PDF Oxu

Dünya

  • 1 943

Hazırkı sakitlik sadəcə “fırtınadan əvvəlki sakitlik” ola bilər.?

Media orqanları İranın gizli planını açıqlayıb... Tehran eskalasiyaya hazırlaşır...

image

...İran hakimiyyəti ABŞ ilə diplomatik fasilədən münaqişəyə son qoymaq üçün deyil, hərbi imkanlarını gücləndirmək və yeni bir hərbi əməliyyatlara hazırlıq üçün istifadə etmiş ola bilər.

SİA xəbər verir ki, The Wall Street Journal qəzetinin məlumatına görə, bunu Amerika və Ərəb rəsmiləri tərəfindən nəzərdən.., ələ keçirilən rabitə və digər kəşfiyyat məlumatları sübut edir.

Tehranın sərt xətti ABŞ və onun Yaxın Şərqdəki müttəfiqləri üçün münaqişənin xərclərini artırmağa ümid edir.

İslam İnqilabı Keşikçiləri Korpusuna daha böyük səlahiyyətlər verilib.

İran-İraq müharibəsinin və əvvəlki repressiyaların veteranları əsas vəzifələrə təyin ediliblər.

Eyni zamanda, İran raket və dron istehsalını sürətləndirib, əks-kəşfiyyatı gücləndirib və İraq, Yəmən və Livandakı müttəfiq qüvvələri ilə koordinasiyanı genişləndirib.

Hörmüz boğazı xüsusi əhəmiyyət kəsb edib.

Tehranın dəstəklədiyi qüvvələr gəmilərə hücum edib və Səudiyyə Ərəbistanına təzyiqi artırmağa çalışıblar. İran ordusu həmçinin limanlar və enerji obyektləri də daxil olmaqla potensial hədəflər barədə müttəfiqlərinə məlumat ötürüb.

...Təhdidlər digər Körfəz ölkələrinə də şamil olunur. Müzakirə olunan ssenarilərə enerji infrastrukturuna zərbələr, internet kabellərinin sabotajı və hətta Küveytdə mümkün yerüstü əməliyyatlar daxildir, - müəlliflər yazır.

Daxili olaraq rəhbərlik də nəzarəti gücləndirir. Keşikçilər Korpusu nizami ordu üzərində daha çox təsir qazanıb və keçmiş Bəsic lideri Hüseyn Taib təşkilatı genişmiqyaslı daxili kəşfiyyat şəbəkəsinə çevirmək vəzifəsini yerinə yetirib.

Lakin Vaşinqton və Tehran vəziyyətlə bağlı fərqli qiymətləndirmələrə malikdirlər. ABŞ ümid edir ki, sanksiyalar və hərbi təzyiq İranı mövqeyini yumşaltmağa məcbur edəcək.

Bu arada Tehran danışıqları yeni toqquşmadan əvvəl mümkün bir fasilə kimi görür. Danışıqlara yaxın məsləhətçi Mehdi Məhəmmədinin sözlərinə görə, hazırkı sakitlik sadəcə "fırtınadan əvvəlki sakitlik" ola bilər.

Əli Babayev

Digər xəbərlər

Tramp Qrenlandiya ilə bağlı strategiyasını dəyişib

ABŞ yeni hərbi obyektlər alacaq və adanın statusu eyni qalacaq...

Putin Səddam Hüseyn və Xomeynini üstələdi..?

Hətta Ayətullahın belə qırğını dayandırmaq üçün cəsarəti var idi...

NATO təlim meydançalarında yeni bir şəkildə döyüşməyi öyrənir...

Ukraynanın təcrübəsi alyansı təlimlər zamanı taktikanı dəyişməyə məcbur edir...

“Taliban” Rusiya üçün vacib bir məsələdə Kremli məyus etdi

Moskva Əfqanıstanla işçi qüvvəsinin cəlb edilməsi ilə bağlı razılığa gələ bilmədi...

Rusiyadan qaçan jurnalistlər Putin haqqında həqiqəti açıqladılar

Onların kitabı Kreml sistemi haqqında mifləri dağıdır...

Milyonlarla insanın həyatı dəyişəcək...

Hindistanlı kahin Anand 2026-cı ilin payızında qlobal yenidən başlama proqnozu verdi…

“Ümid edirəm ki, sən böyük olacaqsan...”

Tramp bunu Nyu-Yorkun ilk müsəlman merinə xitabən deyib...

Le Monde: Trampın Rusiya ilə bağlı qəti seçim etməsinin vaxtıdır...

Donald Tramp Təzyiq olmadan aparılan danışıqlar heç bir nəticə verməyib...

Rusiyalı Z-bloqçu Kremli günahlandırır

...işğal olunmuş ərazilərdə baş verən fəlakətə görə: sakinlər elektrik enerjisinin, suyun çatışmazlığından və “kosmik” qiymətlərdən şikayətlənirlər

Putin seçkilər zamanı məmurlar üçün “müayinə” təşkil edib

Kreml hakimiyyət şaqulinin harada uğursuzluğa düçar olmağa başladığını araşdırır...

Foreign Policy: Putinin imperiyası sona çatır...

Müharibə getdikcə Rusiyanın "böyüklüyünün" təməlini sarsıdır...