Türkiyənin son ana qədər uzlaşdırıcı diplomatiya apardığı COP31 sammitinə Körfəz ölkələri ilə Avropa İttifaqı arasındakı gərginlik mane oldu. Avropa İttifaqının kompromisə getməyə meyilli olmaması səbəbindən ümumi razılıq əldə edilməsə də, 36 istiqamət üzrə ortaq qərara gəlindi.
İqlim dəyişikliyi ilə mübarizə sahəsində dünyanın ən mühüm sammiti hesab olunan və ilk dəfə Türkiyənin ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (UNFCCC) 31-ci Tərəflər Konfransı (COP31) başa çatdı. COP31 Sədrliyinin mənbələrindən əldə edilən məlumata görə, yekun qərar sənədində aşağıdakı məsələlərin əks olunması nəzərdə tutulurdu:
Lakin Avropa İttifaqının kompromisə yanaşmaması səbəbindən bu ümumi qərar sənədi üzrə razılıq əldə olunmadı. Buna baxmayaraq, sammitə ev sahibliyi edən Türkiyə qlobal iqlim siyasətinin gələcəyi ilə bağlı iddialı çərçivə yaratmaq üçün intensiv diplomatik fəaliyyət göstərdi. Fosil yanacaqlar ətrafında aparılan danışıqlarda ümumi razılıq əldə edilməsə də, bir sıra mühüm məsələlərdə razılaşma təmin olundu və dünya ölkələri 36 maddə üzrə ortaq qərara gəldi. Bu qərarların əsas məqsədi iqlimlə bağlı verilən vədlərin yalnız kağız üzərində qalmamasıdır.
COP31-in əsas nəticələrinı sıralasaq, o zaman belə bir mənzərə yaranır:
1. Uyğunlaşma Fondunun gələcəyi ilə bağlı razılıq əldə edildi
2. Belem Uyğunlaşma Göstəriciləri üzrə yol xəritəsi qəbul edildi
Qlobal uyğunlaşma hədəfləri istiqamətində əldə olunan irəliləyişləri ölçməyə imkan verəcək Belem Uyğunlaşma Göstəricilərinin tətbiqi üçün yol xəritəsi qəbul edildi. Bu çərçivədə:
3. İqlim maliyyələşdirilməsi üzrə razılıq
4. Ədalətli keçid mexanizmi üzrə mühüm addım
5. Təmiz texnologiyalar və karbon bazarları üçün imkanlar yaradıldı
6. Elektrikləşmə və emissiyaların azaldılması üzrə nəticələr
Qeyd edək ki, fikir ayrılıqlarının davam etdiyi bəzi məsələlər üzrə müzakirələr 2027-ci il noyabrın 8–19-da Əddis-Əbəbədə keçiriləcək COP32 sammitində davam etdiriləcək. Antalya iqlim mübarizəsində vədlərin real fəaliyyətə çevrilməsi istiqamətində mühüm mərhələ kimi tarixə düşdü. Türkiyə isə dünyanın ortaq gələcəyi naminə məsuliyyət daşıyan və tərəflər arasında razılıq yaratmağa çalışan ölkə olmaqda davam edəcəyini açıqladı.
COP31-in sədri və Türkiyənin Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi naziri Murat Kurum əldə olunan nəticələri belə şərh edib: “İqlim dəyişikliyi ilə mübarizə heç bir ölkənin təkbaşına öhdəsindən gələ biləcəyi məsələ deyil. COP31 boyunca bu ortaq məsuliyyətin tələblərini yerinə yetirmək, ölkələr arasında dialoq və əməkdaşlığı gücləndirmək üçün çalışdıq. Hər bir danışıqlar eyni nəticə ilə yekunlaşmaya bilər. Hər gözlənti öz qarşılığını tapmaya bilər. Lakin bizim ortaq evimiz olan dünya naminə danışmaqdan, dinləməkdən və həll yolları axtarmaqdan heç vaxt vaz keçməyəcəyik”.
Niyə ümumi razılıq əldə olunmadı?
İlkin sənəddə “qalıq yanacaq” ifadəsinin yer almaması Avropa İttifaqına üzv ölkələrin narazılığına səbəb oldu. Avstraliyanın rəhbərlik etdiyi danışıqlar dalana dirəndikdən sonra Murat Kurum prosesə müdaxilə etdi. O, həm Avropa İttifaqının nümayəndələri, həm də ərəb ölkələri qrupu ilə görüşlər keçirdi. Hər iki tərəfin güzəştə getməməsi nəticəsində Kurum tərəfləri eyni danışıqlar masası arxasında bir araya gətirdi. Səudiyyə Ərəbistanının şahzadəsi fosil yanacaqlarla bağlı məsələnin əvvəlki COP sammitlərində istifadə edilmiş istinada uyğun şəkildə sənədə daxil edilməsini qəbul edərək müəyyən güzəştə getdi.
Lakin bu dəfə Avropa İttifaqı tərəfinin ticarət məsələsi ilə bağlı yeni etirazlar irəli sürdüyü bildirildi. COP31 Sədrliyi bütün tərəfləri dinləyərək razılıq əldə etmək mümkün ola biləcək üç ayrı mətn hazırladı. Lakin Avropa İttifaqı ölkələrinin güzəştə getməyən mövqeyi səbəbindən ümumi razılıq əldə olunmadı.
COP31 iş saatları üzrə rekord qırdı
COP31 ölkələr arasında razılıq əldə etmək məqsədilə aparılan danışıqlarda tarixi iş vaxtı rekorduna imza atdı. Sammitin ilkin bağlanış vaxtı 20 noyabr saat 18:00 olaraq müəyyən edilmişdi. Lakin tədbir yalnız 22 noyabr saat 19:34-də başa çatdı. Beləliklə, sammit nəzərdə tutulan vaxtdan 49 saat 34 dəqiqə gec yekunlaşdı. Bununla da 2019-cu ildə İspaniyanın paytaxtı Madriddə keçirilən COP25 zamanı qeydə alınmış təxminən 44 saatlıq rekord geridə qaldı.
Sammit 1,1 milyon kvadratmetr ərazidə keçirildi və 95 ölkənin dövlət və hökumət başçısı iştirak etdi, həmçinin 7 beynəlxalq təşkilatın rəhbəri qatıldı. Ümumilikdə sammitdə 102 yüksək səviyyəli lider iştirak etdi. 300-dən çox nazir sammitə qatıldı. Konfrans çərçivəsində 1500-dən çox panel müzakirəsi təşkil olundu.
Lalə Mehralı
Bir yıxılan tağ iqtisadiyyata, logistikaya və Putinin imicinə zərbə vurdu...
Yoldaş Si Putinə ağlabatan davranış aşılamaq üçün bütün lazımi vasitələrə malikdir...
Və indi də deyirlər ki,..“Merkuri” Rusiya Qara Dəniz Donanmasının ən yeni və texnoloji cəhətdən inkişaf etmiş korvetlərindən biri idi...
“Ruta” raketlərinin arxasında Mixail Kokoriç dayanır...
ABŞ güc nümayiş etdirməlidir. Respublikaçı senator Putin və Si-ni “Quzuların səssizliyi” ilə müqayisə edir...
Moskva nüvə müharibəsində qalib gəlməyin mümkün olmadığı fikrinə qayıdıb...
Kerç körpüsü ilə baş verənlərdən sonra...
Kreml bu çıxılmaz vəziyyətdən çıxmaq şansından məhrumdur...