Moskva faktiki olaraq panik və ümidsizliyə qapıldığını etiraf etdi...
...Rusiya Dövlət Dumasının deputatı Aleksey Juravlev bildirib ki, Moskva lazım gələrsə, Ukraynaya qarşı taktiki nüvə silahlarından istifadə etməlidir.
O, bu cür silahların mümkün istifadəsi ilə bağlı heç bir müzakirə aparılmamalı olduğunu bildirib.
SİA-nın əldə etdiyi məlumata görə, Juravlev bunu Telegram kanalında yayımlanan video mesajında açıqlayıb.
O bildirib ki, Moskva qoşunları irəliləyir, lakin onun fikrincə, "daha güclü zərbələrə ehtiyac var".
Juravlev bəyan edib ki, "Biz taktiki nüvə silahlarından istifadə etməyə borcluyuq və bunu məsələyə çevirməməliyik. Düşməni təslim olmağa məcbur etməliyik".
Deputat həmçinin vurğulayıb ki, Ukrayna təslim olmalı olduğunu başa düşməlidir.
...Əgər zərbə endirməli olsaq, zərbə endirəcəyik. Və bu, müzakirə mövzusu deyil,- o deyib.
...Yeri gəlmişkən, Rusiya xarici işlər naziri Sergey Lavrovun əvvəlki açıqlamalarında da NATO-nun təcavüzünə cavab olaraq nüvə silahlarından istifadənin mümkünlüyünə işarə edilib.
Əli Babayev
Hadisə hərbçilər və siyasətçilər arasında hiddət dalğasına səbəb olub...
Aralıq seçkilərdəki məğlubiyyət partiyanı ABŞ prezidenti ilə münasibətlərini yenidən nəzərdən keçirməyə məcbur edə bilər…
Pekində rejim üçün bir sıra təhdidlər var...
Kolorado konqresmeni demokratların dörd əsas prioritetini qeyd edib...
Rusiya iqtisadiyyatı dağılır...
Ritual rəqslər çıxılmaz vəziyyətdə...
Bu bəyanatla ABŞ-ın Afrika Komandanlığının rəis müavini çıxış edib...
Heqset-in vəzifədən kənarlaşdırılması üçün Senatın üçdə ikisinin dəstəyi tələb olunacaq...
ABŞ prezidentinin başqa variantı qalmaya bilər...
Kreml niyə öz təhlükəsizliyinin təminatından danışır?