Şirkətin sentyabr ayında keçirilən illik məhsul təqdimatı tədbirində Apple həmçinin süni intellekt sahəsindəki işlərini və digər yeni cihazlarını nümayiş etdirib.
“The New York Times” xəbər verir ki, Apple çərşənbə günü qatlana bilən iPhone təqdim edərək, şirkətin ən vacib məhsulunda son 19 ilin ən əhəmiyyətli dəyişikliyini həyata keçirib.
Apple şirkəti Kaliforniyanın Kupertino şəhərindəki baş ofisində keçirilən və lentə alınan 75 dəqiqəlik təqdimat zamanı kitab kimi açılıb-bağlanan elastik ekrana malik qatlana bilən smartfonu nümayiş etdirib. Telefon qatlanmış vəziyyətdə olanda ön tərəfində pasport ölçüsünə yaxın daha kiçik bir ekran olur. Açıq vəziyyətdə isə istifadəçilər daha geniş ekranda eyni vaxtda iki tətbiqdən istifadə edə biləcəklər. İlkin qiyməti 1999 dollar olan telefon oktyabrın 23-də satışa çıxarılacaq.
Apple-in yeni icraçı direktoru Con Ternus bildirib ki, “Digərləri sadəcə olaraq bir-birinə yöndəmsiz şəkildə yapışdırılmış iki telefonu xatırladan qatlana bilən cihazlar yaradıblar”. O əlavə edib ki, Apple-in yeni telefonu “qatlana bilən telefondan istifadə təcrübəsini yenidən formalaşdıracaq”.
“The New York Times” bildiri ki, qatlana bilən smartfonlar 2018-ci ildən bəri satışdadır, lakin bu kateqoriya hələ istehlakçılar arasında geniş yayılmayıb. Smartfon bazarlarını izləyən “Counterpoint Research” şirkətinin məlumatına görə, keçən il istehlak elektronikası şirkətləri təxminən 20 milyon qatlana bilən telefon-yəni bütün smartfon tədarüklərinin 2 faizindən az hissəsini bazara çıxarıb.
Çərşənbə günü keçirilən Apple məhsul təqdimatı cənab Ternusun şirkətə rəhbərlik etməyə başlamasından bəri ilk tədbiri idi. O, keçən həftə Tim Kukdan sonra icraçı direktor vəzifəsini tutmazdan əvvəl şirkətin aparat təminatı mühəndisliyi üzrə rəhbəri vəzifəsində çalışırdı. Yazılmış təqdimatda cənab Ternus Apple-in süni intellekt sahəsindəki işini vurğulayıb və iPhone-ları “şəxsi ağıllı mərkəz” rolunu oynamaq üçün ideal cihaz kimi təsvir edib.
Mətanət Məmmədova
Hadisə hərbçilər və siyasətçilər arasında hiddət dalğasına səbəb olub...
Aralıq seçkilərdəki məğlubiyyət partiyanı ABŞ prezidenti ilə münasibətlərini yenidən nəzərdən keçirməyə məcbur edə bilər…
Pekində rejim üçün bir sıra təhdidlər var...
Kolorado konqresmeni demokratların dörd əsas prioritetini qeyd edib...
Rusiya iqtisadiyyatı dağılır...
Ritual rəqslər çıxılmaz vəziyyətdə...
Bu bəyanatla ABŞ-ın Afrika Komandanlığının rəis müavini çıxış edib...
Heqset-in vəzifədən kənarlaşdırılması üçün Senatın üçdə ikisinin dəstəyi tələb olunacaq...
ABŞ prezidentinin başqa variantı qalmaya bilər...
Kreml niyə öz təhlükəsizliyinin təminatından danışır?