Rusiyanın paytaxtı Moskvanın mərkəzində LDPR (Rusiya Liberal Demokrat Partiyası) lideri Leonid Slutskinin lüks "Aurus" avtomobili motosikletlə toqquşub. SİA Musavat.com-a istinadən xəbər verir ki, hadisə Novıy Arbatla Novinski bulvarının kəsişməsində baş verib. Qəza ilə bağlı ilkin məlumatlar sonradan yenilənib.
İlk xəbərlərdə motosikleti qadının idarə etdiyi və onun qəza nəticəsində öldüyü bildirilirdi. Lakin daha sonra ölüm xəbəri təkzib olunub.
Slutskinin açıqlamasına görə, motosikleti gənc oğlan idarə edib və o, yüksək sürətlə "Aurus"a çırpılıb. Motosikletçi nəqliyyat vasitəsində tək olub.
Hadisə yerinə təcili tibbi yardım əməkdaşları gəlib. Motosikletçiyə tibbi yardım göstərilib, lakin o, xəstəxanaya yerləşdirilməkdən imtina edib.
Slutskinin köməkçisi Vladimir Dmitriyev qəza nəticəsində ölən və ağır xəsarət alan olmadığını bildirib.
Mətləb
Hadisə hərbçilər və siyasətçilər arasında hiddət dalğasına səbəb olub...
Aralıq seçkilərdəki məğlubiyyət partiyanı ABŞ prezidenti ilə münasibətlərini yenidən nəzərdən keçirməyə məcbur edə bilər…
Pekində rejim üçün bir sıra təhdidlər var...
Kolorado konqresmeni demokratların dörd əsas prioritetini qeyd edib...
Rusiya iqtisadiyyatı dağılır...
Ritual rəqslər çıxılmaz vəziyyətdə...
Bu bəyanatla ABŞ-ın Afrika Komandanlığının rəis müavini çıxış edib...
Heqset-in vəzifədən kənarlaşdırılması üçün Senatın üçdə ikisinin dəstəyi tələb olunacaq...
ABŞ prezidentinin başqa variantı qalmaya bilər...