, öldürüldü. Demokratiyadan, insan hüquq və azadlıqlarından danışan beynəlxalq təşkilatlar, ayrı-yrı aparıcı dövlətlər isə erməni vəhşiliyə, erməni vandalizmə susqunluq nümayiş etdiriblər. Ancaq tarixi saxtalaşdırmaq bu günə qədər heç bir topluma, xalqa nəsib olmayıb. Bu baxımdan da ermənilərin və onların dəstəkçilərinin Azərbaycan ərazilərini özününküləşdirmək arzuları və istəkləri iflasa uğrayacaq. Artıq bəzi beynəlxalq birliklər mövcud reallığı dərk edir və Qərbi Azərbaycanlıların öz dədə-baba yurdlarına qayıdış mübarizələrinə dəstək verirlər. Bu yerdə Ulu Öndər Heydər Əliyevin 1994-cü il fevralın 23- də Böyük Britaniya Kral Beynəlxalq Münasibətlər İnstitutundakı çıxışında qeyd etdiyi tarixi fikirlərini qeyd etmək yerinə düşərdi: “Əgər tarixi faktları araşdırmalı olsaq, onda xatırlatmalıyam ki, indiki Ermənistan ərazisi vaxtilə Azərbaycan torpaqları idi. Bir vaxtlar bu yerlər Azərbaycana məxsus olmuş, lakin 1918-1920-ci illərdə Ermənistana keçmişdir. Bir sözlə, tarixə müraciət etməli olsaq, onda görərik ki, Ermənistan Azərbaycana çox şey qaytarmalıdır. Amma indi mən onu deyirəm ki, biz Ermənistan ərazisinə, mövcud sərhədlərə göz dikməmişik, onların iddiasında deyilik. Bununla bərabər, biz öz ərazimizin bir metrini də verməyə razılaşa bilmərik”.Ulu Öndər Heydər Əliyevin qeyd etdiyi kimi, Ermənistan Azərbaycana çox şey qaytarmalıdır. Başlıcası, ərazilərimizi qytarmalı və 300 minə yaxın insanın öz dədə-baba yurdlarına qayıdışı təmin olunmalıdır. Əminliklə demək olar ki, Azərbaycan dövlətinin apardığı siyasət nəticəsində Qərbi Azərbaycanlılar öz yurdlarına dönəcəklər. Necə ki, 30 il işğal altında olmuş Qarbağımız və ətraf rayonlarımızı Yenilməz Sərkərdə, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuz 44 gün ərzində azad etdi. Artıq böyük qayıdış başlayıb. Qısa müddət sonra əhali öz evlərinə qayıdacaqlar.Qeyd etmək lazımdır ki, Qərbi Azərbaycana qayıdış çətin olacaq, ancaq mütləq və mütləq reallaşacaq. Çünki Azərbaycan dövləti elə bir gücə və qüdrətə malikdir ki, heç bir dövlət bu gücə qarşı çıxmağa cəsarət edə bilməz. Azərbaycan Prezidenti İlham Əliyev Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündə bildirib ki, Qərbi azərbaycanlılar qanunsuz olaraq dəfələrlə deportasiyaya məruz qalıb: “Müasir dövrümüzdə onların hüquqları bərpa edilməli və əzəli torpaqlarına qayıtmalıdırlar.Biz hüquqlarımızı sülh yolu ilə təmin etmək istəyirik və yenə də deyirəm, bütün konvensiyalar bu hüququ tanıyır. Ona görə buna nail olmaq üçün biz, o cümlədən beynəlxalq müstəvidə daha fəal olmalıyıq. Hesab edirəm ki, İcmanın çox mötəbər bir rəqəmsal platforması olmalıdır, bir portalı olmalıdır. Orada həm tarixi həqiqətlər, həm tarixi abidələrimiz, ermənilər tərəfindən dağıdılan saraylar, məscidlər, şəhərlər, Azərbaycan tarixi irsinin silinməsi ilə bağlı olan faktlar öz əksini tapmalıdır”.Prezident İlham Əliyev onu da qeyd edib ki, ermənilər Qarabağdakı kimi, Qərbi Azərbaycanda da bizim bütün tarixi, dini abidələrimizi yerlə-yeksan ediblər, dağıdıblar, azərbaycanlıların tarixi irsini silmək istəyiblər, ancaq buna nail ola bilməyiblər: “Çünki tarix var, sənədlər var, xəritələr var. Bu binada nümayiş etdirilən, XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb”.Bir sözlə, Qərbi Azərbaycana qayıdış ərəfəsindəyik. Az keçməz ki, niskilli, qəribsəmiş İrəvan, Görus, Qafan, Zəngəzur və digər tarixi şəhərlərimiz, kənd və qəsəbələrimiz doğmalarının qayıdışı ilə rahat nəfəs alacaq. Torpağın yiyələrinin qayıdışı ilə məscidlərimiz, taxi tikililərimiz, abidələrimiz bərpa olunacaq, yaşayış məskənlərimiz yenidən qurulacaq.

İ.ƏLİYEV

Digər xəbərlər