PDF Oxu

  • 647

Rusiyada müharibə üçün gizli səfərbərlik sürətlə davam edir...

Rusiyada müharibə üçün gizli səfərbərlik sürətlə davam edir...

Rusiya Xarkov vilayətində Şimal qrupuna dəstək üçün yeni briqada formalaşdırır. SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bunu Ukrayna Silahlı Qüvvələrinin Xarkov operativ-taktiki qrupunun sözçüsü Vitali Sarantsev bildirib.

Onun sözlərinə görə, yeni briqadaya ümumi sayı 5 min nəfərə yaxın olan üç dəstə daxil olacaq.

Mütəxəssislər hesab edirlər ki, bu cür bölmələrin yaradılması gizli səfərbərlikdir.

FREEDOM xəbər verir ki, Rusiya ordusunun əhəmiyyətli itkilərini kompensasiya etmək üçün Kreml çağırışçılara ödənişləri mütəmadi olaraq artırır, lakin regionlar işə qəbul (...buna orduya çağırış da demək olar – A.B.) planlarının öhdəsindən gəlmir.

Moskvada Rusiya ordusu üçün səyyar çağırış məntəqələri birbaşa metro stansiyalarında yerləşdirilib. Belə ki, avqust ayında Moskva meri Sergey Sobyanin 2024-cü ildə 23 min nəfəri Ukraynaya qarşı genişmiqyaslı müharibəyə göndərəcəyini vəd edərək, paytaxtı Rusiya regionları arasında müqaviləli əsgərlərin cəlb edilməsində liderə çevirəcəyini vəd etmişdi.

Lakin onlar işə qəbul olunanların ideoloji olduğuna inanmırlar, çünki onlar həyatları üçün böyük pul vəd edirlər.

- İyulun sonunda Sobyanin Müdafiə Nazirliyi ilə müqavilə imzalamaq üçün birdəfəlik ödənişi 1,9 milyon rubla qədər artıran bir fərman verdi. "The Moscow Times" nəşri yazır ki, Sankt-Peterburq 2,1 milyon rubl ödəməyə başlayana qədər bu məbləğ Rusiya regionları üçün rekord həddə çatıb.

...Qeyd edək ki, Moskvanın Rusiyanın Ukraynaya qarşı müharibəsinə göndərdiyi müqaviləli əsgərlərin təxminən 70 faizi...bəlkə də çoxu digər bölgələrdən olanlardır. Moskvalılar və Moskva vilayətinin sakinləri müqaviləli əsgərlərin 20 faizindən azını təşkil edir,.. lakin Rusiya ordusunun itkiləri təcili olaraq doldurulmalıdır.

Əli Babayev

Digər xəbərlər

ABŞ-da ara seçkilər haqqında əsas faktlar...

Tarix Trampın tərəfində deyil...

Putinin diplomatik marafonu uğursuz oldu...

İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...

Tramp prezidentlikdən qazanc əldə edir..?

Əksər amerikalılar buna inanır. Amerika Birləşmiş Ştatları Prezidentindən narazılıq Respublikaçılara zərbə vura bilər...

“Müharibəyə çevrilmə” mərhələsi...

Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...

Paşinyan İşçi Qrupu yaradıb...

Rusiya ilə dəmir yolu üzrə məsələləri həll etmək üçün...