PDF Oxu

Dünya

  • 3 366

Gürcüstanda baş verənlərə görə Qərb dövlətləri məsuliyyət daşıyırlar

Gürcüstanda baş verənlərə görə Qərb dövlətləri məsuliyyət daşıyırlar

Xarici qüvvələrin Gürcüstanın işlərinə kobud müdaxilələrindən qorunmaq lazımdır. Çünki biz dəfələrlə gördük ki, xaricdən gələn siyasətçilər və diplomatlar bütün beynəlxalq münasibətləri, diplomatik qaydaları pozaraq birbaşa müxalifətin tərəfini tuturlar. Onlar Gürcüstanda hakimiyyətin qeyri-demokratik yolla dəyişdirilməsi uğrunda mübarizə aparırlar. Çünki onlara məhz diktələri ilə işləyəcək qüvvələr lazımdır.

SİA-nın əldə etdiyi məlumata görə, bu sözləri müsahibəsində gürcü ekspert, "Vahid neytral Gürcüstan" ictimai hərəkatının nümayəndəsi Vado Şakarişvili söyləyib.

Onun sözlərinə görə, Avropa İttifaqının səfiri Pavel Herçinski və digər diplomatlar Gürcüstanda açıq şəkildə yalan danışır, cəmiyyəti aldadırlar və baş verənlərə mənfi təsir göstərirlər. Artıq iki gündür Tbilisi küçələrində gördüyümüz hadisələrdə onlar məsuliyyət daşıyırlar. Onların əlləri gürcü xalqının qanına bulaşıb və mütləq gürcü xalqı qarşısında cavab verəcəklər.

Gürcüstan daxilində bu cür diplomatlara dəstək verən qüvvələrdən danışan politoloq deyib: "Salome Zurabişvili artıq uzun müddətdir ki, ölkədə fəaliyyət göstərən agentura şəbəkəsinin başında dayanır. O, antidövlətçi bir şəxsdir. O, Gürcüstanda qarışıqlıq yaratmağa və qeyri-seçki, qeyri-demokratik yollarla hakimiyyətin dəyişdirilməsinə yardım edir. Bu şəxs xarici ölkələrin və xarici qüvvələrin maraqlarına xidmət edir, onların məqsədi isə Gürcüstanda müharibə, qarışıqlıq yaratmaq və ölkəmizi onların maraqlarına qurban verməkdir.

Bu şəxs vəzifəyə seçildiyi ilk gündən antidövlətçi bəyanatları ilə fərqlənirdi. O, dəfələrlə bizə problemlər yaradıb. O, tamamilə qeyri-adekvat bəyanatlar verərək dost ölkələrlə müəyyən anlaşılmazlıqların yaranmasına səbəb olub. Bu şəxs öz antidövlətçi hərəkətləri ilə seçilir. Onun prezidentlikdə çox az vaxtı qalıb. Buna baxmayaraq o, prezidentliyinin son günlərində belə çalışır ki, ölkəmizə ağır miras qoysun, ölkəni qarışıqlığa və qeyri-sabitliyə sürükləsin və bununla öz sahiblərini razı salsın, onlara olan borcunu ödəsin".

Politoloq deyir ki, Avropadan və ABŞ-dan asılı olan siyasi qruplar və qüvvələr öz sonlarına yaxınlaşıblar: "Qlobal müharibə partiyasının qalıqları çalışırlar ki, Gürcüstanda öz quyruqlarını son dəfə yelləsinlər. Bu, Gürcüstana qarşı ilk haqsız münasibət deyil. Rusiya-Ukrayna müharibəsi başlayandan bu münasibətlər birtərəfli və qeyri-sağlam forma aldı. Onlar hər cür çalışırlar ki, Gürcüstan sülh və sabitlik yolunda irəliləyə bilməsin. Onlar regionda qarışıqlıq yaratmağa və Gürcüstanda qarışıqlıq toxumu səpməyə cəhd edirlər. Hazırda biz bu proseslərin şahidiyik. Birləşmiş Ştatlarda administrasiya dəyişir, ciddi dəyişikliklər gedir, Avropada, o cümlədən Avropa İttifaqının daxilində də ciddi proseslər baş verir. Bu qüvvələr son çırpıntılarını edir, son resurslarını xərcləyirlər ki, Gürcüstanda qeyri-demokratik yollarla, inqilab vasitəsilə, meydanizasiyanı tətbiq edərək hakimiyyət dəyişikliyi etsinlər və Gürcüstanı öz maraqları üçün istifadə etsinlər".

