Dünya

  • 3 056

Elan olunmamış müharibə - ESSE

image

Sonuncu döyüş çox ağır olacaq...

Elm və texnologiyanın sürətli inkişafı müsbət tərəflərindən daha çox mənfi tərəfləri ilə ortadadır. Problem elm və texnologiyanın özündə deyil, onun hansı qüvvələrin əlində olmasındadır. Təəssüflə etiraf etməliyik ki, sağlam qüvvələrin əlində deyil. Bunu adi gözlə də görmək mümkündür. Dünya elmi, texnoloji mərkəzlərinin kimlərin əlində olması və onların hansı ideologiyalara sahib olması da sirri deyil. Bunu açıq şəkildə gizlətmədən də ortaya qoyurlar. Məqsədlərini də, planlarını da heç vaxt gizlətmirlər və ya gizlədə bilmirlər.

Son 100 ildə dünyada törədilmiş böyük müharibələr, faciələr, fəlakətlərin arxasında kimlərin durduğu və hansı məqsədlər güddükləri haqda ortaya çıxmış faktların, təsdiqedici sənədlərin sayı hesabı yoxdur. Dərindən araşdıranlar bunları dəqiq bilir.

Allahlıq iddiasında olan saxta “tanrılar” planetimizlə və bəşəriyyətlə bağlı planlarını artıq çox açıq şəkildə həyata keçirirlər, çünki qarşılarında heç bir müqavimətin olmadığını görürlər. Transmilli korporasiyaların sahibləri, pərdənin arxasından dünyanı idarə edən “əmilər” pulu, iqtisadi sərvətləri, siyasəti, medianı, elm və texnologiyanı əllərində cəmləşdirərək özlərini planetin sahibi kimi “taxta oturdublar”.

Sonuncu qlobal bioloji terror kampaniyası zamanı çox həqiqətlər ortaya çıxdı və daha çox adam nəyin, niyə, necə və nə üçün baş verdiyini anladı. “COVID” pandemiyası bu istiqamətdə ilk pilot layihə deyildi, bundan əvvəl də süni şəkildə viruslar buraxıb məqsədlərini həyata keçirmişdilər.

Görünməmiş biabırçılıqlarla başa çatan sonuncu pandemiya qobal zombi imperiyası yaradılması yolunda ən böyük təlim-məşq toplanışı idi. Bəşəriyyətə qarşı elan edilməmiş son müharibəyə başlamaq üçün bütün hazırlıqları başa çatdırmaq üzrədirlər.

Artıq test sınaq nümunələri real effekt vermiş X virusunun payızda qlobal dövriyyəyə buraxılacağına aid açıqlamalar çoxalır. “COVID”dən 20 dəfə daha ölümcül olacağını və 60 milyona yaxın insanı həyatdan mürəxxəs edəcəyini bəyan ediblər. Necə bilirlər 60 milyon insanın öləcəyini? Çox asanlıqla. Dünyadakı demək olar ki, bütün insanların qan analizləri və bütün müayinə nəticələri özəl klinikalar vasitəsilə qlobal məlumat bankında toplanmışdır. İstənilən şəxsə hansı virusun və ya xəstəliyin necə təsir edəcəyini, hətta nə vaxt öləcəyini “Digital Tanrı” adı qoyduqları süni intellekt rahatlıqla hesablaya bilir.

Dünya hərbi-bioloji laboratoriyalarla doldurulub. Məlumatlara görə, təkcə bir bioloji laboratoriyada 2,5 ton virus saxlanılır. Minimum 1500 növdə təhlükəli virus var. Bəziləri ultrasürətli yayılma və dərhal öldürmə qabiliyyətinə malikdir və bütün bəşəriyyəti, bütün canlı aləmi bir neçə günə məhv etmək gücündədir.

Çox dəhşətli bakterioloji silahlar da var. Hətta, vəbanın yenidən canlacağı haqda əndişələr artır. Elm yalnız heyvanlarda yayılan istənilən dəhşətli virusu modifikasiya edərək insanlara yoluxan səviyyəyə gətirmək gücündədir.

Onlardan sadəcə birini dövriyyəyə buraxa və öz nəhəng yeraltı səltənətlərinə çəkilə bilərlər. O bunkerlərin yüzlərlə, minlərlə insanın uzun illərə yetəcək qədər qida dərman su oksigen və s həyati vacib şeylərlə təminatı çoxdan həll edilib.

Bir sözlə, bəşəriyyətin canı adlarını “transhumanist”, “qlobalist”, “yevangelist” qoymuş bir qrup satanistin əlindədir. Əllərində olan kütləvi qırğın silahlarının növləri və sayı xeyli çoxdur- nüvə silahları, bioloji silahlar, bakterioloji silahlar, psixotron silahlar, iqlim silahları və s. İstəsələr bəşəriyyəti bir neçə günə məhv edərlər. Sual verə bilərsiniz ki, bəs niyə bunu etmirlər.

