PDF Oxu

Dünya

  • 2 246

Türkiyə mənzil istehsalı təcrübəsini Səudiyyə Ərəbistanına aparır

Müqaviləyə əsasən, Riyad və Ciddə başda olmaqla böyük şəhərlərdə tikiləcək 400 min yeni ev üçün Türkiyə şirkətlərinə üstünlük veriləcək

image

Türkiyə mənzil istehsalında təcrübəsini Səudiyyə Ərəbistanı ilə paylaşır. SİA bu barədə Türkiyə saytlarına istinad edir. Türkiyənin Ekologiya, Şəhərsalma və İqlim Dəyişiklikləri Nazirliyinin Əmlak Mənzil Daşınmaz İnvestisiya Tərəfdaşlığı (Emlak Konut Gayrimenkul Yatırım Ortaklığı) törəmə şirkəti ilə Səudiyyə Ərəbistanı Milli Mənzil Şirkəti ilə paytaxt Riyadda anlaşma memorandumu imzalandı. Bu müqavilə ilə Türkiyənin podrat (müteahhit) firmalarına Səudiyyə Ərəbistanında irimiqyaslı layihələrdə iştirak etmək imkanı təklif olunacaq.

Riyad və Ciddə başda olmaqla böyük şəhərlərdə tikiləcək 400 min yeni ev üçün Türkiyə şirkətlərinə üstünlük veriləcək.

Türkiyənin Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi naziri Murat Kurum mövzu ilə bağlı sosial mediada etdiyi paylaşımda bildirib: "Razılaşma sayəsində Səudiyyə Ərəbistanı şəhərlərində davamlı urbanizasiya fəaliyyəti həyata keçiriləcək. İki ölkə arasında iqtisadi və diplomatik əlaqələr bundan sonra da gücləndiriləcək".

Digər xəbərlər

Tramp İran rejiminə necə hücum edə bilər..?

İqtisadi təzyiqdən Ali Liderin vəzifədən uzaqlaşdırılmasına qədər...

1803-cü ildə Yaponiya sahillərinə qəribə bir gəmi enib və...

...tarixçilər hələ də bunun nə olduğunu anlaya bilmirlər

Reuters: Tramp impiçmentdən qorxur...

Respublikaçılar ABŞ prezident administrasiyasına xəbərdarlıq ediblər...

Niyə Putinin uşaqları ingilis, alman dilini deyil, məhz Çin dilini öyrənirlər?

Çin Rusiyadan hər şeyi, hətta Moskva ofislərini də sıxışdırır...

Çin Mərkəzi Asiya ölkələrinə investisiyalarını təxminən ikiqat artırıb

Özbəkistan Çin kapital axınlarının hərəkətverici qüvvəsinə çevrilib...

ABŞ İraqı dollar çatışmazlığı ilə hədələyir

Şiə milisləri təsirlərini əhəmiyyətli dərəcədə artırıblar...