Livan oktyabrın 2-dən noyabrın 11-dək İsrailin öz ərazisinə etdiyi hücumlarla bağlı Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına (BMT TŞ) şikayət edib. SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, Livan Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada beynəlxalq ictimaiyyət və BMT Təhlükəsizlik Şurasının hücumları dayandırmaq üçün məsuliyyəti öz üzərinə götürməli və hərəkətə keçməli olduqları xatırladılıb.
Açıqlamada bildirilib ki, şikayət ərizəsində İsrailin sahil şəhəri Batrunda livanlı İmad Ehmezi qaçırdığı, quru hücumlarını davam etdirdiyi, Yarun, Aytarun Marun er-Ras, Meys el-Jabel və digərləri kimi kənd və məhəllələri tamamilə yerlə-yeksan etdiyi, Livan ordusunu, mülki okbeytləri və sivil insanları hədəf almağa davam etdiyi vurğulanıb.
Açıqlamada İsrailin Baalbek və Nabatiyedəki tarixi binaları hədəf aldığına diqqət çəkilərək, həmçinin Sayda rayonundakı Adlun və Sur rayonundakı Deyr Qanun əl-Nehr, Ras əl-Ayn və Ayn Baalda təcili yardım maşınları, təcili yardım mərkəzləri və işçilərini hədəf aldığı hücumların da şikayətə daxil edildiyi bildirib.
Ukrayna ətrafında vəziyyət dəyişir...
Bu, dəniz blokadası səbəbindən Çindən İrana quru yolu ilə malların daşınması ilə əlaqələndirilir...
Endi Burnhem Londonun mövqeyini Vaşinqtona köçürəcək...
Ordu üçün çox köhnədir, amma müharibə üçün deyil...
Putin Pokrovskda Stalinin Berlinə hücum zamanı yerləşdirdiyi hərbçidən daha çox əsgər yerləşdirdi...
Rusiyanın Afrika ilə əlaqəsi kəsilir...
Bir yıxılan tağ iqtisadiyyata, logistikaya və Putinin imicinə zərbə vurdu...
Yoldaş Si Putinə ağlabatan davranış aşılamaq üçün bütün lazımi vasitələrə malikdir...
Və indi də deyirlər ki,..“Merkuri” Rusiya Qara Dəniz Donanmasının ən yeni və texnoloji cəhətdən inkişaf etmiş korvetlərindən biri idi...