PDF Oxu

Dünya

  • 2 997

Kiyevin məşhur kitab bazarı raket zərbələri ilə məhv edilib

Kiyevin məşhur kitab bazarı raket zərbələri ilə məhv edilib

Rusiya ordusunun avqustun 16-na keçən gecə Kiyevə endirdiyi zərbələr nəticəsində "Poçayna" metro stansiyası yaxınlığındakı məşhur kitab bazarı ciddi dağıntılara məruz qalıb.

SİA-nın əldə etdiyi məlumata görə, əvvəllər "Petrovka" kimi tanınan bazarın bir neçə ticarət sırası tamamilə yanıb, çoxsaylı obyektlərin şüşələri sınıb. Kiyev Şəhər Şurasının deputatı Taras Krivoruçkonun sözlərinə görə, bazardakı ticarət köşklərinə üç raket düşüb.

Yanğın təxminən 2 min kvadratmetr ərazini əhatə edib. Zərbə nəticəsində "Poçayna" metro stansiyasının girişi və yaxınlıqdakı ticarət obyektləri də zədələnib.

Hadisə yerində yanğının nəticələrinin aradan qaldırılması davam edir. Bəzi pavilyonlardan hələ də tüstü qalxır, ərazidə yanmış kağız və plastik qoxusunun hiss olunduğu bildirilir.

Nəşriyyat və kitab sektorunun nümayəndələri bazarın məhv edilməsini Kiyevin mədəni həyatında "bir dövrün sonu" kimi qiymətləndiriblər.

Digər xəbərlər

Amerikalı gözətçi Pentaqonun rəhbərini biabır edib
Amerikalı gözətçi Pentaqonun rəhbərini biabır edib

Hadisə hərbçilər və siyasətçilər arasında hiddət dalğasına səbəb olub...

Respublikaçılar Trampı devirəcəklərmi?
Respublikaçılar Trampı devirəcəklərmi?

Aralıq seçkilərdəki məğlubiyyət partiyanı ABŞ prezidenti ilə münasibətlərini yenidən nəzərdən keçirməyə məcbur edə bilər…

Si Cinpinin baş ideoloqu həyəcan təbili çalıb
Si Cinpinin baş ideoloqu həyəcan təbili çalıb

Pekində rejim üçün bir sıra təhdidlər var...

Demokratlar ABŞ-ın xarici siyasətini necə dəyişdirə bilər?..
Demokratlar ABŞ-ın xarici siyasətini necə dəyişdirə bilər?..

Kolorado konqresmeni demokratların dörd əsas prioritetini qeyd edib...

Qərb tarixi şans əldə etdi
Qərb tarixi şans əldə etdi

Rusiya iqtisadiyyatı dağılır...

Kreml öz tələsinə düşüb...
Kreml öz tələsinə düşüb...

Ritual rəqslər çıxılmaz vəziyyətdə...

ABŞ Madaqaskarı Rusiya ilə yaxınlaşmağa qarşı xəbərdar edib
ABŞ Madaqaskarı Rusiya ilə yaxınlaşmağa qarşı xəbərdar edib

Bu bəyanatla ABŞ-ın Afrika Komandanlığının rəis müavini çıxış edib...