PDF Oxu

Siyasət

  • 971

"Qadınların maariflənməsi gələcəyimizə yatırılan dəyərli sərmayədir" - Ramin Məmmədov

"Qadınların maariflənməsi gələcəyimizə yatırılan dəyərli sərmayədir" - Ramin Məmmədov

Bakı Ali Neft Məktəbində hazırda 19 qız tələbə təhsil alır, bu günədək isə 4 qız məzun olub. Qadınların elmi və peşəkar hazırlığının təşviqi, akademik nailiyyətlərinin dəstəklənməsi istiqamətində müxtəlif proqramlar həyata keçirilir.SİA xəbər verir ki, bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov “Tolerant və mütərəqqi cəmiyyətin formalaşmasında qadınların rolu” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.O bildirib ki, 2025-ci ildə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən Azərbaycan İlahiyyat İnstitutunun tələbələri üçün Seyid Yəhya Bakuvi, Məhəmməd İrəvani və Hənzələ İrəvani adına təqaüd proqramları təsis edilib. Proqramların qalibləri arasında qız tələbələrin də yer alması onların akademik göstəricilərinin və intellektual bacarıqlarının təşviqinə verilən diqqəti göstərir.Komitə sədri qeyd edib ki, Azərbaycan İlahiyyat İnstitutunda təhsil alan qız tələbələrin sosial inteqrasiyasını gücləndirmək, erkən nikah, qızların təhsildən yayınması və ailədaxili zorakılıqla bağlı maarifləndirmə təşəbbüslərini stimullaşdırmaq məqsədilə Fond tərəfindən Xurşidbanu Natəvan təqaüdü də təsis olunub. Bu proqram tələbə qızların yalnız akademik hazırlığına deyil, həm də sosial problemlərə həssas yanaşan və ictimai təşəbbüslərdə iştirak edən mütəxəssislər kimi yetişməsinə şərait yaradır.R.Məmmədov vurğulayıb ki, milli-mənəvi dəyərlərin yaşadılması, gələcək nəsillərə ötürülməsi və müasir dövrün çağırışları ilə uzlaşdırılması bütün cəmiyyətin qarşısında dayanan ortaq vəzifədir. Bu prosesdə qadının mövqeyi yalnız ailədaxili rolu ilə məhdudlaşmır. O, milli yaddaşın, mənəvi ənənələrin və sağlam ictimai düşüncənin formalaşmasında iştirak edən mühüm intellektual və ictimai qüvvədir.Onun sözlərinə görə, qadınların maariflənməsinə, ictimai təşəbbüslərinin dəstəklənməsinə, bilik və bacarıqlarını reallaşdırmasına yönələn hər bir addım gələcəyə yatırılan dəyərli sərmayədir. Qadın mənəvi təcrübənin həm mənbəyi, həm də daşıyıcısıdır.
Müəllif: Günel Fərzəliyeva

Digər xəbərlər