Gürcüstanın öz milli maraqları olduğunu diqqətə çatdıran Vado Şakarişvili əlavə edib: "İlk növbədə, bu, çox mürəkkəb və turbulent dünya reallığında sülhün və sabitliyin qorunmasıdır. İqtisadiyyatın davamlı və sabit inkişafını təmin etmək lazımdır ki, bu yolla əsas məqsədimizə çataq. Bu məqsəd Gürcüstanın ərazi bütövlüyünün bərpasıdır. Bu isə o qüvvələrin maraqlarına uyğun deyil. Onlar agentura şəbəkəsinin arxasında dayanaraq ölkədə qarışıqlıq və destabilizasiya yolu ilə hakimiyyətə qayıtmağa çalışırlar. Milli maraq məhz Gürcüstanda ərazi bütövlüyünün bərpası, uzunmüddətli sülhün təmin olunması və iqtisadi rifahın əldə edilməsidir, hansısa ittifaqa qoşulmaq deyil. Hər hansı ittifaqa qoşulmaq bir dinin, bir doktrinanın səviyyəsinə qaldırıla bilməz. İstənilən ittifaqa qoşulma bizim üçün bir vasitədir, milli məqsəd və ya özlüyündə bir hədəf deyil".

Digər xəbərlər

Liviyada müsəlmanlara Nike məhsullarından istifadə qadağan edilib
Liviyada müsəlmanlara Nike məhsullarından istifadə qadağan edilib

Qadağa şirkətin loqosunda qədim yunan bütpərəstliyinə istinad edilməsindən irəli gəlir...

Kreml sökülməli olacaq...
Kreml sökülməli olacaq...

Sankt-Peterburqdan da danışmaq istərdinizmi?

Trampın vətəndaşlığını ləğv etmək istədiyi Konqres üzvü...
Trampın vətəndaşlığını ləğv etmək istədiyi Konqres üzvü...

...İlhan Ömər beşinci müddətə yenidən seçilib...

Ben Hodjes: Düşünürəm ki, Tramp rüşvət alıb
Ben Hodjes: Düşünürəm ki, Tramp rüşvət alıb

General ABŞ prezidentini Putindən asılı olmaqda ittiham edib...

Putinin təsirinə üçqat zərbə...
Putinin təsirinə üçqat zərbə...

Kremlin Serbiya, Macarıstan və Rumıniyadakı müttəfiqlərinin məğlubiyyəti Moskvanı Avropadakı dayaq nöqtəsindən məhrum etdi...

The Economist: Trampın alçaldılması Amerika üçün yeni imkanlar açır
The Economist: Trampın alçaldılması Amerika üçün yeni imkanlar açır

Seçicilər Vaşinqtonun işinə yeni yanaşma tələb edirlər...

Rusiya FSB-ni terror təşkilatı kimi tanıtmaq üçün hər şeyi edəcəyik...
Rusiya FSB-ni terror təşkilatı kimi tanıtmaq üçün hər şeyi edəcəyik...

Rusiyanın işğal olunmuş Ukrayna ərazilərindəki cinayətləri Londonda müzakirə olunub...

Rus şamanları arasında böyük qalmaqal yaranıb...
Rus şamanları arasında böyük qalmaqal yaranıb...

Rusiya Federasiyası müharibədə qalib gəlmək üçün 60 dəvəni qurban vermək istəyir...

Obamanın şəxsi qələbəsi
Obamanın şəxsi qələbəsi

Əsas məsələ iki ay ərzində aydın olacaq...