Amerika Birləşmiş Ştatlarının Los-Anceles dairəsi və ətrafında 8 gündür davam edən yanğınla mübarizəni çətinləşdirən küləyin yenidən güclənəcəyi ilə bağlı xəbərdarlıq edilib. SİA-nın məlumatına görə, Los-Anceles dairəsinin sərhədləri daxilindəki üç ərazidə yanğın hələ də söndürülməyib.
Çərşənbə gününə qədər davam edəcək güclü külək ilə əlaqədar qırmızı həyəcan siqnalı elan edilib. Küləyin güclənəcəyi, sürətinin saatda 70-110 kilometrə çatacağı gözlənilir. Los-Ancelesdə və ətrafında baş verən yanğınlar 160 kvadrat kilometrdən çox ərazini külə çevirib. Yanğın səbəbindən İton və Palisades bölgələrində azı 24 nəfər ölüb, 23 nəfər itkin düşüb.
Təxminən 150 min insan üçün təxliyə əmri verilib. Təbii fəlakət nəticəsində 12 mindən çox tikiliyə ziyan dəyib. Kaliforniyada tüğyan edən yanğınlar nəticəsində dəyən zərər 250-275 milyard dollara çatıb. Bu barədə "AccuWeather" hava proqnozu xidməti məlumat yayıb.
... Rusiya özü sülh istəyəcək...
SSRİ-də hər şeyin necə bitdiyini xatırlayırsınızmı?
Moldova Rusiyadan enerji asılılığından qurtuldu. Ölkə Rumıniyanın enerji şəbəkəsinə qoşulub və Moskvadan qaz almağı dayandırıb…
Trampdan cənnətə gedib-getməyəcəyi soruşulub... ABŞ prezidenti Müqəddəs Kitab prinsiplərindən birini rədd edir...
ISW analitikləri Kremlin planlarını izah etdilər…
ABŞ-ın Ukraynadakı keçmiş səfiri Kremlin strategiyasını açıqlayıb...
Demokratların qələbəsi Ukrayna ətrafındakı vəziyyəti dəyişdirir...
Rusiyanın hərbi xidmətə qəbul sistemi necə bir biznesə çevrilib…
“Admiral Kuznetsov” və “Pyotr Velikiy” artıq üzməyəcək...