PDF Oxu

Dünya

  • 2 541

AFAD Livana humanitar yardım göndərib

AFAD Livana humanitar yardım göndərib

İsrailin hücumları səbəbindən Livanın cənubunda evlərini tərk etmək məcburiyyətində qalanlar üçün Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) tərəfindən göndərilən humanitar yardım ləvazimatlarını daşıyan gəmi Beyrut limanına çatıb. SİA-nın məlumatına görə, köçkün livanlıların müvəqqəti məskunlaşdığı məktəblərdə istifadə edilmək üçün AFAD tərəfindən Livan səlahiyyətlilərinə cəmi 36 duş və tualet hədiyyə edilib.

Yardımların çatdırılması üçün təşkil edilən mərasimdə Türkiyənin Beyrut səfiri Murat Lütem, Livanın ətraf mühit naziri və hökumət fövqəladə işlər komitəsinin sədri Nasser Yasin və Yüksək Yardım Komissiyasının baş katibi briqada generalı Bassam Nabulsi iştirak ediblər.

Mərasimdə çıxış edən Türkiyənin Beyrutdakı səfiri M.Lütem "Türkiyənin dövlət qurumları və qeyri-hökumət təşkilatları İsrailin təcavüzü qarşısında qardaş Livana dəstək olmaq üçün səfərbər oldular. Qardaş Livan xalqına dəstəyimiz davam edəcək" deyib.

Livanın Ətraf mühit naziri və Hökumət Fövqəladə İşlər Komitəsinin sədri Yasin Türkiyə Cümhuriyyəti və prezident Ərdoğana göstərdikləri dəstəyə görə təşəkkür edib və bunun Türkiyə tərəfindən göndərilən ilk yardım olmadığını xatırladıb.

Keçmişdə ərzaq və tibbi yardım göstərildiyini bildirən Yasin köçkün livanlılar üçün yardımın böyük əhəmiyyət daşıdığını qeyd edib.

Yasin əlavə edib ki, İsrailin Livan xalqına qarşı dağıdıcı təcavüzünə qarşı Türkiyənin mövqeyi vacibdir və onlar bu həmrəyliyə görə minnətdardırlar.

Digər xəbərlər

Yuri Felştinski: Avropa sürpriz edə bilər...
Yuri Felştinski: Avropa sürpriz edə bilər...

Ukrayna ətrafında vəziyyət dəyişir...

Qazaxıstan-Özbəkistan sərhədində tıxaclar var
Qazaxıstan-Özbəkistan sərhədində tıxaclar var

Bu, dəniz blokadası səbəbindən Çindən İrana quru yolu ilə malların daşınması ilə əlaqələndirilir...

Britaniya mühafizəkarları Trampdan uzaqlaşırlar...
Britaniya mühafizəkarları Trampdan uzaqlaşırlar...

Endi Burnhem Londonun mövqeyini Vaşinqtona köçürəcək...

Rusların qorxduğu ukraynalı “çöl qurdları” kimlərdir?
Rusların qorxduğu ukraynalı “çöl qurdları” kimlərdir?

Ordu üçün çox köhnədir, amma müharibə üçün deyil...

24 Noyabr 20:02
Şok rəqəmlər...

Putin Pokrovskda Stalinin Berlinə hücum zamanı yerləşdirdiyi hərbçidən daha çox əsgər yerləşdirdi...

Krım körpüsü Rusiyaya üçqat zərbə endirib
Krım körpüsü Rusiyaya üçqat zərbə endirib

Bir yıxılan tağ iqtisadiyyata, logistikaya və Putinin imicinə zərbə vurdu...

“Yeni Yalta”nın ilk və son günləri...
“Yeni Yalta”nın ilk və son günləri...

Yoldaş Si Putinə ağlabatan davranış aşılamaq üçün bütün lazımi vasitələrə malikdir...

Mən rusların isteriyasından razıyam
Mən rusların isteriyasından razıyam

Və indi də deyirlər ki,..“Merkuri” Rusiya Qara Dəniz Donanmasının ən yeni və texnoloji cəhətdən inkişaf etmiş korvetlərindən biri idi...