Əvvəla, hər şey əvvəldən hazırlanmış və təsdiqlənmiş plan üzrə gedir, hələ vaxtı deyil, robotlar hələ ki insanları tam əvəz edə bilmirlər, ikincisi də özləri də ölmək fikrində deyillər. “Global reset” proqramını elə aparmaq istəyirlər ki, (şeytan tərəfindən) seçilmişlər sağ qalsın, qalanları ölsün. Hansısa şeytani antivirus proqramı “system fayllarını” (seçilmişləri) saxlayıb, bütün “keş”i (bəşəriyyəti) sistemdən (dünyadan) “təmizləyəcək”.

Onlara isə robotlar xidmət göstərəcək, robotlar insanlar kimi təbiəti zəhərləmirlər, maaş, pensiya, qida, dərman, istirahət tələb etmirlər, planetin resursları işlədib qurtarmırlar.

Əvvəllər düşünürdülər ki, insanları robotlarla əvəz etsinlər, sonra baxdılar ki, robotların istehsalı və servisi çox baha başa gəlir, həm də heç də bütün sahələrdə insanları tam əvəz edə bilmir. Elm və texnologiyanın inkişafı təbii robot materialını onlara verdi- dünyada 8 milyard hazır bioloji “material” var, sadəcə onları robota çevirmək texnologiyasını işləyib hazırlamaq kifayətdir. Və qərar verdilər ki, insanları biorobota çevirmək dəfələrlə ucuz və asan başa gələcək. Sonrakı mərhələdə lazım olan qədər biorobot saxlanacaq, qalanları sadəcə qlobal komputerdən antivirus proqramı vassitəsilə“söndürüləcək”. Sonsuz imkanlara malik Kvant kompyuterləri artıq hazırdır.

Ona görə də, hələ ki əsasən bioterror və ekoterrorla prosesi davam etdirirlər. Buraya qida terroru, psixotron terror, mənəvi terror, dərman və peyvənd terroru, süni təşkil olunmuş “təbii” fəlakətlər, şüa "terapiyası" və s daxildir. “Chemtrails” proyekti uzun illərdir günün gunorta çağı tam gücü ilə açıq-aydın şəkildə hamının gözü qarşısında dünyanı havadan zəhərləməkdə davam edir.

GMO məhsullar bioloji sistemi tədricən məhv edir. Gen texnologiyasının inanılmaz nailiyyətləri ilə insanları təbii fitrətindən çıxarıb onları sadəcə idarəolunan ət-sümük kütləsinə çevirməyə çalışırlar. Artıq müəyyən ölçüdə buna nail olunmuşdur.

Uzun onillərdir “insanların sayı çoxdur, təcili azaldılmalıdır” deyən qlobalistlərin ideoloqları “bunu necə etmək lazımdır” sualına “bunun sivil yolları var” deyə cavab verirlər. Transhumanistlər “sivil yollar” dedikdə GMO məhsullar və süni qidalarla, dərman və bəzi peyvəndlərlə sonsuzluq yaratmaq, mənəvi deqradasiya və psixtron terrorla ailə sistemini dağıtmaq, ağır xəstəlikləri gücləndirmək, normal insanları cinsi azlıqlara çevirmək, ölümcül viruslar buraxmaq, “təbii” fəlakətləri artırmaq kimi çoxsaylı “sivil” terror variantları nəzərdə tuturlar. Onlara görə, bunlar insanları bombalarla, güllələrlə, nüvə radiasiyası ilə ödürməkdən daha ucuz başa gəlir, həm də daha effektlidir.

Arxasında qorxunc məqsədlər yatan qlobal iqlim razılaşması adlı şeytani qanun layihəsini dövlətlərin heç biri imzalamır. Eləcə də, bəzi güclü dövlətlər digər qlobal planlara da maneə törədirlər. Ona görə də, ilk mərhələdə plan budur- dövlətləri sıradan çıxarmaq, bütün insanları (hətta heyvanları və əşyaları da) nanoçiplərlə mərkəzi komputerə bağlamaq və Vahid Dünya Dövləti adından tam idarə etmək (Total Control proyekti).

2035-dək bu məsələləri həll etməyə çalışırlar. Bunun üçün digital pullarla dünya maliyyə sistemini ələ almaq, qlobal vətəndaşlıq vermək, dövlətlə vətəndaş arasında bütün digər bağlılıqları qoparmaq lazımdır. Bu istiqamətdə işlər sürətlə gedir. Ona görə də, hər bir vətəndaş öz dövlətini qorumalı, onun urğunda bütün cəbhələrdə döyüşməlidir. Milli-mənəvi dəyərlərə qarşı müsirlik və qloballaşma adları aldında aparılan qorxunc psixotron terrora qarşı mübarizə aparılmalıdır.

