PDF Oxu

Dünya

  • 2 911

Almaniya miqrantların deportasiyası ilə bağlı vədini yerinə yetirə bilmədi

Almaniya miqrantların deportasiyası ilə bağlı vədini yerinə yetirə bilmədi

Almaniya hökuməti ölkəni tərk etməli olan miqrantların deportasiya sayını artırmaqla bağlı verdiyi vədi yerinə yetirə bilməyib.

SİA-nın əldə etdiyi məlumata görə, "Welt am Sonntag" qəzeti xəbər verir ki, 2026-cı ilin ilk yarısında Almaniyadan 9 663 miqrant deportasiya olunub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 18 faiz azdır. Hazırda ölkədə deportasiya qərarı olan 230 mindən çox əcnəbinin yaşadığı bildirilir.

Almaniyanın daxili işlər naziri Aleksander Dobrindt aprel ayında əfqanların Kabula "demək olar ki, hər həftə" deportasiya ediləcəyini açıqlamışdı. Lakin son dörd ay ərzində Əfqanıstana cəmi 96 nəfər göndərilib.

Dublin sazişi çərçivəsində miqrantların ilk daxil olduqları Avropa İttifaqı ölkələrinə qaytarılması planı da ciddi çətinliklərlə üzləşib. İtaliyanın baş naziri Corca Meloni avqustun 19-na planlaşdırılan ilk üç miqrantın qəbulundan imtina edib.

Məlumata görə, Almaniya 2025-ci ildə digər Aİ ölkələrinə təxminən 36 min miqrantın geri qəbul edilməsi ilə bağlı müraciət göndərib, onlardan yalnız 5,4 mini təmin olunub.

Digər xəbərlər

Amerikalı gözətçi Pentaqonun rəhbərini biabır edib
Amerikalı gözətçi Pentaqonun rəhbərini biabır edib

Hadisə hərbçilər və siyasətçilər arasında hiddət dalğasına səbəb olub...

Respublikaçılar Trampı devirəcəklərmi?
Respublikaçılar Trampı devirəcəklərmi?

Aralıq seçkilərdəki məğlubiyyət partiyanı ABŞ prezidenti ilə münasibətlərini yenidən nəzərdən keçirməyə məcbur edə bilər…

Si Cinpinin baş ideoloqu həyəcan təbili çalıb
Si Cinpinin baş ideoloqu həyəcan təbili çalıb

Pekində rejim üçün bir sıra təhdidlər var...

Demokratlar ABŞ-ın xarici siyasətini necə dəyişdirə bilər?..
Demokratlar ABŞ-ın xarici siyasətini necə dəyişdirə bilər?..

Kolorado konqresmeni demokratların dörd əsas prioritetini qeyd edib...

Qərb tarixi şans əldə etdi
Qərb tarixi şans əldə etdi

Rusiya iqtisadiyyatı dağılır...

Kreml öz tələsinə düşüb...
Kreml öz tələsinə düşüb...

Ritual rəqslər çıxılmaz vəziyyətdə...

ABŞ Madaqaskarı Rusiya ilə yaxınlaşmağa qarşı xəbərdar edib
ABŞ Madaqaskarı Rusiya ilə yaxınlaşmağa qarşı xəbərdar edib

Bu bəyanatla ABŞ-ın Afrika Komandanlığının rəis müavini çıxış edib...