…Rusiya prezidenti Vladimir Putin ölkənin Təhlükəsizlik Şurasının tərkibində dəyişiklik edib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, dövlət başçısının imzaladığı sərəncam hüquqi məlumatların dərci üçün rəsmi portalda yerləşdirilib.
Sənədə əsasən, sentyabrın 25-də Federasiya Şurasının birinci vitse-spikeri təyin olunan Vladimir Yakuşev Təhlükəsizlik Şurasının üzvlüyündən xaric edilib.
Eyni fərmanla Putin Rusiya Təhlükəsizlik Şurasının tərkibinə köməkçisi Aleksey Dyumini, Federal Tibbi-Bioloji Agentliyin rəhbəri Veronika Skvortsovanı, həmçinin ölkə baş nazirinin birinci müavini Denis Manturovu daxil edib. Qeyd edək ki, əvvəllər prezident köməkçisi Nikolay Patruşevin rəhbərlik etdiyi Rusiya Dəniz Kollegiyasını yaradıb. Bu tədbirin milli dəniz siyasətinin səmərəliliyinə töhfə verəcəyi gözlənilir...
Əli Babayev
ABŞ strategiyası yalnız hərbi əməliyyatlarla məhdudlaşmamalıdır...
Vaşinqton 2028-ci ilə qədər insanları Aya qaytarmağa ümid edir…
Latviya 2026-cı ildə sərhədi keçmə cəhdlərinin qarşısını almaq üçün yeni gündəlik rekord müəyyənləşdirib...
Ruslar hökumətin gözlədiyindən daha sərt reaksiya verirlər...
Macarıstanın baş naziri 16 ildən sonra ilk dəfə hakimiyyətini itirmək riski ilə üz-üzədir...
Polkovnik xilas edildi, amma onun adı açıqlanmayıb...
Ukrayna Silahlı Qüvvələri Putini sülhə məcbur etmək üçün daha bir addım atıb...