PDF Oxu

Dünya

  • 2 860

Yəməndə müharibə yenidən kəskinləşir

Yəməndə müharibə yenidən kəskinləşir

Yəməndə hökumət qüvvələri ilə husilər arasında döyüşlər kəskinləşib. Hökumət qüvvələri husilərin nəzarətində olan paytaxt Səna və digər bölgələrdəki mövqelərə zərbələr endirib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya bazar günü Taiz istiqamətində husilərin qüvvələrinə qarşı 97 dəqiq zərbə həyata keçirildiyini açıqlayıb. Yəmən hökumət qüvvələrinin məlumatına görə, əvvəlki əməliyyatlarda isə 257 hədəfə zərbə endirilib və azı 700 husi öldürülüb. Bu rəqəmlər müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.

Husilər isə Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddakı "Aramco" obyektini ballistik raketlər və dronlarla vurduqlarını bildiriblər. Qrup hücumdan sonra ərazidə yanğın baş verdiyini iddia edib. Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya bu məlumatı təkzib edib. Döyüşlərin əsas istiqamətlərindən biri Taiz bölgəsidir. Son həftələrdə qarşıdurmalar on minlərlə insanı evlərini tərk etməyə məcbur edib. BMT-nin Ümumdünya Ərzaq Proqramı hökumətin nəzarətindəki bəzi ərazilərdə ailələrin 74 faizinin kifayət qədər ərzaq əldə edə bilmədiyini açıqlayıb.

Gərginliyin artması Qırmızı dəniz və Bab əl-Məndəb boğazında gəmiçiliyin təhlükəsizliyi ilə bağlı narahatlığı da artırıb. Səudiyyə Ərəbistanının husilərə qarşı daha geniş hərbi əməliyyata hazırlaşdığı bildirilir.

Digər xəbərlər

Amerikalı gözətçi Pentaqonun rəhbərini biabır edib
Amerikalı gözətçi Pentaqonun rəhbərini biabır edib

Hadisə hərbçilər və siyasətçilər arasında hiddət dalğasına səbəb olub...

Respublikaçılar Trampı devirəcəklərmi?
Respublikaçılar Trampı devirəcəklərmi?

Aralıq seçkilərdəki məğlubiyyət partiyanı ABŞ prezidenti ilə münasibətlərini yenidən nəzərdən keçirməyə məcbur edə bilər…

Si Cinpinin baş ideoloqu həyəcan təbili çalıb
Si Cinpinin baş ideoloqu həyəcan təbili çalıb

Pekində rejim üçün bir sıra təhdidlər var...

Demokratlar ABŞ-ın xarici siyasətini necə dəyişdirə bilər?..
Demokratlar ABŞ-ın xarici siyasətini necə dəyişdirə bilər?..

Kolorado konqresmeni demokratların dörd əsas prioritetini qeyd edib...

Qərb tarixi şans əldə etdi
Qərb tarixi şans əldə etdi

Rusiya iqtisadiyyatı dağılır...

Kreml öz tələsinə düşüb...
Kreml öz tələsinə düşüb...

Ritual rəqslər çıxılmaz vəziyyətdə...

ABŞ Madaqaskarı Rusiya ilə yaxınlaşmağa qarşı xəbərdar edib
ABŞ Madaqaskarı Rusiya ilə yaxınlaşmağa qarşı xəbərdar edib

Bu bəyanatla ABŞ-ın Afrika Komandanlığının rəis müavini çıxış edib...

Pentaqon rəhbəri Ukrayna ilə bağlı yeni impiçmentlə üzləşə bilər
Pentaqon rəhbəri Ukrayna ilə bağlı yeni impiçmentlə üzləşə bilər

Heqset-in vəzifədən kənarlaşdırılması üçün Senatın üçdə ikisinin dəstəyi tələb olunacaq...

Tramp prezidentlik müddəti bitməmiş “demokrat” ola bilər
Tramp prezidentlik müddəti bitməmiş “demokrat” ola bilər

ABŞ prezidentinin başqa variantı qalmaya bilər...

Putin layiq olduğunu alacağını bilir...
Putin layiq olduğunu alacağını bilir...

Kreml niyə öz təhlükəsizliyinin təminatından danışır?