Sədiyyə Ərəbistanında- satanistlər tərəfindən qədim dini-mifoloji, mistik ərazi kimi qəbul olunan Sina bölgəsində şeytanın paytaxtını- ilkin smeta dəyəri yarım trilyonu keçən NEO-M şəhərini tikirlər. Robot sayının insan sayından çox olacağı, süni intellekt tərəfindən idarə olunacaq bu süni şəhərdə dünya qanunları və insani normalar işləməyəcək. Bunun sonunun necə olacağını hələ 25 il əvvəl Hollivudun çəkdiyi “Matrix” filimində aydın şəkildə göstəriblər. Robotlar nəzarətdən çıxıb tabe olmamağa başlayacaq və insanlarla müharibəyə başlayacaqlar. Süni intellekt özünə müdafiə sistemi qurub insanların şəhərlərinə zərbələr endirəcək və sonda qalib gələcəklər. İnsanların indi deyildiyi kimi istənilən vaxt onları elektrik şəbəkəsindən ayırmaq imkanı artıq itirilib. Robotlar öz enerji mənbələrini müstəqil şəkildə əldə etməyi və süni intellekt sistemi vasitəsilə dünyanın hər yerinə nüfuz etmək imkanı qazanıblar.

Fantastikadır, əlbəttə. Lakin bu elmi fantastikadır və yaxın tariximiz elmi fantastikaların reallaşması nümunələri ilə doludur. Necə ki, artıq bir çox alimlər bu gün nağıl kimi baxdığımız mifologiyanın “tarixdən əvvəlki tarix” olduğunu artıq qəbul edirlər.

Hələlik, insanları şeytani matrixdə toplamaq və simulyasiyada “yaşatmaq”üçün “Metavörs” adlı virtual cəhənnəmə yığmağa çalışırlar. Cənnət kimi göstərilən virtual dünyada onlara maraqlı və problemsiz “həyat” qurmağa imkan verir və real dünyadan uzaqlaşdırırlar. İnsan beyninə frekanslarla, sumbliminal elementlərlə təsir edib, idarə etməklə bağlı texnologiyaları da hazırdır.
Artıq beyinə komputerdən informasiya yükləmək, beyindən informasiyanı komputerə köçürmək üçün sınaqlar uğurla başa çatdırılmışdır. Keçən il İlon Maskın komandası tərəfindən ilkin addım atılmışdır və beyinin komputerə bağlanması texnologiyası hazırdır.

Məqsəd insanın yaddaşını silib ora yenidən proqram yükləməkdir. Düzdür, hələlik bioloji material süni fiziki materiallarla inteqrasiya etmir və bu çox çətin işdir, amma elm və texnologiya bu istiqamətdə fəal çalışır. Gec-tez hər hansı bir formada mümkün olacaq.

“Vahid Dünya Hökuməti” bütün planlarını bütövlükdə 2045-dək başa çatdırmaq fikrindədirlər. O vaxtadək elm və texnologiyanın gücü ilə insan üzərində tam hakim olacaqlarına ümid edirlər. “Avatar 2045” proyekti isə insanlarla bağlı dəhşətli planların həyata keçirilmə ardıcıllığını ortaya qoyur.

4-cü sənaye inqilabı və 5G texnologiyası ilə məqsədə lap yaxınlaşıblar. 5-ci sənaye inqilabında və 6G-də artıq təbii insana ehtiyac olmayacaq. Əvvəlcə yarı insan yarı robotlar- kiborglar olacaq, onlar da ümumi sistemə bağlı idarəolunan formada (İnsan 2.0 proyekti). Sonrakı mərhələdə tam biorobotlar.

Plana görə, əsrin 2-ci yarısı artıq təbii insan mövcud olmayacaq. Əlbəttə (şeytan tərəfindən) seçilmişlərdən başqa. Yəni, insan generasiyasının sonuncu təbii nümayəndələri bizik. Bunlar açıqca deyirlər ki, Yaradan insanı natamam və zəif yaradıb (İnsan 1.0) biz daha mükəmməl insan yaradacağıq (İnsan 2.0).

Yəni, qlobal plan belədir və bunu heç gizlətmir və açıqca hər yerdə deyirər də. Nail olacaqlarmı, dəqiq deyə bilmərəm, amma bizim özümüzü xilas etmək şansımız hələ də tam itirilməyib.

Bəşəriyyət oturub “Mehdi”nin gələcəyini gözləyir, amma bu dəqiqdir ki, heç kim gəlməyəcək. Heç bir müqəddəs kitabda buna kiçik bir işarə də yoxdur. İnsana uca Yaradan tərəfindən öz taleyini özü müəyyən etmək imkanı və mütləq azadlıq bəxş edilmişdir.

Əgər yaxın 5-10 ildə bəşəriyyət ağıllanmasa, sonra geri dönüş imkanı olmayacaq. Bu imkanı ona sadəcə olaraq verməyəcəklər. Öz taleyi və azadlığı uğrunda döyüşməyən, mübarizəsiz təslim olan bəşəriyyət məhvə məhkumdur. Bunu anlamaq və müqavimət göstərmək üçün çox az vaxtımız qalıb. Bəzən deyirlər ki, biz nə edə bilərik. Çox şey! 8 min nəfər 8 milyard insana qalib gələ bilməz. Əlbəttə, o 8 milyard axmaq deyilsə.

Satanistlərin bəşəriyyətə qarşı elan olunmamış müharibəsi davam edir. Hələlik, bu müharibə birtərəfli gedir, amma gec olmadan bəşəriyyət özünü xilas etməyə başlasa xilas yolu var.

Sonuncu döyüş çox ağır olacaq...

Digər xəbərlər