...Rusiya Hərbi Dəniz Qüvvələri üçün hazırlanmış kiçik raket gəmisi Rjev kiçik ölçülü güclü silahlara malikdir.
SİA-nın əldə etdiyi məlumata görə, "raketli heyvan" adlandırılan gəminin imkanları Amerikanın "The National Interest" nəşrində dərc olunan məqalədə qiymətləndirilib. Müəllif yazır ki, yığcam ölçülərinə - uzunluğu 67 metr və yerdəyişmə 870 ton olmasına baxmayaraq, Rjev Kalibr-NK və ya Oniks gəmi əleyhinə qanadlı raketlər və 76,2 mm-lik avtomatik topla silahlanıb.
Onun sözlərinə görə, belə kiçik raket gəmilərinin hazırlanması Rusiya Hərbi Dəniz Qüvvələrinin vurğularının kiçik, lakin çox döyüşə hazır gəmilərə doğru dəyişdiyini göstərir.
Qeyd edək ki, Rjevin təməli 2019-cu ildə Amur Gəmiqayırma Zavodunda qoyulub və gəmi 2023-cü ildə suya salınıb. Layihə 22800 Karakurt MRKs yaxın dəniz zonasında döyüş əməliyyatları aparmaq üçün nəzərdə tutulub.
Əli Babayev
Ukraynanın cavabı aydındır...
Britaniyalı jurnalist Avropanı Rusiyadan qorumaq üçün NATO təlimlərində iştirak edib...
“Rəsmilər əminliklə deyə bilərlər ki, rusların və Putinin bununla heç bir əlaqəsi yoxdur...”
Manevrlərdə xüsusi əməliyyat qüvvələrinin dəniz qrupundan yüzlərlə hərbçi iştirak edib...
Kreml büdcələri rekord xərclər təşkil edir...
Amma imperiyanın hökmdarı üçün bu, mümkün deyil...
Şirkətlər Ukrayna hərbi hücumlarından qorunmaq üçün öz hava hücumundan müdafiə sistemlərini icarəyə götürməyə məcburdurlar...
Pekin qədim ənənələri Partiyanın xidmətinə qoymağa çalışır...
Ukrayna mülki vətəndaşlarına müraciət...