PDF Oxu

Dünya

  • 2 119

Suriyanın İdlib vilayətində hərbi aerodroma 8 hava zərbəsi endirilib

Suriyanın İdlib vilayətində hərbi aerodroma 8 hava zərbəsi endirilib

Suriyanın şimal-qərbində yerləşən İdlib vilayətindəki Əbu əl-Duhur hərbi aerodromuna 8 hava zərbəsi endirilib. Suriya dövlət mediasının məlumatına görə, hücum nəticəsində aerodromun uçuş-enmə zolağına ziyan dəyib, lakin ölən və yaralanan olmayıb.SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, zərbələr səhər saatlarında İdlibin şərq kəndlərində yerləşən hərbi bazanın uçuş-enmə zolağına endirilib.Suriya dövlət televiziyası hərbi mənbəyə istinadən hücumun İsrail qüvvələri tərəfindən həyata keçirildiyini bildirib. Mənbənin sözlərinə görə, İsrailə məxsus hərbi təyyarələr Əbu əl-Duhur hərbi aerodromunun uçuş-enmə zolağını 8 dəfə vurub. İsrail ordusu isə hadisə ilə bağlı dərhal açıqlama verməyib. Bu, 2024-cü ilin dekabrında Bəşər Əsəd hakimiyyətinin devrilməsindən sonra Əbu əl-Duhur aerodromuna ilk hücumdur.Əbu əl-Duhur hərbi bazası Suriyada 14 il davam edən müharibə zamanı ciddi dağıntılara məruz qalıb. Müxalif qüvvələr 2015-ci ildə bazanı hökumət qüvvələrindən ələ keçirib. 2019-cu ildə isə Əsədə sadiq qüvvələr aerodroma nəzarəti bərpa edib. Lakin müharibə zamanı aldığı ciddi zərər səbəbindən baza faktiki olaraq fəaliyyət göstərməyib. İsrail Əsədin ölkədən getəsindən sonra Suriyadakı hərbi obyektlərə hücumlarını artırıb. Nəşrin müxbiri bildirib ki, bu hücumlar Suriya ordusunun hərbi imkanlarını zəiflətməyə yönəlmiş əvvəlki əməliyyatların davamıdır.İsrailin Suriya hərbi infrastrukturuna qarşı kampaniyasının Əsəd hakimiyyəti dövründə başladığı, lakin onun hakimiyyətdən getməsindən sonra əhəmiyyətli dərəcədə intensivləşdiyi qeyd olunur.

Müəllif: Lətifə Musayeva

Digər xəbərlər

Amerikalı gözətçi Pentaqonun rəhbərini biabır edib
Amerikalı gözətçi Pentaqonun rəhbərini biabır edib

Hadisə hərbçilər və siyasətçilər arasında hiddət dalğasına səbəb olub...

Respublikaçılar Trampı devirəcəklərmi?
Respublikaçılar Trampı devirəcəklərmi?

Aralıq seçkilərdəki məğlubiyyət partiyanı ABŞ prezidenti ilə münasibətlərini yenidən nəzərdən keçirməyə məcbur edə bilər…

Si Cinpinin baş ideoloqu həyəcan təbili çalıb
Si Cinpinin baş ideoloqu həyəcan təbili çalıb

Pekində rejim üçün bir sıra təhdidlər var...

Demokratlar ABŞ-ın xarici siyasətini necə dəyişdirə bilər?..
Demokratlar ABŞ-ın xarici siyasətini necə dəyişdirə bilər?..

Kolorado konqresmeni demokratların dörd əsas prioritetini qeyd edib...

Qərb tarixi şans əldə etdi
Qərb tarixi şans əldə etdi

Rusiya iqtisadiyyatı dağılır...

Kreml öz tələsinə düşüb...
Kreml öz tələsinə düşüb...

Ritual rəqslər çıxılmaz vəziyyətdə...

ABŞ Madaqaskarı Rusiya ilə yaxınlaşmağa qarşı xəbərdar edib
ABŞ Madaqaskarı Rusiya ilə yaxınlaşmağa qarşı xəbərdar edib

Bu bəyanatla ABŞ-ın Afrika Komandanlığının rəis müavini çıxış edib...